“Keşlə”nin sabiq baş məşqçisi Yunis Hüseynovun Qol.az saytına müsahibəsi
- DÇ-2022-nin seçmə mərhələsində milli komandamızın Portuqaliyaya Bakıda uduzduğu (0:3) oyun haqda fikirlərinizi bilmək istərdik.
- Bilirsiniz ki, Portuqaliya Avropa çempionudur və həddindən artıq güclü komandadır. İstərdik ki, komandamız yaxşı nəticə əldə etsin. Ancaq rəqib çox güclü olduğuna görə bilirdik ki, favorit Portuqaliyadır.
Millimiz İrlandiyaya qarşı yaxşı oynadı. Səfərdə qələbə də qazana bilərdi. Həm də komandamız 3 gündən bir oynayır, yorğunluq özünü göstərirdi. Portuqaliya isə yoldaşlıq oyunu keçirmişdi, futbolçuları istirahət etmişdi. Yəni dünənki oyunda millimizdən qələbə gözləmək absurd olardı. İstərdik qalib gələk, amma oyun baxımından rəqib daha yaxşı idi və qalib gəldi.
- Millimizin son uğursuzluqlarında baş məşqçi Canni De Byazinin heyət seçimi də tənqid edilir.
- Düzdür, hamı De Byazini heyət seçiminə görə qınayır, amma biz qıraqdan baxırıq. Komandanın içində olanda tam başqa cür düşünürsən. Hər məşqçinin öz baxışı var. Düzdür, hamı düşünür ki, Mahir Emreli “Legiya”da, Namiq Ələsgərov “Bursaspor”da çıxış edirsə, mütləq start heyətdə olmalı idi. Əslində o futbolçular ikinci hissədə meydana çıxanda oyun bizim üçün yaxşı mənada dəyişdi. Amma bunlara baş məşqçi qərar verir. Oyun ərəfəsində kim hazır vəziyyətdədirsə, o meydana çıxır. İndi mənim burda deməyimlə düzgün çıxmır. Onda biz həmin baş məqşçini öyrətmiş kimi oluruq. Həmkarımıza qarşı hörmətsizlik etməyək. Onu da deyim ki, millimiz Lüksemburqa qalib gəlsəydi, biz indi o sözləri danışmazdıq. Yəni heyət seçiminə də, nəticəyə də baş məşqçi cavabdehdir.
- De Byazinin heyət qurmağında işinə AFFA tərəfdən müdaxilə edildiyi də iddia olunur.
- Mən özümdən götürürəm. Heç vaxt inanmaram ki, baş məşqçi kiminsə diqtəsi ilə heyət qursun. Şəxsən mən ona inanmıram. Bilirsiniz ki, mən açıq danışıram. Mümkün deyil ki, De Byazi kiminsə göstərişi ilə heyət seçsin. Heç bir məşqçi bunu eləməz.
- De Byazi artıq ikinci dəfədir millimizdən gözləntilər haqqında danışarkən deyir ki, sehrbaz deyil. Sizcə, ondan çox şey istəyirik?
- Biz deyirik ki, Lüksemburq zəifdir, onlardan xal almalıydıq. Ancaq o millinin futbolçuları hazırda Avropanın güclü klublarında oynayırlar. Artıq hər bir zəif milli hesab etdiyimiz ölkənin də futbolçuları yaxşı kublarda çıxış edir. Həmişə onu deyirəm ki, bizim yerli futbolçuların 70-80 faizi legioner həyatı yaşasa, millimizə həddindən artıq köməyi olacaq. Mahir Polşaya gedib, görürsünüz, orada qollar vurur. Namiq “Bursaspor”da özünü göstərir. Yəni bu futbolçular ölkə xaricində artıracaqlar. Çünki qarşındakı komandalar güclüdür. Beləcə, həm futbolçu inkişaf edir, həm də milli komandaya köməyi dəyir. Bizim də futbolçular xarici klublarda çıxış etsələr, onda tələb edə bilərik ki, sən filan komandaları udmalısan. Amma bu dəqiqə biz deyə bilmərik ki, Portuqaliya ilə heç-heçə etməliyik. Axı Portuqaliya milllisinin oyunçuları dünyanın ən super klublarında oynayır. Belə nüanslar var.
Bizim psixologiyamız elədir ki, qırağa çıxa bilmirik. Özümdən də götürürəm. Düşünürük ki, evimizin içi olsun. Amma getmək, səviyyəni artırmaq lazımdır. Mən özüm də qıraqda qala bilməmişəm. Demişəm yox e, gedim Azərbaycanda oynayım.
- Milliləşdirilən Filip Ozobiç yığmada üç oyun keçirdi və hər birində start heyətdə meydana çıxdı. Onun çıxışı haqda nə deyə bilərsiniz?
- Futbolçu kimi pis deyil. Neçə illərdir Azərbaycanda oynayır. “Qəbələ”də də yaxşı çıxış edirdi. Amma onun milliyə nə dərəcədə xeyir verəcəyini deyə bilmərəm.
- U-21 millimiz isə Avstriyaya 0:6 hesabı ilə uduzdu ki, bu da gələcəyə ümidimizi bir qədər də azaldır.
- Oyuna baxa bilmədim. Ona görə də matçı analiz etməyim düzgün olmaz. Desəm ki, yığmamız yaxşı oynamadı, həmkarımıza qarşı hörmətsizlik edərəm. Amma ona təəssüf edirəm ki, 7 dəqiqəyə yığmamız 3 qol buraxdı. Bu, yaxşı hal deyil. Deməli, futbolçular son dəqiqədə oyuna ciddi yanaşmayıblar. Bəli, əsas milli komandaya oyunçu U-21-dən gəlməlidir. Həqiqətən 0:6 uduzmaqları çox pis haldır.
- Üç klubumuzun avrokuboklarda uğursuz çıxışı sizin üçün gözlənilən idi?
- Əslində mən gözləyirdim. “Soçi” güclü idi deyə, “Keşlə”nin mərhələ keçə bilməyəcəyi aydın məsələ idi. “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov demişdi ki, “Çukariçki” dişimizə görə rəqibdir. Ona görə də onlara ümid edirdim. Amma “Sumqayıt” da mərhələ keçə bilmədi. Əsas ümidim “Neftçi”yə idi. Çünki UEFA Çempionlar Liqasında oynayan komandaya çox şans verir. Yəni bu komandanın qrupa düşmək şansı çox olur. Amma “Neftçi”nin rəqiblərini gördükcə ümidim azalırdı. “Qarabağ”ın rəqiblərinə baxanda isə deyirdim ki, qrupa düşəcəklər.
Faktdır ki, çempionatımız o qədər də səviyyəli deyil. Düzdür, 3-4 komanda var ki, maraqlı oyunlar görürük. Amma deyə bilmərik ki, həddindən artıq səviyyəli çempionatımız var. Sizə bir misal çəkim. Mən o vaxt SSRİ vaxtında məsələn, Litovçenkoya qarşı oynayırdım. O qədər oyuna köklənirdim ki... Qarşındakı futbolçuya baxıb sən də inkişaf edirsən. Heç vaxt istəməzsən ki, rəqibin səni aldatsın, qol vursun. Ona görə də artıtırsan. Sonra mən Azərbaycan çempionatına gələndə gəzə-gəzə oynayırdım. Ondan sonra da səviyyəm düşdü aşağı. Ona görə deyirəm ki, oynadığın çempionatdan çox şey asılıdır. Klublarımız rəqiblərinin hamısının çıxış etdiyi çempionat bizimkindən yaxşıdır.
- “Qarabağ” Konfrans Liqasında qrup mərhələsinə yüksəldi. Təmsilçimizin qrupdan çıxmaq şansını necə qiymətləndirirsiniz?
- Mən düşünürəm ki, “Qarabağ” bu qrupdan çıxa bilər. Buna inanıram. “Qarabağ” bunu bacarar. “Bazel” əvvəlki səviyyədə deyil. Bütün komandalarda bir az eniş var. Əsas odur ki, “Bazel”lə ilk oyunda yaxşı çıxış etsin.
- Bir müddətdir ki, işsizsiniz. İş təklifiz var?
- Gözləyirəm, söz veriblər. Yəqin ki, nəsə olar.
- Milli komandalarımızdan birində işləməyi söz veriblər?
- Yox əşi, nə milli komanda... Söz veriblər. Klub deyil.
- Onda AFFA-dandır.
- Yəqin ki. Görək də.
Ramiq AĞAMƏMMƏDOV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi