Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Xəbər verdiyimiz kimi, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi oldu. Bugünkü mövzumuzu da məhz minifutbol yığmamıza həsr etmişik.
Millimiz Avropa çempionluğuna gedən yolda hansı məsafəni qət edib, turnirin hansı mərhələsində daha çox çətinlik çəkib? Bu və başqa suallarımıza cavab tapmaq üçün komandanın futbolçusu Asif Zeynalovla söhbətləşdik.
- Avropa çempionatında uzun yol qət etdiniz və sonda qələbə qazandınız. Hətta bu uğurunuz ölkə başçısı İlham Əliyev tərəfindən də dəyərləndirildi, sizi qəbul etdi. Hansı hissləri keçirirsiniz?
- O qədər gözəl hisslər keçiririk ki, sözlə ifadə etmək mümkün deyil. Çünki biz özümüz də bu nəticəni gözləmirdik. Amma komandadakı futbolçuların hamısı milli ruhda böyümüş insanlardı. Belə deyək, biz bu ölkənin torpağı, suyu ilə yoğrulmuşuq. Ona görə də son damla qanımıza qədər döyüşdük. Qalib gəldik, millətimizi sevindirdik. Cənab prezident İlham Əliyev də qeyd etdi ki, həqiqətən də öz gücünüzə qələbə qazanmısınız. Bu, bizim üçün çox böyük bir qürurdur. Millətimizin, vətəndaşlarımızın bizə olan rəğbəti birəyüz artdı. Çox sevincliyik. İnşallah, uğurlarımız davamlı olacaq. Cənab prezident də bildirdi ki, daima bizim, bütün idmançıların yanındadır. Bundan sonra böyük ehtimalla mini-futbol idman növü yüksəliş dövrünü yaşayacaq.
- Bu turnir sizin üçün nə ilə yadda qaldı?
- Avropa çempionu olmaqla. Azərbaycanlı uşaqlardan yaradılmış, legionersiz komanda belə bir böyük nəticə qazandı. Həqiqətən də çox böyük nəticədir.
- Hansı mərhələdə, matçda çox çətinlik çəkdiniz?
- Bildiyiniz kimi, yarış Slovakiyada keçirilirdi. Bu komanda ilə oyun çox çətin keçdi. Çünki yerli komanda idi. Azarkeş dəstəyi var idi. Slovakiya millisi çox güclü komandadır. Çətinlik çəkdik, amma qələbə qazandıq.
- Bəs, sizə nə motivasiya verdi?
- Biz oyuna çıxmamışdan əvvəl isinmə hərəkətlərini edəndə şəhidimiz Xudayar Yusifzadənin oxuduğu təsnifi səsləndirirdilər. Biz də hamımız milli ruhda olan uşaqlarıq. Tüklərimiz biz-biz oldu. Ona görə də bütün şəhidlərimizin ruhu qarşısında özümüzü borclu hiss edirdik. Motivasiyanı bundan alırdıq.
- Avropa çempionu olanadək komandada əhval-ruhiyyə necə idi? Qələbə ruhu var idi?
- Bəli. Avropa çempionatına qədər həqiqətən də çox məşqlər keçmişdik. Komanda 2 il idi ki, yaranmışdı. Amma son 2 ayda dayanmadan təlim-məşq toplanışları keçirdik. Gündə 2-3 dəfə məşq edirdik.
- Bu yolda sosial şəbəkələrdə və mediada yığmamıza çox dəstək nümayiş etdirildi. Buradan fanatlara nə demək istəyirsiniz?
- Həqiqətən də bizə çox dəstək oldular. Bu, bizə stimul verdi. Buradan bütün azarkeşlərə, media nümayəndələrinə, bizi dəstəkləyənlərə minnətdarlığımı bildirirəm. Allah onlardan razı olsun. İnşallah, biz də onları sevindirməyə davam edəcəyik.
- Gələcək planlarınız nələrdir?
- Gələcək planlarımız yenidən Avropa çempionu olmaqdır. Titul qazanmaq asandır, amma onu qoruyub-saxlamaq çətindir. İnşallah, məşqlərimizə davam edib, uğurlar qazanacağıq. Qarşıdan dünya çempionatı gəlir. Son Avropa çempionu kimi bizdən bütün ölkələr güclü nəticələr gözləyəcəklər. Eləcə də öz millətimiz və cənab prezidentimiz. Biz də çalışacağıq ki, var gücümüzü ortaya qoyaraq dünya çempionu olaq, yarışda iz qoyaq.
- Federasiyadan bu möhtəşəm qələbəyə görə mükafat aldınızmı? Yəni uğurunuz dəyərləndirildimi?
- Mükafat məsələsinə gələndə, ölkəmizdə bizə olan münasibət çox dəyişdi. Cənab prezident İlham Əliyevin bizi qəbul etməyi bizim üçün çox böyük dəyər, mükafat idi. Ölkə başçısı hamımızın əlini bir-bir sıxdı. O, bizə çox böyük dəstək oldu. Bildiyiniz kimi, komandaya, minifutbol sahəsinə 1 milyon manat ayrıldı. İnşallah, minifutbolun daha da inkişaf etməsi bizim üçün ən böyük hədiyyə olacaq.
- Ümumiyyətlə, federasiya nümayəndələri ilə görüş keçirilib?
- Biz futbol sahəsində Azərbaycanın ilk Avropa çempionlarıyıq. Mən də bilirəm ki, bütün bunlar nəzərə alınacaq və qiymətləndiriləcək.
- Ümumiyyətlə, minifutbol millimiz, futbolçular üçün hansı şərait yaradılıb?
- 2 il müddətində komandanın qurulması, son bir neçə ayda hər gün məşq keçməyimiz elə böyük şəraitin nümunəsidir. Yəni, bundan sonra da daha yaxşı şərait yaradılacaq.
- Daha da irəli getmək, ardıcıl uğurlar qazanmaq üçün nələr lazımdır?
- Daha da irəli getmək üçün daha çox idman, məşq etmək lazımdır. Biz də çalışacağıq ki, bütün yarışlarımızda, təlim-məşq toplanışlarımızda disiplinli, iradəli olaq, daha da artıq nəticələr əldə edək.
- Deyirlər ki, yığmamızın belə əzmlı irəliləməsinin səbəbi də heyətində legionerlərin olmamasıdır. Bu fikirlə razısınızmı?
- Milli komanda o deməkdir ki, Azərbaycanı, onun bayrağını, şəhidini, ən uca zirvəsini təmsil edəsən. Milli ruhda böyüyən uşaqlar çox fərqli olur. Komandamızda legionerlər yoxdur. Hamısı yerli uşaqlardır, milli ruhda, Azərbaycan mentalitetində böyüyüblər. Bu, çox böyük fərq yaradır. Mən bu fikirlə razıyam.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır