Premyer Liqa klubları zərərlə işləyir

Premyer Liqa klubları zərərlə işləyir
DÜNYA FUTBOLU 13 Oktyabr 2026 / 21:40 338
-  A +

İngiltərənin beş yüksək divizionunda çıxış edən klubların böyük əksəriyyəti maliyyə çətinliyi ilə üzləşib.

QOL.az xəbər verir ki, İngiltərə futbolunun müstəqil tənzimləyicisinin (İFR) hesabatına əsasən, 2025/2026 mövsümündə klubların 94 faizi zərərlə işləyib. BBC-nin məlumatına görə, komandaların 66 faizi sahiblərinin maliyyə dəstəyi olmadan 90 gündən artıq fəaliyyət göstərə bilməz. Klubların 60 faizindən çoxu isə texniki baxımdan ödəmə qabiliyyətini itirmiş vəziyyətdədir.

Hesabatda klubların 60 faizinin biznes planının olmadığı da qeyd olunub.

2024/2025 mövsümündə Premyer Liqa klublarının orta gəliri 341 milyon funt sterlinq təşkil edib. Bu, Çempionşip komandalarının orta gəlirindən 8,7 dəfə çoxdur.

Bundan başqa, 2025/2026 mövsümündə İngiltərə klublarının transferlər üzrə xalis borcu 3,3 milyard funt sterlinqə çatıb.

İFR maliyyə dayanıqlığını artırmaq üçün Premyer Liqa ilə aşağı divizionlarda çıxış edən klublar arasında gəlirlərin bölüşdürülməsi ilə bağlı yeni razılaşmanın əldə olunmasına çağırıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner