Qol.Az saytının «Futbol və ailə» rubrikasının budəfəki qonağı Bakının «İnter» klubunun bolqarıstanlı prezidenti Georgi Nikolovun xanımı Valeriya Nikolovadır. Xanım Nikolova ilə onun evində, həyat yoldaşı Georgi Nikolovun iştirakı ilə söhbətləşirik.
- Gəlin, öncə tanışlığınızın necə baş tutmasından danışaq.
- İyirmi beş ildi evliyik. Biz düşərgədə tanış olmuşduq. Orada həm istirahət edir, həm də işləyirdik. Mən Georgi Nikolayeviçi yaxşı rəqs etdiyinə görə bəyənmişəm (gülür). Bir gün o, məni rəqsə dəvət etdi. Beləcə tanış olduq. Bizdə sizdəki kimi deyil. Ailə qurmadan öncə bir yerdə yaşayırdıq. Bir ay sonra mənim yaşadığım Varna şəhərinə gəldi. 2 ay sonra evləndik.
- Bal ayını harda keçirmişdiz?
- Bal ayına il yarımdan sonra getdik. Çünki ilk övladımızı gözləyirdik. Həm də pulumuz az idi. Bir də ölkədən kənara çıxmaq üçün icazə lazım idi. Bal ayımız Vyana şəhərində olub. Övladımızı aparmamışdıq. Ona görə ki, dövlət yenidən ölkəyə qayıdacağımıza əmin olmalı idi.
- Neçə övladınız var?
- 2 oğlumuz var. Nikolay 23, Pavel 21 yaşındadır. Onlar Bolqarıstanda yaşayırlar.
- İdeal ailəni necə təsəvvür edirsiz?
- İdeal qadın öz həyat yoldaşını hər bir məsələdə dəstəkləməlidir. Deyə bilmərəm ki, mən yoldaşımın bütün qərarları ilə razılaşıram. Amma son qərarı həmişə o verir. Bunu övladlarım da bilir. Evdə son söz sahibi kişi olmalıdır.
- Qadınlar günlərinin çoxunu mətbəxdə keçirir. Sizin mətbəxlə aranız necədi?
- Yox, bizdə qadınlar, ümumiyyətlə, mətbəxdə olmurlar. Çox az halda. Sizdə qadınlar mətbəxdən çıxmırlar. Bakıda hazır yeməklər satılan yaxşı mağazalar tapmışam. Özüm isə tez hazır olan yemək bişirirəm.
- Bizim mətbəxdən ən çox hansı yeməkləri bəyənirsiniz?
- Sizə bir sirr açım ki, çay dəmləməyi bacarmıram. Siz gəlmədən öncə də düşünürdüm ki, çay məsələsini necə yoluna qoyum. Sonra qərara gəldim ki, təbii şirə daha yaxşıdır. Amma evimdə Lənkəran və Zaqatala çayı varımdı. Amma alınmır da, dəmləyə bilmirəm. Yeməklərinizdən ən çox lülə kababı, plovu xoşlayıram.
- Hazırda işləmirsiz. Bakıya gəlməzdən öncə hansı sahədə fəaliyyət göstərirdiniz?
- Ali təhsilim var. İqtisadçıyam. Turizm şirkətində və bankda işləmişəm. Amma indi Bakıda yaşadığım üçün işləmirəm. İki ildi ki, Bakıdayam. Georgi Nikolayeviç isə 4 ildi burda yaşayır. Kiçik oğlum məktəbi bitirən kimi mən də bura köçdüm, indi onlar sərbəst yaşayırlar. Biri Sofiya, digəri isə Varnada yaşayır.
- Yəqin ki, siz də qadınların əksəriyyəti kimi qızılı çox sevirsiniz?
- Yox, təəssüf ki, sevmirəm.
G.N.: Yaxşı ki, sevmir (gülür)
- Bəs gözəllik salonuna getməyi necə?
V.N.: Fikir vermişəm, sizdə hər 4-5 addımdan bir gözəllik salonu var. Bolqarıstanda isə belə deyil. Qadınlarımız nadir hallarda salona gedirlər. Hətta bu yaxınlarda bir azərbaycanlı xanım tanışım məndən saçıma necə rəng qoyduğumu soruşdu. Mən isə bunu ev şəraitində etdiyimi dedim. Təəcübləndi. Bolqarıstan biz bunu rəfiqələrimizlə yığışıb evdə edirdik. Yəni, bizdə hər həftə gözəllik salonuna getmək vacib deyil. Mən fitneslə məşğul oluram.
- Bizim xanımları bolqarıstanla qadınlarından nə fərqləndirir?
- Sizdə qadınlar makyaj etmədən çölə çıxmırlar. Bizdə isə əksinədir. Çox sadə geyimdə, bəzənmədən küçədə gəzirlər. Qızlarınız gözəldir, xüsusən onların gözlərini bəyənirəm. Bu sözləri kişilərinizə aid etmirəm.
- İnanclısınız?
- Necə deyim. Allahın varlığına inanıram. Amma dində, müqəddəs kitablardakı kimi yox, özüm dərk etdiyim kimi.
- Kilsəyə gedirsiz?
- Dua etmirəm. Kilsəyə isə bayramlarda gedirəm. Yalnız daxilimdə tələbat hiss etdiyim zaman dua edə bilərəm.
- Qısqancsınız?
- Demək olar ki, hə. Çünki qısqanmırsansa, deməli, səndə sevgi hissləri yoxdur.
- Aranızda qısqanclıq tez-tez olur?
- Yox.
- Qadınlar arasınla dostluğa inanırsız?
- Bəli. 2 rəfiqəm var. həmişə onlarla əlaqədəyəm. Bir kişi dostum da var. Bir-birimizi məktəbli vaxtlarımızdan tanıyırıq. İndiyədək münasibətlərimizi saxlayırıq.
- Hollivud ulduzlarından hansı xanımı bəyənirsiz?
- Elə dünən həyat yoldaşımla İzabel Lüperin iştirakı ilə çəkilmiş bir filmə baxırdım. Gözəl qadın olmasa da, onu çox bəyənirəm.
- Bakıda ən çox bəyəndiyiniz yer haradır?
- İlk gəldiyim günlər həyat yoldaşımın sürücüsü mənə Bakını göstərəcəyini dedi. İlk getdiyimz yer Şəhidlər Xiyabanı oldu. Çox təsirləndim. Sizin faciənizdən xəbərim var idi. Amma bunu eşitmək başqa, amma oranı gəzib gözlərinlə görmək tam fərqli hissdir. Bolqarıstanda 20 yanvar faciəsini televiziya ilə göstərmişdilər. İndi bildim ki, eşitdiklərimlə həqiqət arasında fərq var. Bu, ilk təəsürat idi. Bolqarıstanda məndən Bakı haqda soruşanda, ilk olaraq, Şəhidlər Xiyabanındakı abidə barəsində danışıram. Biz əcnəbilər o abidənin qarşısında həmişə baş əyirik.
Bakıda, Dənizkənarı park çox xoşuma gəlir. Yaşadığımız yer - mərkəz 4 il ərzində çox dəyişib. Buranı çox bəyənirəm. İçərişəhər də gözəldir.
- Futbola marağınız varmı?
- İndi-indi yaranmağa başlayıb. İlk dəfə «Neftçi» - «İnter» qarşılaşmasını izləmişəm. Düzü, onda o qədər də anlayışım yox idi. Amma indi nə zaman qol olur, bilirəm (gülür).
- Bəs bizim futbolçulardan kimi tanıyırsız?
- Samir Abbasovu, Emin İmaməliyev və FabioLuis Ramimi.
- Yaşınızı gizlədirsiz?
- Heç vaxt. Əlli yaşım var. Bunu hətta həyətimizdəki siqaret satan oğlan da bilir. Çünki ondan tez-tez siqaret alıram və soruşanda gizlətməmişəm. Çünki onun yaşında oğlum var.
- Siqaret çəkmək sağlamlığınız üçün ziyandı axı…
- Bilirəm, amma yenə də çəkirəm.
- Xoşbəxtsiniz?
- Bəli. Mehriban yoldaşım və iki sağlam gözəl övladım var.
- Paxıllığınızı çəkən çoxdu?
- Var. Amma mən onları ətrafıma buraxmıram. Sonda bir şeyi də demək istərdim ki, dünən ailəmizə yaxın olan Bolqarıstanın Bakıdakı konsulunun qız övladı dünyaya gəlib. O, ilk Azərbaycan vətəndaşı olan bolqar kimi tarixə düşdü.
Kəmalə İSMAYILOVA
Yuxarı
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı