“Sabah” - “Slaviya” matçının ən yaxşı futbolçusu müəyyənləşdi

“Sabah” - “Slaviya” matçının ən yaxşı futbolçusu müəyyənləşdi
ÇEMPİONLAR LİQASI 13 Oktyabr 2026 / 22:49 1505
-  A +

“Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Slaviya”ya (Praqa) qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

QOL.az xəbər verir ki, Mikels UEFA-nın Texniki Müşahidəçilər Qrupunun qiymətləndirməsinə əsasən bu mükafata layiq görülüb.

“Sabah”ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 90 dəqiqə meydanda olan futbolçu komandasının ikinci qolunu vurub.

UEFA-nın təqdim etdiyi statistikaya əsasən, Mikels oyunda 10,9 kilometr məsafə qət edib. Onun maksimal sürəti saatda 32,7 kilometr olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner