“İnter”in müdafiəçisi Adrian Skarlatake Qol.az saytına müsahibə verib. Rumıniyalı futbolçu komandasının çıxışından, yaranmış vəziyyətdən və gələcək planlarından danışıb.
- Son turda “Səbail”ə uduzdunuz. Əvvəlcə bu oyun haqda fikirlərini bilmək istərdim...
- Heyətdə zədəlilər çoxdur. Son matçda Nizami və Denis kimi aparıcı futbolçularımız oynamadı. Bunlar bizim üçün ciddi itkilərdi. Çünki cəmi 15 futbolçumuz var. Bu vəziyyətdə oynamaq çox çətindir. “Səbail”lə oyuna gəlincə, əlimizə bir neçə imkan düşsə də, istifadə edə bilmədik. Əvəzində isə rəqib qapımıza qol vurdu. Oyunlara daha yaxşı köklənməliyik. Son 5 oyunda cəmi 2 qol vurmuşuq ki, bunlar da künc və cərimə zərbəsindən sonra olub.
- Komandada ümumi vəziyyət necədi? Müsbətə doğru hansısa dəyişiklik hiss olunur?
- Əlbəttə, indi vəziyyət yaxşı deyil. Çünki xala ehtiyacımız var. Qışa qədər maksimum xal qazanmalıyıq. Ümid edirəm ki, fasilədə komandaya yeni futbolçular cəlb olunacaq. Çünki belə oynamaq çox çətindir.
- Klubun yeni rəhbəri Zaur Axundovu axırıncı dəfə nə vaxt görmüsən?
- “Səbail”lə oyundan əvvəl paltardəyişmə otağına gəlmişdi.
- Müşahidə Şurasının sədri hazırkı vəziyyətlə bağlı nə dedi?
- O da vəziyyətdən narahatdır. Çünki biz yaxşı oynamırıq. Amma Axundov da başa düşür ki, rəqabət olması üçün bizim daha çox oyunçuya ehtiyacımız var. Baxın, bizim komandada əgər bir oyunda pis oynayırsansa, bu, o qədər önəmli deyil. Bilirsən ki, heyətdə cəmi 11-12 futbolçu var. Pis oynasan da, gələn tur yenə meydana çıxacaqsan. Komandada rəqabət yoxdur.
- Bəziləri də bundan sui-istifadə edir. Məsələn, eşitdiyimə görə, bəzi futbolçular bilərəkdən oynamırlar. Özlərini zədəli kimi göstərirlər...
- Bu barədə heç nə bimirəm. Açığı, heç buna inanmıram da. Çünki cəmi 15 futbolçumuz var ki, onların da 4-ü ikinci komandadan gəlib. Hər dəfə 12-13 oyunçu ilə məşq edirik. Bu vəziyyətdə yaxşı oyun göstərmək çox çətindir. Həqiqətən inanıram ki, komandaya yeni futbolçular alınacaq. Yanvardan sonra yenidən mübarizəyə qoşulmaq və 3-4-cü pillələrdən birini tutub, Avroliqada oynamaq istəyirik.
- Maaşlarınızı necə, ala bilmisiniz?
- Bu gün avqust ayının maaşını aldıq. İki gün sonra isə sentyabr ayının məvacibi veriləcək. Əslində pulla bağlı elə də ciddi problem yoxdur. Bir az geciksə belə, maaşımızı alırıq. İndi biz yalnız növbəti oyun və qələbə haqda düşünməliyik. Başqa yolumuz yoxdur.
- Növbəti oyundan söz düşmüşkən, X turda “Kəpəz”lə qarşılaşacaqsınız və “İnter” bu oyuna “Keşlə” adı ilə çıxacaq...
- Mənim üçün ad önəmli deyil. Əsas “Kəpəz”i məğlub etməkdir. Bu, bizim üçün çox vacibdir. Yalnız qələbə: başqa seçimimiz yoxdur.
- Bəs öz gələcəyin haqda nə düşünürsən? “İnter”də qalacaqsan, yoxsa komandanı dəyişəcəksən?
- Qışda vəziyyətə baxacam. Baş verənləri izləyəcəm. Qalmaq istəyirəm. Ümid edirəm ki, yeni futbolçular gələcək. Çünki sonuncu pillə üçün oynamaq istəmirəm. 3-4 səviyyəli futbolçu alınsa, komanda daha yaxşı olacaq və ilk “üçlük” üçün mübarizə aparacaq.
Elnur SALAHOV
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı