"Partizani"nin müdafiəçisi Eqzon Belitsa Albaniyanın "Panorama" nəşrinə müsahibə verib. Qol.az-ın məlumatına görə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçirəcəkləri cavab oyunu haqda fikirlərini bölüşən makedoniyalı futbolçu iddialı danışıb.
- İlk oyundakı nəticəyə əsasən, Bakıya nikbin getdiyinizi düşünmək olar?
- Heç kim "Partizani"nin "Qarabağ"la ilk oyunda bu cür təsir bağışlayacağını gözləmirdi. Düşünürəm ki, yaxşı oyun göstərdik. Fikrimcə, nəticə də qənaətbəxşdir. Bəlkə də müdafiədə çox oturduq. Ancaq bu, "Qarabağ" kimi güclü komandanın qarşısında tab gətirmək üçün yeganə variant idi. Bakıya da yaxşı nəticə dalınca gəlmişik. Mərhələni keçmək üçün son ana kimi bacardığımız qədər mübarizə aparacağıq.
- Tiranadakı matçda qol vurmağınıza nə mane oldu?
- Bilirsiniz, nəticə təsadüfi deyil. Məşqlərdə standart vəziyyətlər zamanı bu zərbələrin üzərində işləyirik. Sloveniyadakı yoxlama oyunları, eləcə də "Qarabağ"la matçda bunu yoxladıq. Cavab görüşündə də bu cür zərbələrdən istifadə edəcəyik. Ümid edirəm ki, bu dəfə dirəklər bizə mane olmayacaq.
- Ötən mövsüm evdə "Qarabağ"la 0:0 oynayıb, Bakıda 0:3 hesabı ilə uduzan "Kukesi"nin aqibətini yaşamaqdan qorxmursunuz?
- Biz öz oyunumuzu göstərib, meydanda maksimum gücümüzü ortaya qoymağa çalşacağıq. "Kukesi" Bakıda 0:3 uduzmuşdu. İnanıram ki, biz onların aqibətini yaşamayacağıq. Bura özümüzü göstərmək üçün gəlmişik.
- İlk matçdakı kimi ehtiyatlı oynayacaqsınız, yoxsa bu dəfə daha cəsarətli olacaqsınız?
- Düşünürəm ki, sabahkı oyunda daha diqqətli olacağıq.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı