Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litva ilə sabah Bakıda keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
– Litva ilə qarşıdakı oyun barədə nə deyə bilərsiniz?
– Sabah ikinci oyunumuzu keçirəcəyik. Artıq hər iki komanda bir-birini daha yaxşı tanıyır. Litva əzmkar komandadır. Onlar bizim Lixtenşteynlə oyunumuzdan bir gün əvvəl yoldaşlıq görüşü keçirərək əsas heyətin futbolçularına istirahət verdilər. Bizdə isə bəzi futbolçular Lixtenşteynlə matçda 90 dəqiqə meydanda oldular. Bu, toplanışdakı dördüncü və son oyunumuz olacaq. Futbolçularla danışmışam. Təəssüf ki, son matçda qalib gələ bilmədik. Lixtenşteynlə oyundakından daha yaxşı oynamalıyıq. Futbolçularıma inanıram. Onlar da məyus idilər. Həmin oyunu unutmalı və qələbəyə köklənməliyik. Ümid edirəm ki, azarkeşlərimizi sevindirəcəyik.
– Lixtenşteynlə 0:0-dan sonra həm siz, həm də komanda ciddi tənqid olunur. Hazırda kollektivin psixoloji vəziyyəti necədir?
– Milli komandada işləmək və oynamaq böyük təzyiqdir. Buna tab gətirməlisən. Komanda ilə, həmçinin futbolçularla fərdi şəkildə danışmışam. Bəzi oyunçular bu təzyiqi hiss edir və klublarında olduğu qədər rahat oynaya bilmirlər. Onların millidə karyerası yeni başlayır, zamana ehtiyacları var. Amma təcrübəli futbolçularımız da var. Azərbaycan millisi əvvəllər də belə vəziyyətlərdə olub. Məşqçilər korpusu inanır. Hər şey bir oyunla bitmir. Belə matçlar bizə çox şey verir. Qrup lideri olmaq, xallarımızı artırmaq, reytinqdə yüksəlmək istəyirik. Komandanın formalaşması üçün müəyyən yol keçmək lazımdır. Burada hər gün bizim üçün imtahan və yenilikdir. Bu, böyük təcrübədir və zaman keçdikcə vəziyyət yaxşılaşacaq.
– Maltaya məğlubiyyət (0:2) və San-Marino üzərində çətin qələbə (2:1) Litva və Lixtenşteynlə oyunların da çətin keçəcəyinin siqnalı idi?
– Bəli. Həmin vaxt da belə suallar verilirdi və bunun belə olacağını bilirdim. Malta ilə oyunda çoxlu qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Son matçda da eyni ssenarini gördük. San-Marinoya qalib gəldik, amma razı qalmadıq. Tacikistanı da məğlub etdik, yenə razı qalmadıq. Hamı yaxşı oyun və böyükhesablı qələbə istəyir. Azarkeşlər də haqlıdırlar, amma real gücümüzü qəbul etmirik. Bəhanə axtarmaq istəmirəm, lakin hücumda Mahir Emrelidən başqa klubunda stabil oynayan futbolçumuz yoxdur. O, çempionatında ən çox qol vuran futbolçudur və bütün diqqət onun üzərindədir. Vüsal İsgəndərli də Kosovo çempionatında fərqlənir. Digər futbolçular ideal formalarından uzaqdırlar, qol duyğusunu itiriblər. Bütün bunlar komandanın oyununa təsir edir. Bu çətin şəraitdə inanmalı, təslim olmamalı və nəticə verməliyik.
– Bir ildən sonra daha güclü komandalarla oynayanda vəziyyət necə olacaq?
– Limiti səbəb kimi göstərməyək. Rüfət Abbasov “Neftçi”də güclü legionerlə rəqabəti qazanır. Milli komandanın futbolçuları klublarında şanslarından düzgün istifadə etməli və rəqabətdə qalib gəlməlidirlər. Təbii ki, iddialı klublarda bunu etmək daha çətindir. Renat Dadaşov Ukrayna klubuna getdi və dərhal oynamağa başladı. Bu, millimizə də müsbət təsir edəcək. Mahir Emreli də oynayır. “Turan Tovuz”, “Neftçi” və “Zirə”də futbolçularımız rəqabəti qazanmalıdırlar. Oyunçularımız yaxşı formada olsalar, vəziyyət də yaxşı olacaq.
– Lixtenşteynlə evdə heç-heçə etməyimiz onları səfərdə 2:0 hesabı ilə məğlub edən Litvanı əlavə motivasiya edə bilər?
– Qarşıdakı rəqibimizə müəyyən üstünlük verdik. Divizionumuzdakı digər oyunlara baxırıq, sabit nəticələr görmürük. Favoritlər qalib gələ bilmirlər. Amma onların bizə qarşı işi asan olmayacaq. Çünki bizi yaxşı tanıyırlar. Güc baxımından hər iki komanda bir-birinə yaxındır. Mübarizəli oyun olacaq.
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək