Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi
DÜNYA FUTBOLU 13 Oktyabr 2026 / 20:00 1302
-  A +

Fransa hakimiyyət orqanları “Olimpiakos” azarkeşlərinin UEFA Avropa Liqasında “Marsel”lə keçiriləcək səfər oyununa getməsinə icazə verməyib.

QOL.az xəbər verir ki, Yunanıstan klubu qərarın oyuna cəmi bir gün qalmış verilməsindən narazılığını bildirib.

“Olimpiakos”un açıqlamasına görə, klub son bir ay ərzində “Marsel”, UEFA və yerli polis orqanları ilə əməkdaşlıq edib. Bu müddətdə azarkeşlərin səfərinə qadağa qoyulacağı barədə heç bir məlumat verilməyib. Klub Fransa hakimiyyətinin qərarından yalnız oyundan bir gün əvvəl, qeyri-rəsmi şəkildə xəbər tutub.

Yunanıstan təmsilçisi qərarın ictimai asayiş və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə verildiyini bildirsə də, qadağanın son anda elan edilməsini qəbuledilməz hesab edib.

“Olimpiakos” UEFA-ya rəsmi etiraz göndərib. Klub həmçinin qadağa səbəbindən maddi itkilərlə üzləşən azarkeşlərə kompensasiya ödənilməsi imkanının araşdırılmasını tələb edib.

Qeyd edək ki, “Marsel” - “Olimpiakos” qarşılaşması oktyabrın 15-də keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

topaz banner