“Neftçi”nin kapitanı Ruslan Abışov Topaz Premyer Liqanın IX turunda “Kəpəz” üzərində1:0 hesablı qələbədən sonra Qol.az saytına müsahibə verib. Təcrübəli futbolçu əvvəlcə oyunl bağlı fikirlərini açıqlayıb:
- Çətin matç idi. “Kəpəz” bu mövsüm aşağı sıralarda getsə də, rəqiblər üçün başağrı olur. Bilirdik ki, Gəncə səfəri çətin keçəcək. İstənilən rəqib vurda xal itirə bilər. Bir çoxları “Kəpəz”i zəif etsə də, biz belə düşünmürdük. Əsas olan 3 xal idi. “Səbail” də bu tur qələbə qazanmışdı. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyildi. Bu oyunu unudub, “Sumqayıt”la matça hazırlaşacağıq. Həmin oyun da bizimüçün çətin keçəcək. “Sumqayıt” da bizim çətin rəqiblərimizdən biridir. Yaxşı hazırlaşıb, bu oyunda da qələbə qazanmaq istəyirik.
- Qələbə qolunu sən vurdun. Bununla bağlı nə deyə bilərsən?
- Tərcüməçimiz Vüqarın ad günü idi. Oyun başlayanda ona dedim ki, qol vurub, sənə hədiyyə edəcəm. Şükürlər olsun ki, fərqlənə bildim. Nədənsə, stadionların açılışında hər zaman qol vururam. Tofiq Bəhramov adına Respublika stadionunun təmirdən sonrakı, “Bakcell Arena”nın açılışında fərqlənmişdim. Baxmayaraq ki, Gəncə şəhər stadionu köhnədir. Ot örtüyü yeniləndiyi üçün açılış kimi baxırdılar. Elə bil, qismətimdə açılış oyunlarında fərqlənmək var (gülür).
- Dalbadal 3-cü oyundur ki, “Neftçi” qələbə qazanır. Amma nəzərə alaq ki, qalib gəldiyiniz hər 3 rəqib turnir cədvəlində son yerlərdədi. Necə düşünürsən, həmin oyunlar “Neftçi”nin dirçəlişi üçün göstərici ola bilər, yoxsa əsas gücünüz çətin rəqiblərlə görüşlərdə bilinəcək?
- Hər halda biz qalib gələndə “Səbail”lə “İnter” turnir cədvəlində bizdən yuxarıda idilər. Son sırada idik. Tərlan müəllim gələndən sonra hər şey dəyişib. Futbolçularda özünəinam formalaşıb. Artıq hiss olunur ki, komanda hər cəhətdən inkişaf edir. Bunu davam etdirməliyik. Qışa kimi çətin oyunlarımız çoxdur. Vəzifəmiz bu oyunlarda maksimum nəticə qazanmaqdır. Bacardığımız qədər yuxarı pillələrə qalxmalıyıq. Qışda isə mövsümün ikinci hissəsinə daha yaxşı hazırlaşacağıq.
- Özün də dedin ki, çətin oyunlar qabaqdadır. Düşünmək olarmı ki, “Neftçi”nin əsl gücü məhz həmin oyunlarda üzə çıxacaq?
- Qələbə hər zaman özünə inamı artırır. Məncə, 3 oyunda qalib gəlmişiksə, 4-cü oyunda bunun davamı gəlməlidir. 1-2 oyun udub, sonra xal itirən komanda olmaq istəmirik. Hər zaman iddialı olmaq, “Neftçi”nin əvvəlki gücünü qaytarmaq istəyirik. Bundan sonra rəqiblər də artıq “Neftçi”yə həm hörmətlə, həm də ciddi komanda kimi yanaşacaqlar.
- Tərlan Əhmədovun gəlişindən sonra “Neftçi” nisbətən özünə gəlib. Baş məşqçi komandada nəyi dəyişdi ki, birdən-birə bu cür sıçrayış oldu?
- Futbolçular artıq özlərinə inanırlar. Məşqlərdə də görünür ki, hamı əsas heyətə düşmək üçün çalışır. Rəqabət də artıb. Futbolçular artıq rahat oynamırlar. Daha yaxşı mübarizə aparırlar. Bunların nəticəsidir ki, komanda inkişaf edir.Bundan sonra daha da yaxşı olacaq. Çünki həm yaxşı futbolçularımız, həm də baş məşqçimiz var.
- Bir neçə dəfə klub dəyişib, sonra yenidən “Neftçi”yə qayıtdın. Bundan sonrası üçün nə düşünürsən? Bu komandada qalmaqla kifayətlənəcəksən?
- Əgər zədələnməsəm, belə formada qalsam, ümidliyəm ki, yenidən ölkə xaricində oynayacağam. Legioner həyatı yaşamaq istəyirəm. Futbolçu kimi yetişməyimdə “Neftçi”nin danılmaz rolu var. Yenidən doğa evimə qayıtmışam. Sağ olsunlar ki, məni qəbul edirlər. Məndə bunların qarşılığında öz davranışım,öz oyunumla onları sevindirmək, ümidləri doğrultmaq istəyirəm. Bəlkə də qismət olacaq, elə karyeramı da burda bitirəcəm.
Elnur SALAHOV
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
PSJ "Mançester Siti"yə, "Fənərbaxça" "Aston Villa"ya qarşı
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər