Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev birinci divizionda 28 nəfərin danışılmış oyunda iştirakına görə futboldan uzaqlaşdırılmasına münasibət bildirib.
Çempionatı təşkil edən qurumun rəhbəri məsələ ilə bağlı Qol.az-ın suallarını cavablandırıb.
- Birinci divizionda baş verənlərlə bağlı nə deyə bilərsiniz?
- Rövnəq Abdullayev xeyli vaxtdır göstəriş vermişdi ki, bu işlə məşğul olun. Necə ki, bir ağacı qurd yeyir və ağac yanı üstə aşır. Biz də araşdırırdıq ki, görək futbolu kim bu günə qoyur. Sağ olsunlar, hüquq-mühafizə orqanları öz köməklərini əsirgəmədilər. Hər biri öz günahını etiraf etdi. Bugünkü qərara əsasən onlar futboldan uzaqlaşdırılır.
- Öz günahlarını etiraf ediblərsə, deməli, onları bir daha futbolda görməyəcəyik?
- İnşallah ki, görməyəcəyik. Mən həmin insanlarla nəinki futbolda, heç həyatda da görüşmək istəmərəm. Çünki onlar tək özlərini yox, orada çalışan məşqçi heyətini, gənc futbolçuları pis yola çəkib. Bu, Azərbaycan futboluna qarşı namərdlikdir.
- Danışılmış oyunlarla bağlı araşdırmalar davam edir? Daha bir neçə adın açıqlanacağı mümkündür?
- Mümkün deyil demək düzgün çıxmaz. Əgər bunlar üzə çıxıbsa, deməli, onların qol-qanadları da olacaq. Sözsüz ki, sona qədər mübarizə aparılacaq.
- Maraqlıdır, niyə bu cür hallar birinci divizionda baş verir?
- Bu maraqlı olsa da, sevindirici haldır ki, belə hadisələr Premyer Liqada yox, birinci divizionda baş verir. Ona görə sevindirici hal deyirəm ki, əgər bu cür olay Premyer Liqada olsaydı, bu daha böyük biabırçılıq olardı. Belə davam etsəydi, özəyi gəlib Premyer Liqaya çıxacaqdı. Amma sağ olsunlar ki, bunun qarşısını vaxtında ala bildilər. Sizin sayt vasitəsilə hüquq-mühafizə orqanlarına PFL-in prezidenti olaraq öz adımdan minnətdarlığımı bildirirəm.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı