Gürcüstanda həmişə futbol olub. Hətta bununla bağlı gözəl bir film də çəkiblər. Filmdən belə anlaşılır ki, futbol elə Gürcüstanda yaranıb. Çox maraqlı filmdi: «İlk qaranquşlar», baxmağa dəyər. Bir komanda yarada bilirlər və türkləri yarışa dəvət edirlər. Mərcə də ortaya böyük pul qoyurlar. Oyunda da qalib gəlirlər və Yunanıstana qalib gəldikdən sonra ağladıqları kimi sevinc göz yaşlarını saxlaya bilmirlər. Sonra limana gəlir və türkləri gəmi ilə yola salırlar. Türklər bir az uzaqlaşandan sonra məlum olur ki, qardaşlarımız gürcülərə atıblar, saxta dollar veriblər.
Sovetin sovetlər vaxtında Avropa çempionatında da iştirak ediblər və çempion da olublar. SSRİ çempionatında isə iki dəfə ölkə çempionu olublar, beş dəfə Kubok alıblar, həmişə də üç yerdən birində qərarlaşıblar, təsadüfi hallarda 4-5-ci yerdə olublar. SSRİ yığma komandasında da həmişə 4-5 futbolçu ilə təmsil olunublar.
Maxaradze adlı da bir futbol şərhçiləri vardı, gürcü aksenti ilə oyunları şərh edirdi, özü də çox bic şərh edirdi. Top gürcülərdə olanda oyunçuların adını çəkirdi:
- Mesxe topu Metreveliyə atır, Metreveli Daraseliya ilə oynayır, Kipiani topu gözləyir və sair və ilaxır. Elə şərh edirdi ki, elə bil SSRİ yox, «Dinamo»
Tbilisi oynayır.
Hətta Xazanov bir dəfə onu çox gözəl parodiya etmişdi:
- Top Kipianidədir, Kipiani topu vurur, hələ ki top göydədir, sizi komandaların heyəti ilə tanış edim.
Xazanov onda Pereturini də, Maslaçenkonu da, bizim Çingiz İsmayılovu da parodiya etmişdi. Çingiz İsmayılova etdiyi parodiyanı yazsam qan düşər.
Nə isə… Martın 26-da Gürcüstan Yunanıstana qalib gələrək Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazandı. Son saniyəyə qədər də pələng dərisi geymiş pəhləvana dönüb vuruşdular. Və penaltilərdə qapıçılarının şücaəti hesabına yunanları ağlatdılar. Yunanlar kədərdən, gürcülər də sevincdən ağladılar.
Həqiqətən o qapıçının qiyməti 35 milyon avroya dəyər. Yəqin ki, oyundan sonra qiyməti xeyli artacaq.
«Qarabağ»ın oyununu necə həyəcanla izləyirəmsə Gürcüstanın milli komandasını da o həyəcanla izləyirdim. Elə gürcü qardaşlarımız kimi mən də sevincdən kövrəldim.
Hətta oyundan sonra əslən Gürcüstandan olan şair dostum Rauf Qərib Alagözə telefon açıb onu da ürəkdən təbrik etdim. Yolları açıq olsun, indi Avropa çempionatında iki ölkəyə azarkeşlik edəcəyik: Türkiyəyə və Gürcüstana.
Cavan vaxtı dillərdə belə bir şeir gəzirdi:
Məmməd Araz çox döşünə döyməsin,
Sumqayıtda Məmməd Namaz yaşayır.
İndi gürcülər də çox döşünə döyməsin, biz də monqollara qalib gəldik, bolqarlarla da heç-heçə edə bildik.
Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda futbolun inkişafı ilə bağlı məlum sərəncamı və ayırdığı milyonlar onu bölüşənlərin burnundan gəlsin.
Aqil Abbas
"Liverpul"dan xal itkisi
Keyn mükafat alacaq
Virtz "Bayer"də qalır
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə