"Zirə"nin yeni transferi Elvin Məmmədov Qol.az-a müsahibə verib. "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayan təcrübəli yarımmüdafiəçi dünən Bakıda keçirilən Avropa Liqasının final oyunu haqda da danışıb.
- Əvvəlcə "Zirə"yə keçidinlə bağlı fikirlərini bilmək maraqlı olardı...
- Samir Abasovla da görüşdüm, klub rəhbərliyindən də zəng vurdular. Baş məşqçi ilə söhbətdən sonra müsbət aura yarandı, onda görə də bu komandaya keçdim.
- 2016-2017 mövsümündə də "Zirə"də çıxış etmisən. Sabiq klubuna qayıtdın. Təəssüratların, gözləntilərin necədir?
- Pozitiv fikirləşirəm. Məncə, daha yaxşı olacaq. Əlbəttə ki, hər şey futbolçunun özündən asılıdır. Əlimdən gəldiyi qədər həm komandam, həm də özüm üçün yaxşı futbol oynamağa çalışacağam.
- "Sumqayıt"la müqavilən mövsümün sonunda başa çatmışdı. Yeni sözləşmə təklif etmədikləri üçün oradan ayrıldın?
- Bəli, müqaviləm bitmişdi. Onlar gözləmə mövqeyində idilər. Məsələ hələ də açıq olaraq qalır. Vəziyyətin necə olacağı bilinmir. Digər tərəfdən, "Zirə"nin təklifi məni daha çox cəlb etdi. Onların şərtləri daha yaxşı idi.
- Başqa təkliflərin də var idi?
- Var idi, amma real deyildi. Sadəcə, söz göndərmişdilər. Yeganə real təklif "Zirə"dən gəldi. Mən də rəhbərlik və baş məşqçi ilə danışdıqdan sonra qəbul etdim.
- Bəzi yerli futbolçular tələbkarlığına görə Samir Abasovun rəhbərliyi altında oynamağa o qədər də can atmırlar. Sən isə düşünmədən "Zirə"nin təklifinə "hə" demisən...
- Samir Abasovun həqiqətən tələbkar olduğunu "Sumqayıt"da olan futbolçulardan - ən çox da Vurğun Hüseynovdan öyrənmişəm. Bu, məni qorxutmur. Əksinə, bir futbolçu üçün yaxşı haldır. Hər bir məşqçi tələbkar olmalıdır. Fikrimcə, hər şey daha yaxşı olacaq.
- "Sumqayıt"a daha çox oyun təcrübəsi qazanmaq üçün keçmişdin. Çünki "Qəbələ"də ehtiyatda qalırdın. Ancaq mövsümü sənin üçün o qədər də uğurlu saymaq olmaz. Zədə səbəbindən istədiyin qədər oynaya bilmədin. "Zirə"də əsl Elvini görə biləcəyik?
- "Sumqayıt"da oynamamağım sırf zədə ilə bağlı idi. Başqa bir nüans yox idi. Sağ olsun, zədədən sonra Ayxan müəllim mənə güvəndi, şans verdi. Forma yığmağım üçün mənə kömək etdi. Demirəm, "Zirə"də hər oyunda meydana çıxıb qeyri-adi nəsə edəcəyəm. Zədə olmasa, komandanın uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəyəm.
- Dünən Bakıda möhtəşəm oyun keçirildi. Avropa Liqasının finalında "Çelsi" və "Arsenal" klubları üz-üzə gəldilər. Matçı stadiondan izlədin?
- Yox, stadiona getməmişdim. Evdə baxdım.
- Hansı komandaya azarkeşlik edirdin və "Çelsi"nin 4:1 hesablı qələbəsi sənin üçün gözlənilməz olmadı?
- Açığı, mən əvvəldən "Çelsi"nin 2:0 udacağını demişdim. Amma 4 qol vuracaqlarını gözləmiridm. Ümumiyyətlə, bu oyun Azərbaycan üçün böyük bir futbol bayramı idi. Ümid edirəm ki, bundan sonra futbola daha çox diqqət ayrılar. Çünki "Çelsi", "Arsenal" kimi komandaların Azərbaycana gəlməsi ölkənin dünyada tanınmasıdır. Həm futbol, həm də siyasi baxımdan. Belə oyunlar hər ölkəyə nəsib olmur. İnanıram ki, bunun davamı olacaq.
- Son olaraq, millimizin gələn ay seçmə mərhələdə Macarıstan və Slovakiya ilə keçirəcəyi oyunlar haqda fikirlərini bilmək istərdim. Səncə, qarşıdakı matçlarda nəyə ümid edə bilərik?
- Millimizə uğurlar arzu edirəm. Amma çox çətin olacaq. Bu iki oyunun nəticəsi yaxşı olsa, gələcəyə nikbin baxa bilərik. Pis olsa, vəziyyətimiz çox çətinləşəcək. Evdə oynayırıq deyə azarkeşlərimizin də dəstəyi ilə xal götürmək lazımdır.
Elnur SALAHOV
"Mən səni çox sevirəm"
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video
Seneqal Afrika Millətlər Kubokunun pley-offunda
Misli Premyer Liqasında 101 debüt
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı