"Keşlə"nin qapıçısı Kamal Bayramov Qol.az saytına müsahibə verib.
- Ötən gün Premyer Liqanın 21-ci turunda "Qarabağ"la qarşı oyunun son dəqiqələrində qol buraxaraq qələbəni əldən verdiniz. Oyun haqda nə deyə bilərsiniz?
- "Qarabağ"ın illərdir oturuşmuş heyəti var, onlara qarşı oynayan bütün komandalar çətinlik çəkir. Biz də öz növbəmizdə çalışdıq ki, məşqçilərin tapşırığını maksimum yerinə yetirək. Hardasa ona nail olduq, çünki erkən qol vurduq. Dediyim kimi, "Qarabağ"a qarşı oynamaq çətindir, top onlarda çox olur. Topsuz işləmək çətindir. Bu amil futbolçulara psixoloji cəhətdən çətinlik yaradır. Qələbədən bizi 1-2 dəqiqə ayırdı. Səhv etdik, sonunda qol buraxdıq. Səhvsiz futbol olmaz. Qarşıdakı oyunlara hazırlaşırıq.
- Yenə son dəqiqələrdə qol buraxdınız...
- Komanda şəklində çalışırıq ki, son dəqiqələrdə yüksək konsentrasiya ilə mübarizə aparaq. Futboldur, düşünmürəm ki, 100 faizlik penalti epizodu idi. Amma hakimin verdiyi qərara da hörmətlə yanaşıram.
- Demək olar bütün klublar hakimlikdən narazıdır. Sizin fikriniz necədir?
- Hakimlərə bağlı nəsə deyə bilmərəm. Onlar da insandır, onlar da bizim kimi səhv edə bilər. Bunların hamsını normaldır, futbolun içində olan məqamlardır. Hakimliklə bağlı mənfi fikr söyləmək istəmirəm.
- Uzun zamandan sonra meydana qayıtdınız. Çıxışınızı necə dəyərləndirirsiniz?
- Həqiqətən də çətindir, ilk oyunumu "Sabah"a qarşı oynamışdım. Sonra 4-5 aydan sonra "Sumqayıt"a qarşı oynadım. Hiss edirsən ki, yavaş-yavaş irəliləyiş olur. Bundan qabaqkı oyunlarda çətinlik çəkirdim, oynamayan futbolçu üçün həmişə belə problem olur. Oyun praktikası olmayanda çətinlik yaranır. 1 il ərzində 1-2 oyuna çıxmışdım. Bu, həqiqət futbolçu üçün mənfi haldır. Əvvəl 1 ay oynamırdın, sonra oynayanda geriləmə hiss olunmurdu. İndi 1 il oynamırsan, sonra oynayanda vəziyyət göz önündə olur. Amma buna rəğmən yaxşı çıxış edib komandama kömək edəcəyəm.
- Əvvəlki formanızı qaytarmaq çətin olmayacaq?
- Futbolçu formasını bərpa etmək istəyirsə, ancaq oynamalıdır. Meydanda olan oyunçu səhv edir, ehtiyatda oturan futbolçu necə səhv edə bilər? Futbolçu oynayıb səhv edəndə, sonra səhvlərini düzəldərək inkişaf edir. Daim meydanda olmaq üçün mübarizə aparıram. Oynayıb, klubuma kömək etmək istəyirəm. Ola bilər çətinlik olsun, 1 il az müddət deyil. Amma o maneəni aşa biləcəm.
- Mövsümün sonunda "Keşlə" ilə müqaviləniz bitir. Gələcək planınız nədir?
- Hələ davam etmək istəyirəm, karyeramı hələ bitirmək istəmirəm. Buna gücüm də var. Ağır zədədən sonra futbola qayıtdım. Ayağımdan əməliyyat olunmuşdum. Hazırda hər şey qaydasındadır, gücüm var. Bu gün işlədiyim məşqçilər də, klub rəhbərliyi də mənə dəstək olur. Davam edəcəm inşallah.
Ağa Dadaşzadə
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar