Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq

Yazarlar
 Vaqif Cavadova bircə sual
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qəbələ" Antalyada bir gündə iki məşqə çıxdı - Şəkillər
Top 5
Klublarımızın qış transferləri – Yenilənir
Neymara görə fantastik təklif – Ronaldo + pul
"Qarabağ" afrikalı hücumçu alır?
Ronaldo "MY"ə qayıtmaq istəyir - aldadıldığına görə
"Arda yaxşı oyunçudur, amma..." - Ernesto Valverde
Linklər
525ci Qəzet

"Avropada uşaq 5 yaşında qaçmağı bilirsə, biz 10 yaşında necə yeriməyi öyrədirik"
A A A

[13.12.2017]
"Avropada uşaq 5 yaşında qaçmağı bilirsə, biz 10 yaşında necə yeriməyi öyrədirik"

Futbolumuzun əksər çatışmazlıqlarını araşdıranda problemin kökündə uşaq futbolunun olduğunu görürük. Təbii ki, futbolçunun təməli, bünövrəsi düzgün qoyulmaldır. Təəssüf ki, bizdə uzun illərdir bu problem davam edir.

Uşaq liqarının yaxşı təşkil olunmaması, azyaşlı futbolçularla məşğul olan məşqçilərin əksəriyyətinin savadsızlığı, klubların bu sahəyə biganə yanaşması problemin əsas səbəblərindəndir.

Klubların futbolçu yetişdirmək həvəsində olmamasının nəticəsidir ki, ölkəmizdə futbol akademiyaları barmaqla sayılacaq qədərdir. Nəticə isə göz qabağındadır. Uşaq futbolu diqqətsiz qalıbsa, hər hansı bir inkişafdan danışmaq yersiz olar. Çünki dünyada futbolla sözünü deyən ölkələrin hamısında uşaq futboluna necə qayğı ilə yanaşdıqlarının şahidiyik.

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov milli karyerasını başa vuranda hamını bir sual düşündürürdü: onu kim əvəzləyəcək? Cavab tapmaq isə çətindir. Əslində bu sual ətrafında AFFA və klublar düşünməli idi. Həm də indi yox, çoxdan. 

R.Sadıqov özü də bu yaxınlarda jurnalistlərə müsahibəsində bəhs etdiyimiz problemi qabartdı və uşaq futbol məktəblərində işlərin düzgün aparılmadığını, bəzi mövqelərin “nəsli kəsildiyini” dedi. Hətta Sadıqov bizdə bir çox futbol adamının dilinə gətirə bilmədiyi  “futbolumuz uçuruma doğru gedir” cümləsini də işlətdi. 

Onun fikirlərinə bir daha diqqət edək: “Uşaq futbol məktəblərində inqilabi dəyişikliklər etməliyik. Yoxsa bu, belə də gedəcək. Fikrimcə, yeni nəsildə geriləmə gedir. İlyarımdır bu işin içindəyəm, aşağı yaş qruplarını yaxşı tanıyıram, baxıram ki, ildən-ilə zəifləyirik. Akademiyada bunların üzərində işləməliyik. Elə xırda nüanslar var ki, matçın gedişində 1 metr sağa və ya sola hərəkət etməklə, topu düzgün saxlamaqla oyunun nəticəsini həll etmək olur. Uşaqlarla daha detallı işləmək, daha çox vaxt ayırmaq lazımdır. Elə mövqelər var ki, getdikcə “nəsli kəsilir”. Özünüz də görürsünüz ki, Azərbaycanda stoper mövqeyində heç kim yetişmir. Ya da boyları çox balacalaşır. Olanlar da ya ağırdır, ya topla rəftarı zəifdir və s. Bütün bunlara fikir vermək lazımdır, yoxsa getdikcə futbolumuz uçuruma doğru yuvarlanır”.

Təkcə U-17, U-19 və U-21 yığmalarımızda milliləşdirilən futbolçulara nəzər salsaq, bizi gözləyən uçurumu anlamaq çətin deyil. Əslində bu komandalar ölkədə uşaq futbolunun səviyyəsini müəyyənləşdirir. Çatımazlıqları ört-basdır etmək üçün milliyə legionerlər cəlb olunması isə özümüzü aldatmaqdan başqa bir şey deyil.

Azərbaycanda yalnız “Qəbələ” öz futbol akademiyası ilə digər klublarımız üçün nümunədir. Artıq akademiyanın yetişdirdiyi futbolçuların bir neçəsi aşağı yaş qrupları üzrə milli komandalarımızda çıxış edir. Elə klubun əsas komandasına cəlb olunanlar da var.

“Qəbələ”nin digər klublarımızdan fərqli olaraq uşaq futboluna göstərdiyi qayğını və əldə edilən nəticələri əsas götürərək futbol akademiyasının direktor müavini Nail Kərimovun fikirlərini öyrəndik. O, söhbətində uşaq futbolunun inkişaf modelini göstərdi: 

“İşə infrastrukturdan başlamaq lazımdır. Yaxşı struktur, mütəxəssislər, məşqçilər, həkimlər olmalıdır. Ən əsası isə futbolçu məsələsidir. Yaxşı seleksiya aparılmalıdır. Bütün bunlar olandan sonra vahid sistem qurulmalıdır. Heç kim özbaşına hansısa qərarı verə bilməz. Hamı eyni yerə vurmalı, eyni düşünməlidir. Bu, təkcə oyun sisteminə aid deyil, futbolçunun davranışı, gündəlik həyat tərzi, bütün bunlar şablona çevrilməlidir. Biz səkkiz il ərzində bu mərhələyə indi çatırıq. Qeyd etdiyim amillərin hamısı yerində olandan sonra nəticə barədə düşünmək olar.

Bizdə uşaq futbolu hər nə qədər digər klublardan yaxşı olsa da, səhvlərimiz də var. Bizim də çatışmayan cəhətlərimiz var. Ancaq üstünlüyümüz ondan ibarətdir ki, çatışmayan cəhətlərin üzərində daim işləyirik. Əsas problemi tam açıqlaya bilmərəm. Problemi tam həll etməmişiksə, deməli, onun nədən ibarət olduğunu Azərbaycanda heç kim bilmir".

N.Kərimov uşaq futbolunun istənilən səviyyədə olmamasını həm də Azərbaycanda insanların futbola düzgün yanaşmaması ilə əlaqləndirir: “Bu məsələyə bizim futbol təsərrüfatının çatışmazlığı ilə yanaşı, ümumi olaraq cəmiyyətin təsiri də rol oynayır. Bizdə uşaqların tərbiyələndirilməsi nisbətən fərqli anlayışdır. Azərbaycanda tərbiyə deyəndə hamı ilk növbədə kiçiyin böyüyə hörmət etməsini, dərsini yaxşı oxumağı, siqaret çəkməməsini düşünür. Amma əslində tərbiyəyə düzgün yerimək, düzgün yemək seçmək, düzgün rejimdə yaşamaq, uşağın kiçik yaşlarından idmana düzgün qaydada yönəldilməsi, uşağın cəsarətli böyüməsi, intellektinin yaxşı olması, onun ancaq orta məktəb dərsliklərinə yönəltmək yox, həmçinin dünya görüşünün artırılması da daxildir. Təəssüf ki, bizim uşaqların əksəriyyəti bu cəhətlərin hər birində geri qalırlar. Avropada uşaq artıq 5 yaşında qaçmağın qaydasını bilirsə, biz hələ uşaqlara 10 yaşında necə yerimək, tullanmaq lazım olduğunu öyrədirik. Təbii ki, buna görə də geçikmiş oluruq. Yaxud da valideynlərin münasibətində laqeydlik görürük. Artıq bu zaman futbol ictimaiyyətinin edəbiləcəyi bir şey qalmır. Biz də çarəsiz qalırıq. Ancaq biz bu çatışmazlıqları bilə-bilə üzərində iş aparmasaq, desək ki, artıq düzələn deyil, heç vaxt müsbət nəticə əldə edə bilməyəcəyik. Biz hər şeyi bacardığımız qədər dəyişməyə çalışırıq. Uşaqların qidalnmasından tutmuş təhsilə yanaşmalarına qədər”.

N.Kərimov uşaq futbolunda olan məşqçilərin savadsızlığının da problemin əsas səbəblərindən olduğunu düşünür: “Onların əksəriyyətinin orta və ali təhsilləri çox zəif olub. Bizdə bineyi-qədimdən bu iş belə qurulub ki, idmanla məşğul olanların əksəriyyətinin təhsilə diqqət etmələri çətin olur. Ona görə də də uşaq futbolu ilə məşğul olan məşqçilər də təhsildən geri qalıblar. Ancaq məşqçi kurslarında, yaxud da təcrübə zamanı özünü inkişaf etdirən məşqçilərimiz da var. Bu gün bizim akademiyamızdan U-19-dan U-10 qrupuna qədər hər bir məşqçinin B kateqaoriyası var. Əksər məşqçilərimiz C kateqoriyası alıb. Beynəlxalq təcrübə toplamaq üçün məşqçilərimizi bir neçə dəfə xarici ölkələrə, yüksək səviyyəli klubların bazalarına aparmışıq. Biz özünü inkişaf etdirməyən məşqçilərimizlə yollarımızı ayırırıq”.


Nail Kərimov

N.Kərimov aşağı yaş qrupları üzrə komandalar arasında keçirilən liqalarda rəqabətin olmamasından və bunun mənfi təsirindən də danışdı: “Misal üçün deyə bilərəm ki, artıq iki ildir bizim bütün yaş qrupundan olan komandalarımız mükafatçılar sırasına düşməyi bacarır. Hər iki ildə beş komandamız çempion olub. On liqadan doqquzunda çempionluq əldə etmişik. Təbii ki, nəticə bizim üçün önəmli olmasa da, bir göstəricidir. Bu, onu göstərir ki, liqalarda rəqabət həddindən artıq aşağıdır. Bəzi klubların hansısa yaş qruplarında yaxşı iş gedir, düzgün seleksiya aparılır və buna görə bizimlə rəqabət apara bilirlər. Amma tam kompleks şəkildə başqa bir akademiya yoxdur ki, bizimlə başabaş rəqabət aparsın və bizi daha da inkişafa sövq etsin. Vaxtilə “Bakı” klubuna belə bir işıltı var idi, ancaq o da qısa çəkdi. Nəticədə biz rəqabətsiz qaldıq. Bax bu rəqabətsizlik inkişafa ən böyük zərbə vuran amildir. Biz hər liqada il ərzində 4-5 yüksək tempdə oyun oynayırıq. Digər rəqiblərlə oyunlar isə aşağı tempdə, bizim böyük üstünlüyümüzlə keçir. Rəqabət apara bilmirlər. Rəqiblərin çox kobud səhvlərindən qollar vururuq. Bu vəziyyət bizi xarici turnirlərdə zəif rəqib edir. Rəqabətin azlığı bizi daima geriyə atır. Azərbaycanın bəzi bölgələrində bizim kimi təşkil olunan akademiyalar olsa, biz də rəqabət hiss etsək, inkişaf edərik.

Əksər klublarımız Bakıda yerləşir. Digər rayonlarda olan istedadlı uşaqlar itib-batır. Biz tapdığımız futbolçuları akademiyamıza cəlb edirik. Ancaq təbii ki, bütün uşaqlar bir akademiyaya götürülə bilməz. Körpə yaşlı uşaqlar uzağa gedə bilməzlər. Akademiyaların olmaması çox sayda istedadlı uşaqları itirməyimizə səbəb olur. Təbii ki, bu, tək AFFA-nın görəcəyi iş deyil. Bu iş əsas klubların üzərinə düşür. Necə ki, “Qəbələ” klubu öz imkanları çərçivəsində bu işləri görür. Digər klublarda da bu sahəyə yönəlmə olarsa, inkişaf qaçılmazdır. Azərbaycanda istedadlı uşaqlar var. İstedad paylanarkən hansısa ölkəyə çox, hansınasa az düşməyib. Dünyanın bütün yerlərində eyni istedadlı insanlar var. Sadəcə, onları tapıb üzə çıxarıb, iş görmək lazımdır. Bu da təkcə “Qəbələ” ilə olacaq işlər deyil. Mütləqdir ki, bu işlər bütün ölkəni əhatə etsin. O zaman aşağı yaş qrupları üzrə liqalarda da rəqabət yaranacaq.

Liqaların təşkilatçılığına gəldikdə isə bir neçə problemləri sadalamaq olar. Biz daim AFFA-ya bu çatışmazlıqlarla bağlı iradımızı bildiririk. Bunlar düzələsi məqamlardır. Əsas odur ki, ölkədə bir neçə rəqabətə davamlı akademiya yaransın”.  

Mövzumuzla bağlı digər həmsöhbətimiz tanınmış idman jurnalisti Emin Abbasov oldu. O da uşaq futbolunu inkişaf etdirmək üçün ilk növbədə sanballı infrastruktur gərək olduğunu bildirdi: "Misal üçün, yaxşı sürücü olmaq üçün maşına ehtiyac varsa, futbolçu olmaq üçün də hər şeydən əvvəl meydança və top gərəkdir. Amma bu gün ölkəmizdə nəinki uşaq futbol komandaları, hətta I Divizion klubları məşq etməyə yer tapmır. Xüsusilə, rayonlardakı vəziyyət acınacaqlıdır. Kələ-kötür meydançalarda məşq etməklə ustalıq səviyyəsi yüksək olan futbolçu yetişdirmək olmaz. Belə baxanda, "Qəbələ"ni çıxmaq şərti ilə heç Premyer Liqa klublarımızda da uşaq futboluna yaradılan şərait o qədər də yaxşı deyil. Daha bir ciddi problem kadr çatışmazlığıdır. Azərbaycanda yaxşı məşqçi tapmaq çətindir. İstər Premyer Liqa, istər Divizion, istərsə də uşaq futbolu səviyyəsində. Bu, çox ciddi problemdir. Məhz bu üzdən xeyli istedad it-bata düşüb uşaq futbolunda. Vaxt itirmədən ilk növbədə bu 2 istiqamət üzrə iş aparmaq lazımdır. İnfrastruktur və kadrlar olmasa, ölü nöqtədən tərpəniş etmək real görünmür.

Emin Abbasov

Bu sahənin inkişaf etdirilməməsinin günahkarları yox, səbəbləri barədə danışmaq daha düzgün olar. Məsələ burasındadır ki, uşaq futbolu sərmayə tələb edən sahədir. Pul xərcləmədən nəsə əldə eləmək çətindir. Ən sadə formada izah eləyim. Yaxşı meydança lazımdır, yaxşı mütəxəssisə ehtiyac var, uşaqlar ilboyu xarici ölkələrdə turnirlərə qatılmalıdırlar. Ən zəruri məsələlərdən ən xırdalara qədər uzatmaq olar. Mahiyyət isə odur ki, yaxşı dediklərimiz bu işin başında dayananlara baha oturur. Təəssüf ki, bu sahəyə külli miqdarda pul yatırmaq marağında olan azdır. Bu işə ən ciddi önəm verən adamlardan biri Tale Heydərovdur, digəri isə Hafiz Məmmədov idi. Mənə elə gəlir ki, "Bakı"nın akademiyasını yaşatmaq lazım idi. Amma ümumi götürsək, 1-2 klubla düzələn deyil uşaq futbolunun problemləri. Hər tərəfdə iş aparılmalıdır”.

E.Abbasov uşaq futbolunun inkişafında klublardan daha çox AFFA-nın səy göstərməli olduğunu düşünür: "Çünki əksər klublar heç əsas komandalarına yaxşı şərait yarada bilmir, o ki qalmışdı uşaqlara. Əksəriyyət uşaq futbolunu məcburiyyətdən saxlayır deyə, keyfiyyət barədə düşünmürlər, belə desək, yola verirlər. AFFA klubların qarşısına 9 yaş qrupunda komanda saxlamaq tələbi əvəzinə, UEFA-nın 4 komanda tələbini tətbiq eləsə, bu, keyfiyyət artımına gətirə bilər. Əvəzində uşaq futbolunun inkişafını AFFA öz üzərinə götürməlidir. İlk növbədə (eyni ad altında) bölgələrdə böyük futbol akademiyaları inşa etdirilməlidir. Misal üçün, Gəncə FA (futbol akademiyası), Tovuz FA, Qusar FA, Lənkəran FA və başqaları. Bu akademiyaların hərəsində 9-10 meydança, manej, yataqxana, bir sözlə Avropa standartlarına cavab verən şərait yaradılmalıdır. İdarəetmə və maliyyələşmə AFFA tərəfindən aparılmalı, işin keyfiyyətli qurulması istiqamətində zəruri addımlar atılmalıdır. Bu işdə maariflənmə çox vacib olduğundan AFFA perspektivli məşqçilərin təhsilini də öz üzərinə götürməlidir. 20-ə yaxın akademiyanın inşa olunması, maliyyələşməsi böyük xərc tələb edir. Düşünmürəm ki, AFFA təkbaşına bu yükün altına girə bilsin...

Qışın oğlan çağında balaca-balaca uşaqlar dəniz kənarında küləyin, yağışın altında futbol oynayırsa, biz nədən danışaq daha? Bakı şəhərində bir manej tikə bilmirlər ki, uşaqların liqa matçları normal şəraitdə keçsin. Liqaların keçirilməsindəki nöqsanlara gəlincə, hamısı düzələn məsələdir".

Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.

2028 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
26.12.2017  18:28 Dövlət Proqramı futbolumuza nə verdi?
19.12.2017  12:57 “Getdikcə Banişevskini də yaddan çıxaracağıq...”
05.12.2017  15:15 Divizionla Premyer Liqa arasındakı uçurum
28.11.2017  12:09 Biz niyə qol vura bilmirik?
20.11.2017  13:32 Bu çempionat hara gedir?
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
 
 
  16.01.18
19:03
  Rəşad Sadıqov qələbə ilə başladı
18:24
  "Kəpəz"dən daha 2 transfer
18:03
  Ronaldo özünə yeni klub tapsın – Peresdən tələb
17:51
  "Qarabağ"ın dünya reytinqi - TOP-100-də
17:34
  "Neftçi"də növbəti ayrılıq - rəsmi
17:15
  La Liqada dekabrın ən yaxşı futbolçusu kim olacaq?
16:52
  "Qəbələ" - "Sürix" oyununun başlama saatı açıqlandı
16:37
  Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq
16:11
  Millimiz 6 qolla qalib gəldi
15:46
  “Yeni Pele daha dünyaya gəlməyəcək"
15:15
  "Pepə başa saldılar ki, Messiyə toxunmaq olmaz"
14:56
  Ukraynalı qapıçı rəsmən "Kəpəz"də
14:31
  PSJ-nin məşqində Neymar şousu - Video
14:15
  "Arsenal" Sançesi erməni futbolçuya dəyişir
14:02
  Günün canlı oyunları - Etopaz-da
13:43
  "Barselona" onu satmaqdan imtina etdi
13:20
  Rəşad Sadıqov səhər məşqdə, axşam oyunda - Şəkil
13:05
  Mbappe, Neymar, yoxsa Balotelli?
12:48
  "Qəbələ" braziliyalı futbolçudan imtina etdi
12:41
  Moldova millimizlə oyunun hazırlıqlarına başladı - Şəkillər
12:28
  Klublarımızın qış transferləri – Yenilənir
12:13
  "Zirə" - "Keşlə" oyununun başlama saatı açıqlandı
11:52
  Şehiç millinin düşərgəsinə gec qoşulacaq
11:40
  “Keşlə”dən növbəti rəsmi transfer
11:15
  "Sumqayıt"dan üç qol - Video
10:59
  Ronaldo "Real"ın ən yaxşı oyunçusu seçildi
10:30
  UEFA Superkuboku üçün 9 namizəd
10:04
  "Azərbaycana qiymət vermək çətindir" - Moldova millisinin üzvü
09:45
  "Mançester Yunayted"dən qələbə - Video
01:15
  Erməni məşqçiyə ömürlük cəza
00:32
  "Beşiktaş" ukraynalı qapıçısını icarəyə verdi
00:10
  Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
  15.01.18
23:00
  "Benfika"nın futbolçusu "İnter"də
22:44
  "Qəbələ"nin Antalyada 11-ci günü
22:00
  Millimizin hücumçusu rəsmən "Gənclərbirliyi"ndə
21:35
  "Arda yaxşı oyunçudur, amma..." - Ernesto Valverde
20:49
  "Xəzər" Almaniya klubu ilə qarşılaşacaq
20:16
  Mussa Sou rəsmən Türkiyə klubunda
19:20
  "Sumqayıt" "Qaradağ Lökbatan"a qalib gəldi
18:40
  Dəniz Yılmaz "Bursaspor"dan getdi - rəsmi
18:37
  Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?
18:30
  Dembele yenə zədələndi
18:14
  Futbolçunu vuran hakimə sərt cəza
17:54
  "Borussiya"dan rəsmi transfer
17:25
  Nağarada ifa edir Vüqar Nadirov - Video
17:10
  Aqolli komandadan ayrı məşq etdi
16:49
  Premyer Liqa klubunda yeni baş məşqçi
16:14
  Ozobiçin "Qəbələ"də ən vacib 3 qolu - Video
15:56
  "Neftçi"dən ayrılmaq çox çətin idi" - Uqo Barqas
15:23
  "Qarabağ"ın ilk oyununun vaxtı bilindi
15:12
  "İki oyunçumuzu və baş məşqçimizi Bakıya göndərə bilərik" - Fikrət Orman
14:54
  Ronaldo "MY"ə qayıtmaq istəyir - aldadıldığına görə
14:41
  Günün canlı oyunları - Etopaz-da
14:20
  Kosovo millimizlə oyuna əsas heyətlə çıxmayacaq
14:03
  "Səbail" "Xəzər"ə qalib gəldi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore