"Bu oyundan dərslər çıxaracağıq" - Valdas Dambrauskas

"Bu oyundan dərslər çıxaracağıq" - Valdas Dambrauskas
ÇEMPİONLAR LİQASI 11 Sentyabr 2026 / 02:28 274
-  A +

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Mançester Yunayted”ə uduzduqları (0:4) oyun haqda danışıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, litvalı mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının turnirdə debüt etməsinə görə qürur duyduğunu söyləyib:

“Əlbəttə ki, məşqçi olmağımla fəxr edirəm. Bu, bizim Çempionlar Liqasında debütümüzdür. Bəlkə də daxilən bir az daha artığını gözləyirdik. Ona görə də qollar buraxmağmız məyusluq yaratdı. Xüsusilə də ilk hissənin sonunda vurulan həmin iki qol... Bu oyundan dərslər çıxaracağıq".

O, oyunda yol verdikləri səhvləri təcrübəsizliklə əlaqələndirib: "Bu, bir qədər təcrübəsizliklə bağlı idi. Çünki oynamaq şansımız olanda topa sahib olmağa və oyuna nəzarət etməyə çalışırdıq. Əlbəttə ki, “Mançester Yunayted”in icazə verdiyi qədər. Lakin düşünürəm ki, bizim də bəzi imkanlarımız oldu. “Mançester Yunayted”i təbrik edirəm".

Baş məşqçi "qırmızı şeytanlar"ın kapitanı Bruno Fernandeş haqda xoş sözlər söyləyib: "Bəzi anlarda hücumumla müdafiəmiz arasındakı məsafə çox böyük olurdu. Topu itirəndə öz mövqelərimizə qayıda bilmirdik. Belə olan halda onlar bizi daha çox cəzalandırmaq şansı qazanırdılar. Bruno Fernandeş “Bruno Fernandes”dir. Necə də əla futbolçudur. Üç ildən sonra Çempionlar Liqasına qayıdıb qələbə qazanmaları münasibətilə "Mançester Yunayted"i təbrik edirəm”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner