Son olaraq "Kəpəz"in çalışdıran Yunis Hüseynov Qol.az-a müsahibə verib. Nikola Yurçeviçin milli komandamıza baş məşqçi təyin olunmasına münasibət bildirən mütəxəssis xorvatiyalı çalışdırıcıdan ciddi uğur gözləmədiyini bildirib.
- AFFA milli komandanın sükanı arxasına xorvatiyalı mütəxəssis Nikola yurçeviçi gətirdi. Əvvəlcə bu təyinata münasibətinizi bilmək maraqlı olardı...
- Birincisi, bilirsiniz ki, hər zaman yerli məşqçilərə üstünlük vermişəm. İkincisi, mən heç vaxt baş məşqçilər haqda mənfi söz deməmişəm, heç demərəm də. Çünki onlar mənim həmkarlarımdır. Biz hamımız məşqçiyik. Yurçeviçi tanımıram. Yalandan deyim ki, onun işinə bələdəm, düzgün olmaz. Səhv etmirəmsə, daha çox Slaven Biliçin köməkçisi kimi Xorvatiya millisində, "Beşiktaş", Moskva "Lokomotiv"i və "Vest Hem" klublarında işləyib. Bir də Zaqreb "Dinamo"sunda qısa müddətdə baş məşqçi olub. Bunları da saytlardan oxumuşam. Ona görə də Yurçeviçin işi haqda mənfi fikir söyləyə bilmərəm. Elə məşqçilər olur ki, klublarda özünü yaxşı tərəfdən göstərə bilmir, millidə nəticə verir. Bunu zaman göstərəcək. İndi yeni baş məşqçi haqda nəsə demək düz çıxmaz. Amma elə ki, seçmə mərhələnin oyunları başlayacaq, ondan sonra fikir bildirmək olar. Bir iş görməyib, heç nə etməyib, gəlib müqavilə bağlayıbsa, mən onun haqqında nə danışım? Yenə deyirəm, mən həmişə yerli məşqçilərin tərəfində olmuşam. Amma indi bunu gətiriblər, xeyirli olsun. Biz də istəyirik ki, milli komandamız Avro-2020-nin final mərhələsinə vəsiqə qazansın. Bu, hamımızın arzusudur.
- Milli komandaya baş məşqçi təyin edərkən adətən onun keçmişdə qazandığı nəticələrə baxırlar. Bu gün yığmanın heç bir uğuru olmayan birinə tapşırılması nə dərəcədə doğrudur?
- Səhv etmirəmsə, Yurçeviçlə bu seçmə mərhələnin sonuna qədər müqavilə bağlanıb. Xarici mütəxəssisdir, milli komandada, tanınmış klublarda işləyib, təcrübəsi var. Ola bilər, yığmada özünü baş məşqçi kimi sübut edər. Hər şeyi zaman göstərəcək. Sizi başa düşürəm, deyirsiniz ki, onun heç bir uğuru yoxdur, gətirib milli komandaya baş məşqçi qoyublar. Yadınızdadırsa, vaxtı ilə Berti Foqtsu gətirmişdilər. Nə oldu? Dünyada ən məşhur məşqçilərdən biridir. Burada köhnə nəticələr o qədər də rol oynamır. Bəlkə Yurçeviç bu dəfə özünü yaxşı tərəfdən göstərəcək.
- "Bəlkə"ləri kənara qoyub, reallıqdan danışsaq, siz təcrübəli məşqçi olaraq, Yurçeviçdən nə gözləyirsiniz?
- Ümumiyyətlə, nəyisə üstüörtülü deməkdən xoşum gəlmir. Açığı, mən milliyə gələn heç bir məşqçidən nəsə gözləmirəm. Eləcə də Yurçeviçdən. Yalandan deyim ki, hə, Yurçeviç millini final mərhələsinə daşıyacaq, absurddur. Bu olmur, başqası olsun, lap mən olum, yaxud Qvardiola gəlsin, millidən heç nə gözləmirəm.
- Niyə?
- Ona görə ki, hazırda bizdə futbolçu qıtlığı var. Üzdə olan oyunçularımız 20-25 nəfərdir. Nə vaxt ki, heç olmasa 25-30 futbolçumuz legioner həyatı yaşayar, onda nəsə gözləməyə dəyər. 8 komandalı çempionatımız var, səviyyə də o qədər yüksək deyil. Qrupumuza baxın, Xorvatiya, Uels, Slovakiya, Macarıstan. Hamısı futbol oynayan komandalardır. Biz heç Millətlər Liqasında qrupdan çıxa bilmədik. Oradakı komandalarla seçmə mərhələdəkilərin səviyyəsinə baxın, özünüz hər şeyi başa düşəcəksiniz.
- Ancaq bu gün Yurçeviç mətbuat konfransında belə bir fikir səsləndirdi ki, Avro-2020-nin final mərhələsinə çıxmaq üçün vuruşacaqlar...
- Heç bir məşqçi deyə bilməz ki, biz seçmə mərhələ oyunlarına uduzmaq üçün çıxacağıq. Yəqin, fikrini başqa cür çatdırmaq istəyib. Hər məşçinin öz xarakteri, motivasiya üsulu var. Əlbəttə ki, hər oyuna qələbə əzmi ilə çıxacaqlar. Buna mənim şübhəm yoxdur. Sizi inandırım ki, biz qrupda hansısa yığmaya başağrısı da olacağıq. O demək deyil ki, çətin qrupa düşmüşük, xal götürməyəcəyik. Yaxşı oyunlarımız da olacaq. Oyunlardan sonra nə necə alınacaq, bunu zaman göstərəcək.
- Sizin də bildiyiniz kimi, Avro-2020-nin final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək. Məhz bunu nəzərə alan AFFA rəhbərliyi millinin Avropa çempionatında çıxış etməsini qarşıya əsas hədəf qoyub. Elə yığmaya baş məşqçi təyinatının gecikməsinin bir səbəbi də bu idi. Qarşıya qoyulan vəzifəni nəzərə alsaq, sizcə, federasiyanın millini Yurçeviçə əmanət etməsi düzgün addım idi?
- İndi mən sizə bir sual verim. Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmaq üçün ən real şansımız hansı idi?
- Millətlər Liqası.
- Qurtardı, getdi də. Biz də bunu istəyirdik. Şəxsən mənim ümidim var idi ki, Millətlər Liqasında Avro-2020-nin final mərhələsinə çıxa bilərik. Ən azı qrupdan çıxacağımızı fikirləşirdim. Amma olmadı. Həmin liqadakı qrupdan çıxa bilməyən bir millinin seçmə mərhələdəki qrupdan çıxması mümkündürmü? Təbii ki, yox. Əlbəttə, arzumuz odur ki, final mərhələsinə vəsiqə qazanaq. Ancaq bayaq dediyim kimi, bura Qvardionı da gətirsən, xeyri yoxdur.
Elnur SALAHOV
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan dünya çempionu oldu
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi