Möhtərəm prezident İlham Əliyevin xalq tərəfindən böyük coşğu ilə sevilməsinin səbəbi təkcə müdrik bir siyasətçi kimi, bir sərkərdə kimi 44 gün ərzində torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad etməsi, ölkəni dünyanın söz sahibinə, qüdrətli dövlətlər sırasına çıxarması deyil, həm də xalqla görüşlərində həddindən artıq səmimi olması, insanların ürəklərini boşaltması üçün şərait yaratması, incə yumoru və zarafatlarıdı.
Ayın 17-də Füzulinin işğaldan azad olunmasının 1-ci ildönümü ilə əlaqədar şəhərin təməl daşının qoyulması münasibətilə keçirilən tədbirdə çox maraqlı söhbətlər oldu. Tədbir iştirakçılarının hamısı öz ürək sözlərini prezidentlə və eləcə də 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə bölüşə bildilər.
Yeri gəldikcə həmin görüşdə baş verən maraqlı hadisələr barədə yazılar yazacam. Bu gün həmin o maraqlı hadisələrdən birini oxuculara çatdırmaq istəyirəm.
Görüşdə «Qarabağ» komandasının və eləcə də millimizin futbolçusu Qara Qarayev də iştirak edirdi. Qara 1 yaşında bu şəhəri, daha dəqiq desək, doğulduğu Horadiz kəndini ailəsi ilə tərk edib və 28 ildən sonra azad ölkənin azad olmuş torpaqlarının azad bir sakini kimi doğma yerlərdəydi. Onun sevincini təsəvvür etmək çox çətindi.
Həmin gün «Qarabağ»ın «Sabah»la oyunu vardı. oyun da axşam saat 7-yə 15 dəqiqə qalmış başlamalı idi. Çox həyəcanlı idi ki, qayıdıb oyuna çata biləcək, ya yox. Ürəyinin yarısı doğma Füzulidəydi, yarısı da doğma komandasında. Bu çətin oyunda komandasını tək qoymaq istəmirdi.
Möhtərəm prezident Qara Qarayevlə görüşərkən birinci sözü bu oldu ki, «Qarabağ» hamımızın komandasıdı, komandanı hamımız sevirik və həmişə uğurlar arzulayırıq. Mən də dedim ki, Möhtərəm Prezident, bu gün «Qarabağ»ın oyunu var, axşam saat 7-də, Qara çalışır ki, görüşdən sonra oyuna çatsın, komandasını tək qoymasın.
Prezident güldü, Qaranı da sıxdı özünə və dedi:
- Qurbana zəng edin, deyin ki, prezident deyir ki, Qara gəlib çatmayana kimi oyunu başlamasınlar.
Möhtərəm Prezidentin bu incə yumor və zarafatı Qaranın üzündə çiçəklədi.
Qara özünü oyuna çatdırdı, amma yol yorğunluğunu nəzərə alıb Xoca, yəni Qurban Qurbanov həmin gün onu oyuna buraxmadı.
«Qarabağ» 2:1 hesabı ilə «Sabah»a qalib gəldi. Ayın 21-də Avropa çempionatları oyunlarında «Qarabağ» «Kayrat»ı qəbul edəcək. İnşallah, Qara həmin oyunda Prezidentin ona və «Qarabağ»a olan sevgisini gözəl oyunu ilə doğruldacaq.
Aqil ABBAS
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
"Milan" "Yuventus"la heç-heçə etdi
İstanbul derbisində "Fənərbaxça" qələbə qazandı
"Avrokuboklara getməmək dünyanın sonu deyil" - Şahin Diniyev
"Sabah" "Səbail"i belə məğlub etdi - Video
"Mançester Yunayted"dən heç-heçə
"Sabah" "Səbail"ə qalib gəldi
Elcan Hacıyev Avropa çempionu oldu - Yenilənib
Krivostyukun komandasından qələbə
"Liverpul"dan xal itkisi
"Sabah" - "Səbail": Heyətlər
Keyn mükafat alacaq
Virtz "Bayer"də qalır
"Barselona"nın Lamin Yamal qərarı
Klopp: "Liverpul"un çempion olacağına inanmıram"
Arda "Real"da qalır, ya gedir? - Ançelotti açıqladı
Useyn Bolt Kilian Mbappe ilə yarışmaq istəyir
Konte "Napoli"yə "hə" dedi
PFL hakim təyinatlarını açıqladı
"Lester" Premyer Liqaya qayıdır
Canni İnfantino "Qarabağ"ı təbrik etdi
Arda Gülerin "Real"a qələbə qazandıran qolu - Video
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı - Video
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı