"Çətin səfər oyununun olacağını gözləyirdik. Bilirdik ki, rəqib son sıradan qurtulmaq istəyir, yaralı aslan kimi idilər. Heyətdə itkilərimiz var idi. Sıx qrafik oyunun sonlarında yorğunluqla öz sözünü dedi. İlk yarıdakı oyunumuzdan narazı qaldım".
Qol.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 19-cu tur matçından sonra mətbuat konfransında deyib.
O, qarşıda komandasını çətin oyunların gözlədiyini bildirib: "Son turlara qədər gərgin mübarizə davam edəcək. Heyətimizdə gənclərdir. Vacib futbolçular var ki, onlar zədələndə yerlərini doldurmaq çətin olur. Sona qədər mübarizə aparacağıq".
Abbasov ilk yarıda Elvin Bədəlovla Süleyman Əhmədovun oyununun alınmamasının səbəbini belə izah edib: "Bəzən futbolçu oyuna qoşula bilmirlər. Süleyman ağır zədədən qayıdıb. İlk hissədə problemimiz yox idi. Sadəcə, elə səhvlər edirik ki, bunlar olmamalıdır. Müasir futbolda gərək bütün detallara fikir verəsən. Bədəlovla Əhmədovun oyunu ilk hissədə alınmasa da, ikinci hissədə pis təsir bağışlamadılar".
Baş məşqçi Xəyal Nəcəfovun ehtiyatda olmasının nə ilə əlaqədar olduğuna dair suala isə zarafatyana reaksiya verib: "Xəyal Messi deyil ki?! Hə, “Sumqayıt”ın Messisi (gülür). Xəyal da oyunlarda 90 dəqiqə meydanda olur. Zədələnməsindən ehtiyat edirik. İstədik ki, bu oyunda dincəlsin. Sonradan meydana girən oyunçular komandaya yaxşı təsir etdi. Sıx qrafik bizə ciddi təsir edir. Elə maliyyə imkanımız da yoxdur ki, gedək gecəylə transfer edək" (Report).
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır