Bu gün AZAL klubunda yubileydir. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun 40 yaşı tamam olur. Qol.az saytı bu münasibətlə ona bir neçə sual ünvanlayıb.
- Əvvəlcə sizi təbrik edirik. Siz də çoxları kimi düşünürsünüz ki, bu 40 il necə gəldi keçdi?
- Təbrikə görə təşəkkür edirəm. Düzünü desəm, özümü bu yaşda hesab etmirəm. Bu mənada illərin necə keçdiyini hiss etməmişəm. Bəlkə də ətrafımdakı yaxşı insanlar, gözəl dostlar və işlədiyim kollektivlərdəki mühit buna səbəb olub. 40 yaşı "cavanlıgın sonu-qocalıgın başlangıcı" adlandırırlar bəzən. Nə qədər qəbul etmək istəməsəm də, əvvəlki cevikliyimin, enerjimin bir qədər azaldıgını görürəm. Deməli, istək, arzu və düşüncə tərzim əvvəlki qədər “cavan” olsa da, fizioloji amillər reallıqla barışmaq məcburiyyətində qoyur insanı...
- Ad gününü qeyd etməklə aranız necədi?
- Özümlə bağlı əlamətdar günlərə həmişə biganə olmuşam. Daha çox dostlarımın, yaxınlarımın, iş yoldaşlarım üçün əhəmiyyət daşıyan günlərə həssaslıq göstərmişəm. Ad günümü əsasən dostlarım qeyd etməyə təhrik edir məni. Bu da sadəcə görüşmək, stol açmaq üçün səbələrdən biridir. Onsuz da dostlar həmişə yanımdadır. Dünəndən həm təbrik edirlər, həm də məclis qurmaq istəyirlər. İndi bir də əsasən qızlarıma görə ad günü keçirməliyəm. Artıq onlar da böyüyüb və məni təbrik etmək istəyirlər.
- Klubunuz sizi necə təbrik etdi?
- Rəhbərlik, məşqçilər və futbolçular təbrik etdilər. Belə günlərdə həmişə təşəbbüskar mən olmuşam. Amma bu dəfə klubumuzun baş mühasibi Aygün Zeynallı məni əvəzlədi. Əvvəl hədiyyəmi verdi, sonra da kollektivi çay süfrəsi ətrafında topladı. Buna görə hamıya təşəkkür edirəm.
- Klubun mövcud durumu yubileyi qeyd etməyə mane olmur ki?
- Yubiley keçirmək fikrim yoxdu. Özümü daxilən buna hazır saymıram. Ona görə də bunu klubun indiki durumu, yaxud maddi səbəblərlə bağlamaq lazım deyil.
- AZAL-da neçənci ad gününüzü qeyd edirsiniz?
- AZAL-da ilk gündən işləyən yeganə işçiyəm. Məndən sonra ən stajlısı inzibatçı Asəf Səfərovdu. Bu kluba 2005-ci ilin iyun ayında dostum Səbuhi Səfiyarlının vasitəçiliyi ilə gəlmişəm. Onda AMMK adlanırdı və güclülər dəstəsinə yenicə vəsiqə qazamışdı. Milli komandamızın keçmiş qapıçısı Hüseyn Məhəmmədova tapşırmışdılar ki, yeni komanda yığsın. O bir gün zəng elədi ki, gəl “Neftçi baza”ya. Dostum Atəş Sultanovla onların görüşünə getdik. Hüseyn məni azırda menecer kimi fəaliyyət göstərən Kamil Məmmədov və “Neftçi”nin indiki idman direktoru Orxan Hüseynzadəyə təqdim etdi. Qısa söhbətdən sonra “sabahdan işə çıx” dedilər. Sağ olsunlar, onlar bu sahədə mənə yol açdılar. O gündən bəri klubdayam. Artıq 12 il olur. Həmkarım Mehman Süleymanovun araşdırmalarına görə, bu sahədə rekordçuyam. Əgər belədirsə, bu çox sevindiricidir.
- Klublardan təbriklər gəlirmi?
- Bütün klublarda mənim dostlarım, tanışlarım var. Onlar da təbrik edənlər sırasındadırlar.
- Hansı klublardan təbrik mesajları gəlib, hansılardan yox?
- Dünən “Neftçi” ilə oynadıq. Bu komandadakı dostlar zəng edib təbrik etdilər. “İnter”, “Zirə”, “Qarabağ”, “Sumqayıt” klubunun mətbuat xidmətlərinin rəhbərləri təbrik mesajları yazıblar. AFFA-dan PFL-dən təbriklər almışam. Fürsətdən istifadə edib onların hamısına təşəkkür edirəm. Sizə də gəstərdiyiniz diqqətə görə minnətdaram.
Ramiq AĞAMƏMMƏDOV
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil