Van Bommel Türkiyə üzərində qələbədən danışdı

Van Bommel Türkiyə üzərində qələbədən danışdı
DÜNYA FUTBOLU 3 Oktyabr 2026 / 10:20 513
-  A +

Belçika millisinin baş məşqçisi Mark van Bommel Millətlər Liqasının 3-cü turunda Türkiyə üzərində qələbəni şərh edib.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis qalibiyyətə baxmayaraq, komandasının bəzi epizodlarda topa nəzarət zamanı səhvlərə yol verdiyini bildirib:

“3:0 hesablı qələbədən çox məmnunam. Bəzən topa sahib olduğumuz zaman səhlənkarlıq etdik və rəqibə təhlükəli epizodlar yarada bilmək şansı verdik. Oyun bəzi mərhələlərdə qarşılıqlı hücumlarla keçdi və həmin vaxt kifayət qədər nəzarətli deyildik".

Van Bommel futbolçusu Kevin De Bruynenin çıxışından da danışıb:

“Kevin De Bruyne həmişə oynamaq istəyir. İtaliyaya, Fransaya qarşı... Və bu gün... O, hazırda çox yaxşı formadadır. İşıq saçır və bunu vurduğu qollarda da görə bilərsiniz”.


Qarabağ FK
Son xəbərlər
topaz banner