“Qəbələ”nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sent-Etyen"lə keçirilən oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Matçda önə keçdiyiniz halda, hesabı sona qədər qorumağı bacarmadınız...
- Düşünürəm ki, bəxtimiz gətirmədi. İki dəfə səhv etdik, hər iki epizodda qapımızda qol gördük. Qələbə qazanmaq üçün yaxşı imkanımız var idi. Qrupda ilk xallarımızı götürməyə yaxın idik. Sadəcə, bizdə təcrübə çatmadı.
- Dördüncü qrup oyununda da məğlubiyyətdən qaça bilmədiniz.
- Qrupdan çıxmaq şansımızı itirsək də, oyunları xalsız bitirməməyə çalışacağıq. Qrupdakı rəqiblərimizin çox güclü olduğuna baxmayaraq, meydanı xalsız tərk etmək bizə də ağır gəlir.
- Hakimin qərarları sizi qane etdi?
- Hakimlər haqqında danışmağı sevməsəm də, bu oyun çox bərbad idarə olundu. İlk hissədən etibarən demək olar ki, hər epizodda əlehimizə cərimə zərbəsi təyin olundu. Ən adi hallarda oyunu saxlayırdı. Belə vəziyyətlərin birində də qapımızda qol gördük və bu da futbolçularımızın psixologiyasını pozurdu.
- Oyunu ispan hakim idarə edirdi...
- Matçdan sonra komanda yoldaşlarıma dedim ki, ispan hakim oyunu belə idarə edirsə, daha Azərbaycan çempionatında hakimlərimizə heç kim söz deməsin.
- Qapıçı Bezotosnının ilk qolda etdiyi səhvdən sonra komanda sanki ruhdan düşmüşdü...
- Futbolda belə hallar baş verə bilər. Daha öncəki epizodlarda da komandanı qoldan xilas etmişdi. İlk hissənin sonunda ona dəstək olduq. Mənim də bir epizodda səhvim olmuşdu. Avroliqada 66 matçda meydana çıxmışam. İlk dəfə idi ki, mənim səhvim nəticəsində qol buraxdıq.
- Oyundan sonra baş məşqçiniz Qriqorçuk sizə nələr dedi?
- Məğlub olsaq belə, yaxşı mübarizə apardığımızı bildirdi.
Məftun MAHİROĞLU
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu