"Zirə" klubunun futbolçusu Ağabala Ramazanovun Qol.az saytına müsahibəsi
- Artıq Premyer Liqada 20 tur arxada qalıb. Komandanızın çıxışını necə dəyərləndirirsən?
- Ümumi götürsək, mövsüm bizim üçün yaxşı keçir. Hər oyunda müsbət nəticə qazanmağa çalışırıq. Komandamız günü-gündən daha da inkişaf edir. Zamanla hər şey daha da yaxşı olacaq.
- Qəbələ səfərində qazanılan bir xal qaneedicidir?
- Qəbələ səfəri həmişə çətin olub. Bu komanda çempionatın ən maraqlı komandalarındandır. Xüsusən evdə çox yaxşı oynayırlar. Məncə, məğlub da ola, qələbə də qazana bilərdik. Son dəqiqələrdə qazandığımız xal bizi sevindirir.
- “Zirə” son 3 oyunda qalib gələ bilməyib. Bu mənada millinin oyunlarına görə fasilənin yaranmağı yerinə düşdü, yoxsa əksinə?
- Çempionatımızda hər bir komanda ilə oyun gərgin və çətin keçir. Düşünürəm ki, hazırda çox yaxşı mübarizə var. Biz də hər oyunda maksimum nəticə qazanmaq istəyirik. Bu, bəzən alınır, bəzən isə yox. Bizim üçün hər yaranan fasilə şansdır. Bundan maksimum istifadə etməyə çalışacağıq.
- Son zamanlar demək olar ki, bütün komandalar hakimlikdən şikayət edir. Sizin mövqeyiniz necədir?
- Hakimlər də səhvə yola verə bilər. Çünki çox qısa zamanda qərar verməlidilər. Biz təkrara baxandan sonra hansısa epizodda hakimin düz və ya səhv qərar verdiyini görürük. Onlar isə meydanda yerindəcə dərhal qərar verir. Hansısa razılaşmadığımız epizodlar olur. Bütün hallarda hansısa qərarın qərəzli olaraq əleyhimizə verildiyini düşünmürəm. Mənim hakimliklə bağlı etirazım yoxdur.
- Çexiyanın “Banik” klubu ilə danışıq aparmağın düzdür? Belə bir həvəsin, istəyin var?
- Xeyr, heç kimlə belə söhbət olmayıb. Hazırda fikrimi komandamın oyunlarına yönəltmişəm.
- Milli komandaya bu dəfə də çağırılmamağın gözlənilməz oldu. Canni De Byazinin qərarına münasibətin necədir?
- Bütün futbolçular kimi mən də millidə çıxış etmək istəyərdim. Açığı, yığmaya çağırılacağımı gözləyirdim. Amma təəssüf ki, dəvət almadım. Baş məşqçinin qərarıdır və bütün hallarda normal qarşılayıram. Peşəkar futbolçuyam, öz işimi görürəm.
- Milliyə dəvət almamağın haqsız hesab edənlər də az deyil. Buna münasibətin necədir?
- Təkrar edirəm ki, mən peşəkar futbolçuyam, başımı aşağı salıb öz işimi görürəm. Nə vaxt çağırılsam, canla başla oynamağa hazıram.
- Millimizdən seçmə mərhələdə nə gözləmək olar? Bu qrupda nəsə edə bilərik?
- Milli komandamızı qarşıda çətin oyunlar gözləyir. Proqnoz vermək istəmirəm. Amma istərdim ki, komandamız hər oyunda müsbət nəticə qazandırıb, bizi sevindirsin. Komandamıza uğurlar arzulayıram. Ən yaxşı nəticələri arzu edirəm.
Ramiq Ağaməmmədov
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi