“Qarabağ”ın hücumçusu Mahir Mədətov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Keşlə”ni 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Penalti epizodunu necə şərh edə bilərsən? Qarşı tərəf qərardan narazı idi.
- Rəqib ayağıma vurdu. Mən onun arxasından gəlirdim, ola bilsin ki, məni görməyib. Amma təmas var idi. Hakimin doğru qərar verdiyini düşünürəm.
- Hazırda “Neftçi” ilə xal fərqiniz 5-ə bərabərdi. Şansları necə dəyərləndirirsən?
- Mən həmişə öz komandama inanmışam. İnanıram ki, xal fərqini sonadək saxlaya biləcəyik. Bunun üçün çalışacağıq, vuruşacağıq. Sonda nə olacağı Allaha qalıb. Amma biz vicdanımız təmiz olsun deyə bilməliyik ki, var gücümüzü ortaya qoyduq.
- Son vaxtlar azarkeşlər və futbol ictimaiyyəti tərəfindən çox tənqid olundun. Bununla bağlı nə deyə bilərsən?
- Əvvəllər çox təsir edirdi. İndi isə izləmirəm tənqidləri. Kimin nə dediyi mənə maraqlı deyil. Əsas olan məşqçilərimin fikiridir. Düşünürəm ki, qol vurmadığıma görə tənqid olunurdum.
- Son oyunlarda sanki artım var...
- Hücum xəttində oynayırsansa, istər-istəməz top da itirəcəksən. Bunu Ronaldo da edir, Messi də. Çalışırsan ki, bir az kreativlik edəsən, bu da bəzən alınır, bəzən yox.
- Bəs sizdə necə alınır kreativlik?
- Məncə, pis alınmır. (gülür)
- Mövsümün sonunda Türkiyəyə gedəcəyin, Superliqa klubuna transfer olunacağın deyilir. Bu məsələ nə qədər realdır?
- Çox klubun adını eşidirik. Ancaq nə məşqçilər, nə də menecerlərim tərəfindən bu barədə mənə deyilmir. Özüm də bunu istəyirəm. Çünki çempionatın sonudur. Daha çox növbəti oyunlara köklənirəm. Mayda bu barədə qərar verəcəyik artıq.
- AEK barədə yayılan xəbərlər haqda nə deyə bilərsən, Yunanıstan Superliqasında oynamağın alınarmı?
- Açığı, Yunanıstan liqasını izləmirəm. Avrokuboklardakı oyunlarına baxmışam. AEK-dən real təklif var idi, sadəcə bu haqda düşünmürdüm.
- Legioner həyatı yaşamağın vaxtı çatdığını düşünürsən?
- Düzü, çox istəyirəm legioner olmaq, Avropada özümü göstərmək. Lakin, dediyim kimi, bu tək mənim verəcəyim qərar deyil. Mənim üzərimdə əziyyəti olan insanlar çoxdur, xüsusən də Qurban müəllim başda olmaqla “Qarabağ”ın. Onlar nə desələr, elə də olacaq.
- AEK-dən təklif aldığın ərəfədə Qurban Qurbanov nə məsləhət gördü?
- Həmin vaxt “Neftçi” ilə oyuna 3 gün qalmışdı. Qəti cavabım yox idi. Mümkün olan bir şey deyildi. Özümə söz vermişdim ki, bütün təklifləri kənara qoyub komandama kömək edəcəyəm. Çünki bu il bizim üçün çox ağır il oldu. İstəyirəm ki, sonda çempion olaq.
- “Keşlə”nin qapıçısı Şahinlə toqquşmandan sonra burnu qırıldı və xəstəxanaya aparıldı. Ona zəng etməyi düşünürsənmi?
- Bu haqda bilirəm. Artıq nömrəsini də almışam. Özünə də yaxınlaşıb üzr istədim. Bilərəkdən etməmişəm. İmkan tapsam, onu ziyarət edəcəyəm.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi