Azərbaycanın futbol azarkeşləri arasında Xalidu Sissokonu tanımayan çox az olar. «Bakı»nın seneqallı qapıçısı təkcə öz oyunu ilə deyil, həm də duzlu zarafatları, qeyri-adi jestləri ilə də tanınır. Amma bu jestlər bəzən maraq doğurur, bəzənsə «Bakı»ya rəqib komandaların azarkeşlərinin hiddətinə səbəb olur.
Amma bu gün biz təkcə Xalidu Sissoko ilə söhbət etmirik, suallırımızı əsasən Seneqalın sabiq energetika nazirinin qızı olan xanımına ünvanlayırıq. Axı, Xalidunu tanıyan çoxdur, niyə də onun ömür-gün yoldaşı Sohnanı da yaxından tanımayaq?!
Sissokolar ailəsi bizi evinə qonaq etdi. Düzü, söhbətimizin gedişatı mənə çox qəribə gəldi: çünki Sohna öz dilində danışır, Xalidu onu ingiliscəyə, tərcüməçimiz isə azərbaycancaya çevirirdi.
Bu görüşümüzdə hər şeydən danışdıq, təkcə futboldan başqa. Hər halda, Xalidu Sissokunun futbolkənar həyatı da az maraq doğurmaz.
Mətləbi çox uzatmadan söhbətimizə keçid alırıq.
- Şablon olsa da, bilmək istərdim, tanışlığınız necə baş verdi?
Xalidu Sissoko: Bismillahir-rəhmani-rəhim! Mən və xanımım sizi evimizdə görməkdək çox şadıq. Həyat yoldaşımla ilk tanışlığım yaşadığımız Seneqalın Dakar şəhərində olub. O vaxtlar Sohna hələ məktəbdə oxuyurdu. Mən isə məşq edirdim. Elə ilk baxışdan ona vurulmuşdum. Sohnaya yaxınlaşaraq fikrimin ciddi olduğunu, onunla evlənmək istədiyimi bildirdim. O isə mənə razılıq vermədi, hələ oxumaq istədiyini dedi. Bilirdim ki, onların ailələrinə yaxın olmaq çətindir. Çünki qızın atası energetika naziri idi. Bir dəfə dözməyib evlərinə kimi getdim, Sohna məni görən kimi əsəbiləşdi. Dedi ki, atam səni burada görsə, öldürər. Hətta onların qapılarında duran mühafizə işçisi belə, mənə demişdi ki, «futbolçu, səni buralarda görməyim». Mən isə heç nəyə baxmayaraq, yenə də onların məhəllələrində gəzirdim. Və bir gün Sohnanın atası məni qapının ağzında görüb yanına çağırdı, kimi gözlədiyimi soruşdu. Mən də bildirdim ki, sizin qıza görə gəlirəm. Məni evlərinə dəvət etdi, hansı qızını istədiyimi soruşdu. Sohnanın adını çəkdim. Bu zaman atası Sohnanı çağırdı və ondan məni bəyənib-bəyənmədiyini soruşdu. Qız müsbət cavab verdiyindən atası valideynlərimin gəlməsini istədi. Evdə isə mənim 22 yaşımda evlənməyimin əleyhinə idilər. Çətinliklə də olsa, onları razı sala bildim. Təxminən 1 həftə sonra bizim nişanımız oldu və İslam qaydaları ilə kəbinlə biz ailə qurduq. Artıq 11 ildir ki, evliyik. İndiyədək aramızda heç bir problem olmayıb. Mən Sohnaya atalıq, o isə mənə analıq edəcəyimiz barədə bir-birimizə söz vermişik. Seneqalda qız seçmək çətin məsələdir. Şükür, mən seçimimdə yanılmamışam.
Sohna Sissoko: Mən də öz həyat yoldaşımı ilk baxışdan sevmişəm. Amma atamdan qorxduğum üçün bunu ona bildirmirdim. Həm də onu daha yaxından tanımaq istəyirdim.
- Bildiyimizə görə, 2 övladınız var…
X.S: Bəli, 2 qızımız var. Böyük qızım Əminata 10 yaşında, kiçik qızım Fatimata 8 yaşındadır. Təəssüf ki, onlar bizimlə deyil, Seneqalda yaşayırlar. Çünki Bakıda fransızdilli məktəb yoxdur. 6 ildi ki, Azərbaycanda yaşayıram və qızlarımı nadir hallarda görürəm. Onların tərbiyəsi ilə anam məşğul olur. Həmçinin bacım və qardaşlarım onlara kömək edir. Heç nədən çətinlik çəkmirlər. İnşallah, gələn il onları Bakıya gətirməyi planlaşdırıram.
- 6 ildi Bakıda yaşayırsız. Şəhərimiz və insanlarımız haqda nə deyə bilərsiniz?
S.S: Düzü, Seneqalda olarkən yaxınlarım mənim Azərbaycana getməyimin əleyhinə idilər. Deyirdilər ki, tanımadığın ölkəyə yollanma. Mən isə bildirdim ki, həyat yoldaşım harada, mən də orada olmalıyam. İndi həmin yaxınlarıma Bakının necə gözəl şəhər olması, insanlarının mehribanlığı barədə danışıram.
X.S: Bakı çox gözəldir, ildən-ilə dəyişir. Bura o qədər öyrəşmişəm ki, artıq Seneqalı yaxşı xatırlamıram. Çünki vətənimdə 15 gündən artıq qala bilmirəm. İlk növbədə, idmana qayğısına görə sizin prezidentinizə minnətdarlığımı bildirmək istəyirəm. 2004-cü ildən buradayam. İnkişaf göz qabağındadır. Hətta sizə bir sirr açım ki, İlham Əliyevə məktub da göndərmişəm. İnternet vasitəsi ilə ona öz təşəkkürümü bildirmişəm. Naxçıvanı, Bakını Seneqaldan daha yaxşı tanıyıram. İnsanları dediyim kimi, çox yaxşıdırlar. Elə götürək, klubumuzun prezidenti Hafiz Məmmədovu, Zeynal müəllimi, Nail müəllimi, Yaşar müəllimi. Mənə qarşı həmişə yaxşı olublar. Mənim atam avtomobil qəzasında dünyasını dəyişib. Hafiz müəllim mənə atalıq edir. Hətta komanda yoldaşlarımız Hafiz müəllimi görəndə mənə çox vaxt «Xalid, atan gəldi» deyə zarafat da edirlər. İcraçı direktorumuz Yaşar Seyidov isə mənim həyat yoldaşımın «atasıdır».
- Deyirsiniz ki, çox mehribansınız. Heç mübahisə etmirsiniz?
X.S: Mübahisə etdiyimiz zamanlar da olur. «Bakı» məğlub olan günü mən qol buraxmışamsa, həmin gün evimizdə dava düşür. Yoldaşım məni danlayır. Mübahisələrimiz yalnız bunun üstündə düşür. Heç vaxt yoldaşıma əl qaldırmaram.
- Xalidunun sizə ilk hədiyyəsi nə olub?
S.S: O vaxt hələ evli deyildik. Sissoko Afrika çempionlar kuokunda iştirak etmək üçün Tunisə getmişdi. Mənə ayaqqabı və boyunbağı gətirmişdi.
X.S: Hətta yadımdı, o boyunbağıya 2200 dollar pul vermişdim.
- Həyat yoldaşınız matçları stadionda izləyir?
X.S: Yox. Çox həyacanlandığı üçün evdə televizorun qarşısında baxır. Mənə görə həmişə Allaha dua edir.
- Azərbaycan mətbəxini bəyənirsinizmi və ümumiyyətlə, bizim xörəklərdən hansını bişirə bilirsiz?
S.S: Heç birini bişirə bilmirəm. Çünki necə hazırlandığını görməmişəm. Bir dəfə görsəm, mən də bişirə bilərəm.
X.S: Yoldaşım dadlı yeməklər bişirir. Sizin yemeklərdən isə kababı çox bəyənir. Prinsipial oyunlarda qalib gələndən sonra hər zaman yoldaşımı restorana dəvət edirəm. Özü də kefimin yaxşı olduğunu görəndə həmişə soruşur ki, nə vaxt kabab yeyək?
- Qadınlar gözəllik salonlarına getməyi sevirlər. Siz necə?
S.S: Nə Seneqalda, nə də Bakıda salona getmişəm. Çünki lazım olan hər şey evdə varımdır.
X.S: Hətta saçlarını da özü hörür, baxın necə səliqəli edib! İstəsəniz, lap sizin də saçınızı hörər.
- Futbol qadınların da maraq bəslədiyi oyundu və stadiona xanım azarkeşlər də çox gəlir. Onların arasında Xalidunun pərəstişkarları da var. Ərinizi qısqanmırsınız?
S.S: Mən Xaliduya inanıram. Amma bilsəm ki, onun hansısa qıza gözü düşüb, o dəqiqə öldürərəm (gülür).
- Futbolçulardan kimin həyat yoldaşı ilə rəfiqəsiniz?
S.S: Mən çölə çıxmağı xoşlamadığım üçün az adamla dostluq edirəm. Yalnız Əhməd Ticaninin xanımı ilə yaxınıq. Tez-tez bizə qonaq gəlirlər.
Kəmalə İSMAYILOVA
Yuxarı
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov