Serqey Skaçenko, Oqtay Dərəlioğlu, Valentin Belkeviç, Zurab Xizanişvili, Maris Verspakovskis, Mixaylo Starostyak, Uinston Parks, Artyom Bezrodnı, Valeri Abramidze, Emil Mpenza, İqor Mitreski, Aleksey Qay...
Bütün bu futbolçuları birləşdirən ortaq nöqtə var. Xeyr, söhbət yalnız onların nə vaxtsa Azərbaycan klublarında oynamağından getmir. Bu futbolçular Çempionlar Liqasının əsas mərhələsində oynamaq xoşbəxtliyi yaşayıb. Çox güman ölkəmizdə çıxış etmiş və bu xoşbəxtliyi yaşamış, amma adlarını unutduğum başqa futbolçular da olub. Hazırda isə hansısa ayrı oyunçu yox, çempionumuz "Qarabağ" ÇL-in qrup mərhələsində debüt edəcək. Bu xoşbəxtliyi klub üzvləri yanaşı bütün Azərbaycan və bütün dünya azərbaycanlıları yaşayacaq!
1:5, 0:6, 4:8... Hazırda Azərbaycanda oynayan, ən son ÇL qrupu həyəcanı yaşamış futbolçunun komandası bu hesablarla darmadağınlarla üzləşdi. Söhbət "Qarabağ"ın yeni transferi Yakub Jezniçakdan gedir. Ötən mövsüm "Legiya"nı kapitan kimi 5 ÇL qrupu oyununa çıxaran polşalı Kriştiano Ronaldo kimi dünya ulduzuna qarşı mübarizə apardı. Hətta 3:3 hesabı ilə bitən ev oyununda "Real"dan xal almağı da bacardılar. "Kuba" ləqəbli müdafiəçi Lissabon "Sportinq"i ilə oyunda qələbə sevinci də yaşadı. Amma "Legiya"nın səfərdə "Real"a 1:5, "Borussiya"ya isə 4:8 hesablı məğlubiyyətlərinə mane ola bilmədi. Dortmundlulara 0:6 hesablı məğlubiyyətdə isə Jezniçak iştirak etməmişdi.
Bu mövsüm "Şerif"ə məğlubiyyətdən sonra hətta avroliqada da mübarizəni dayandıran "Legiya" ilə müqayisədə "Qarabağ" güclüdü. Ona görə də çempionumuzdan daha uğurlu nəticə gözləmək olar. Amma rəqiblərimizə böyük hesablarla uduzsaq belə, bu, faciə olmayacaq. Çünki onlar həqiqətən çox güclüdü. Amma biz komandamıza inanırıq və yetərincə yaxşı çıxış edib bütün qitəni təəccübləndirəcəyimizə ümid var. Jezniçaka qayıtdıqda o Dortmunddakı oyunda 8-ci qolu öz qapısından keçirərək adını tabloya yazdırıb. İnşallah, bu dəfə "Kuba" rəqib qapıçını məyus edər.
Çoxları Yakub Jezniçakın "Qarabağ"ın ÇL qrupu görmüş yeganə futbolçusu olduğunu düşünsə də, bu, belə deyil. Digər üzv də yeni transferdi. Artyom Kanibolotskinin ÇL-in qrupundakı debütündən hələ heç 2 il keçməyib. 2015-ci ildə "Şaxtyor"un heyətində "Malmö" üzərində 4:0 hesablı ev qələbəsində 90 dəqiqə qapını toxunulmaz saxlayan Kanibolotskinin Parisdə də bu uğuru təkrarlamasına Zlatan İbrahimoviç mane olub. "İbra" əvvəlcə Lukasa məhsuldar ötürmə verib, daha sonrasa özü "Qarabağ"ın indiki qapıçısını məyus edərək PSJ-nin "Şaxtyor" üzərində 2:0 hesablı qələbəsini rəsmişləşdirib. Subyektiv fikrimi deyim ki, zənnimcə, Anton Kanibolotski İbrahim Şehiçdən daha usta və az səhv buraxan qapıçıdı. ÇL qrupunda Şehiçlə müqayisədə özünəinamlı təsir bağışlayan ukraynalıya Qurban Qurbanovun şans verəcəyinə şübhəm yoxdu. Yeganə diləyim bunun bosniyalı qolkiperin səhvindən sonra baş verməməsidi.
Bu iki futbolçu ÇL təcrübəsi olmayan komanda yoldaşlarının Londonda "Çelsi"yə qarşı ilk oyunda həyəcanlanmaması üçün böyük kömək verəcək. Çempionun ev oyunlarını paytaxtımızın yeni rəmzlərindən Bakı Olimpiya Stadionunda keçirməsi, 70 minlik nəhəng arenada ilk matça - bu ayın 27-si keçiriləcək "Roma" ilə qarşılaşmaya biletlərin qiymətinin ÇL qrupu üçün həddindən artıq ucuz qiymətə (2-50 AZN) satışa çıxarılması və yüksək templə azalması anşlaq olacağına şübhə yeri qoymur.
İtalyanlarla ən azı Bakıdakı oyunda azarkeşlərin də böyük dəstəyi ilə hamımızı sevindiricək nəticələr qazanağımıza ümid yaradır. Hələliksə "Qarabağ"a "dünyanın ən mötəbər klub turnirində debütündə uğurlar arzulayaq! Qurban Qurbanovun komandasının ağır London səfərindən də üzüağ dönəcəyinə inanaq və Azərbaycan təmsilçisinin ÇL qrupunda oyunundan tarixdə ilk dəfə həzz alaq.
Anar ŞABANOĞLU
[email protected]
"Futbol+" qəzeti
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir
Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar
"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Məşhur güləşçi karyerasını başa vurdu
Finalda PSJ ilə “Flamenqo” üz-üzə gələcək
"Real" "Bavariya"nın futbolçusu ilə razılaşdı
Salah meydana qayıtdı, rekord qırdı
Kökçünün komandası böyük hesabla uduzdu
"Qalatasaray"ın 4 qollu qələbəsi - Video
Juninyo bu kluba satılır
"Qalatasaray" və "Rizespor"dan böyükhesablı qələbə
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu