Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Beşiktaş" səfərdən 3 xalla qayıdır - Video

Yazarlar
 Bizim Ansi
Aydın BAĞIROV
 Hərdən AFFA və PFL-ə yazığım gəlir
Aqil Abbas
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Almaniya - Azərbaycan - Şəkillər
Top 5
"Beşiktaş"dan növbəti qələbə, "Real" heç-heçə etdi
"Təklif olsa, pulu düşünməyib gedəcəm" - Qara Qarayev
“Simeone ad gününü səhərə qədər mənim evimdə keçirdi” – Hafiz Məmmədov
“Azərbaycanlı yox, türkəm” – Millimizdən imtina edən oyunçu
"Atletiko"ya "Qarabağ" adlı təyyarə - AZAL-dan sürpriz
Linklər
525ci Qəzet

Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
A A A

[02.09.2016]
Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?

Qol.az-da «Qarabağ»ın ən sədaqətli və məşhur futbolçularından biri Səttar Əliyevlə bir müsahibəni oxudum. Getdim İmarəti də gördüm, «Qarabağ»ın məşhur bombardiri, yaxın qohumum Şəfəq Hümbətəliyevin oyuna gedərkən çantasını daşımaq üstündə məhlə uşaqlarıyla dalaşdığım günləri də xatırladım, Milli Qəhrəman Allahverdi Bağırovun oyun vaxtı topu itirən futbolçuya «Ay səni çörək tutmasın» sözləri də qulağımda səsləndi...

«Qarabağ»ın Lobanovskisi, fanatı, dəlisi Adil Nadirovun yaşlaşmasına baxmayaraq, mərkəzdə dayanıb dispetçer kimi topu necə payladığı günlər gəldi-keçdi göz önümdən.

Rəqib komanda hücuma keçəndə qapıçımız Saşa (Hüseyn Əhmədov, «Neftçi»nin keçmiş oyunçusu) çığırırdı:

- Dömbül Kamil, sən doqquz nömrəni tut.

- İdris, on biri gözlə.

- Qıdan, sən də Əlövsəti tut.

Gözəl müdafiəçi olmasına baxmayaraq, Qaraçı Əlövsət hərdən öz qapımıza top vururdu. Saşa da bağırırdı ki, ə, yekə kişisən, bunu elə vur, tuta bilim də.

Elbrus Abbasovu «Neftçi»yə necə yola saldıq, ilahi. O vaxt heç kosmonavtları elə yola salmırdıq.

İmarət... Bura ona görə İmarət deyirdilər ki, burda Pənah xanın, İbrahim xanın, Mehralı xanın, Mehdiqulu xanın, Əbülfət ağanın, Xan qızı Natəvanın, ümumiyyətlə, Cavanşir nəslinin məzarları vardı. Özü də sandıq məzarları idi, türk sultanlarının məzarları kimi. Sadıq Murtuzayev Ağdamda birinci katib olarkən bütün o məzarlara bir daha əl gəzdirtdi, sərdabələr tikdirdi, Natəvanın büstünü da İmarətdə ucaltdı.

Stadion da burdaydı. Hər il bir milyon pul xərcləyib (olsun bir az az) Respublika stadionunun futbol sahəsini təmir edirlər, amma yenə kənd yoluna dönür. İmarətdəki stadionun uzunluğu 120 metr, eni 60 metr idi. Ona görə «Qarabağ» rəqib meydanlarda oynayanda heç vaxt yorulmazdı, 90 metrlik stadionlar onlar üçün oyuncaq kimi bir şeyiydi. Otuz il o stadiona gedib-gəldim ot örtüyü elə idi ki, elə bil heç burda futbol oynanılmayıb. Uzananda da Məhərrəm əmi biçərdi. Onda indiki kimi otbiçən maşınlar yox idi. Məhərrəm əmi onu dəryazla elə biçərdi ki, elə bil yüz dərzi işləyib bu otun üstündə.

Çoxlarının bilmədiyini də deyim. İmarətin dörd tərəfi hündürlüyü 30-40 metrə çatan xan çinarlarla əhatə olunmuşdu və bu çinarları da bura Xan qızı Natəvan öz əli ilə əkmişdi. Nə cür külək olur-olsun İmarətdə hiss olunmurdu. Onu da bilirmisiniz ki, Xan qızı Natəvan rəhmətə gedəndə xalq onu Şuşadan Ağdama (37 km.) çiyinlərində gətirmişdi?!

İmarətdə ər-arvad iki ağır seyidin məzarı da olduğundan və həm də Cavanşirlər nəsli uyuduğu üçün bura müqəddəs sayılırdı.

Qayıdaq futbola. Ağdamın işğalından sonra «Qarabağ» çox ağır günlər yaşadı. Futbolçular maaşa yox, qeyrətə, nama oynayırdılar. Ölkə çempionu da olurdular, kuboku da alırdılar, Avropa oyunlarına da gedirdilər. Müstəqillikdən sonra Azərbaycan futbolunda ilklərin çoxuna «Qarabağ» imza atdı.
Qalmağa yer-yurdları da yox idi. Bir ara, özü də bir neçə ay «Abşeron» otelində qaldılar. Nə otelə ödəniləcək para vardı, nə də yeməyə veriləcək. Borc borc üstünə yığılırdı. Onda «Abşeron» otelinin direktoru, gözəl insan, rəhmətlik Aqil Paşayev komanda «Abşeron»dan çıxanda dedi, Qarabağın xətrinə «Qarabağ»ın bütün borclarını silirəm, öz cibimdən ödəyəcəm.

Sonra «Azərkimya»nın prezidenti Fikrət Sadıqov «Kimyaçı» sanatoriyasını təmənnasız «Qarabağ» futbolçularına verdi və üstündə də bir stadion. «Qarabağ» ev oyunlarını Sumqayıtda keçirməyə başladı. Hər dəfə oyuna avtobusların arxasından sallaşa-sallaşa 12-16-18 yaşlarında Ağdam uşaqları da gəlirdi. Və futbolçular da bütün gücünü ortalığa tökürdülər ki, bu evsiz-eşiksiz, yurd-yuvaları dağılmış, «Qarabağ»dan başqa heç bir sevgiləri olmayan bu uşaqları ağlatmasınlar.
Mən bir az qısa yazdım. Bu günlərdən gəlib-keçib «Qarabağ».

Yeri gəlmişkən, həmin o çətin dönəmlərdə rəhmətlik Afiyəddin Cəlilov da bir avtobus bağışladı. Ona qədər futbolçular oyunlara, məşqlərə marşrut avtobuslarla gedib-gəlirdilər. Rayonlara gedəndə də qəpik-qəpik pul yığıb avtobus tuturdular.

Gələk Səttara. Səttar 20 il bu komandanın qeyrətini çəkib. Aylarla cibində bir manatı olmayıb, amma «Qarabağ»ı atıb varlı komandalara getməyib.




Səttargilin ailəsi Ağcabədidə yaşayırdı. Bir gün Adil Nadirov mənə dedi ki, Səttarın qardaşı farmaçevtdi, bəlkə Ağcabədinin başçısından xahiş edəsən ona şəhərdə bir aptek yeri verə, həm ailəni dolandırar, həm də Səttarı.

Səttarla getdik Ağcabədiyə. Səttar getdi ailəsigilə, mən də qalxdım icra hakimiyyətinə. İcra başçısı da Şamil Həsənov idi, sözü və özü bütöv adam idi. Məsələni açdım. Dedi nəinki ona aptek yeri verərəm, elə aptekin özünü də tikdirərəm. Sonra dedi ki, elə bu gün Ağcabədidə kəndlərarası futbol çempionatı gedir, gedək stadiona. Getdik.

Amma stadion Aydın Alıyev Ağcabədidə birinci katib olanda təmir edilmişdi. Bəlkə 100 kv.m sahəyə də öz əlimlə çim döşəmişdim. Bu stadion da mənə İmarət kimi doğmadı.
Oyun başladı. Və gördüm ki, Səttar komandaların birində oyuna girib. Özü də ayaqyalın oynayır. Şamil müəllim yanındakılardan soruşdu ki, bu niyə ayaqyalındı? Dedilər ki, ayağının ölçüsünə idman ayaqqabısı tapa bilmədik, ona görə ayaqyalın oynayır.
İndi Səttar rəqib komandanın oyunçularını tum kimi çıtlayır. Bir qol, iki qol… Şamil müəllim sevinc içində dönüb tez-tez mənə deyir:

- Görürsən, Ağcabədi necə futbolçular yetişdirib? Aparın da «Qarabağ»a.

Mən də gülürəm. Axırda dedi:

- Nəyə gülürsən, ey?

Dedim:

- Şamil müəllim, qardaşının xahişini elədiyim həmin o ayaqyalın futbolçudu. O «Qarabağ»ın kapitanıdı.

Bir anlıq dilxor oldu, amma sonra dedi:

-Ə, ona nə aptek ey, hər şey qurbandı.

İndi Aydın Bağırov, sən Səttarın ayaqyalın futbol oynadığını heç gördünmü? Amma mən gördüm.

Sonda da bir zarafat, əslində olmuş hadisədi. «Qarabağ» Sumqayıtda «Neftçi»ni qəbul edir. Bir tərəfdə «Qarabağ»ın fanatları, bir tərəfdə «Neftçi»nin. Stadionun ot örtüyü də bizim Respublika stadionunun ot örtüyündən elə də fərqlənmir, yox, ağ oldu, bir azacıq pis idi.
«Neftçi» hücuma keçib, fanatlar alqışlayır, birdən qonaqların biri lap uca səslə qışqırdı:

- Qasımov, ehtiyatlı ol, qabaqda yama var.

İndi Respublika stadionunun ot örtüyündən danışılanda, ya mətbuatda oxuyanda yadıma həmin hadisə düşür.

Aqil ABBAS

5373 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar
 
 
  18.10.17
02:50
  "Sevilya" uduzdu - Video
02:17
  ÇL-də qrup mərhələsinin üçüncü turuna yekun vurulur - Yenilənir
02:00
  "Borussiya"dan xal itkisi - Video
01:46
  Ronaldo Raulu geridə qoydu
01:31
  "Liverpul"dan darmadağın - Video
01:15
  Madriddə qalib müəyyənləşmədi - Video
01:08
  Millimiz elit-raunda vəsiqə qazandı
01:00
  "Beşiktaş" səfərdən 3 xalla qayıdır - Video
00:53
  "Mançester Siti" "Napoli"ni məğlub etdi - Video
00:40
  "Beşiktaş"dan növbəti qələbə, "Real" heç-heçə etdi
00:30
  "Qarabağ" "Atletiko"ya qarşı - Yenilənir
00:11
  "Qarabağ"ın son məşqi - Şəkillər
  17.10.17
22:50
  Bakı "Atletiko"nun gözü ilə - video
22:05
  “Barselona”da ciddi itki
21:00
  “Atletiko” Olimpiya stadionunda – Şəkillər
20:00
  “Lester” Şekspiri qovdu
19:10
  Qrizmann Bakıda məşqə çıxmadı
19:07
  Pley-off oyunlarının dəqiq vaxtı açıqlandı
18:37
  Cenk Tosuna Premyer Liqadan təklif
17:45
  "Qarabağ"ın təhlükəli oyunçuları var, diqqətli olmalıyıq" – Simeone
17:35
  “Qarabağ”la matç ölüm-dirim oyunu olacaq” – Saul
17:18
  "Kəpəz" məşqlərə başladı
16:54
  Bakı Nəqliyyat Agentliyindən "Qarabağ"ın oyunu ilə bağlı açıqlama
16:34
  Bütün oyunlar eyni saatda - birinci divizion
16:22
  "Pley-off"un püşkü atıldı - DÇ-2018
16:18
  "Qəbələ" - "Qarabağ": 22 oktyabr, saat...
16:10
  "Qarabağ"ın oyunu günü hava necə olacaq?
16:00
  Səlahət Ağayev yenidən "Neftçi"nin düşərgəsində
15:35
  "Sumqayıt" - "Zirə": başlama saatı açıqlandı
15:18
  Neymar "Qızıl top"u qazansa...
14:41
  "Neftçi"də 16 yaşlı futbolçu - Şəkillər
14:10
  "Təklif olsa, pulu düşünməyib gedəcəm" - Qara Qarayev
13:54
  "Atletiko"ya qarşı oynamaqdan zövq alıram" - Qurban Qurbanov
13:30
  AZAL "Atletiko"ya niyə "Qarabağ" təyyarəsi ayırdı? - açıqlama
13:14
  "Qarabağ"a qalib gəlmək asan deyil" - Eddi İsrafilov
12:59
  Etopaz-da 23 canlı oyun
12:34
  İtaliya A seriyasında baş məşqçi istefası
12:10
  20-ci dəfə ölkə çempionu oldular
11:45
  Çempionlar Liqasının oyunları bu kanallarda - siyahı
11:23
  "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək" - İqnasio
11:01
  Pley-off mərhələsinin püşkü atılır - DÇ-2018
10:42
  "Yeni səhifə açmağın vaxtı çatıb" - Prosineçki
10:20
  Prosineçki "Trabzonspor"la razılığa gəlib - iddia
10:06
  "Lester"dən xal itkisi - Video
09:44
  "Qarabağ"a çox qol vurmalıyıq" - Tomas
01:55
  “Real” təkcə Ronaldodan ibarət deyil”
01:38
  2017-ci ilin ən yaxşıları - Tottinin seçimi
01:20
  Mourinyo maaşının artırılmasını istəyir
00:57
  Premyer Liqa klubu rəsmən satışa çıxarıldı
00:39
  “ÇL “Real” üçün xüsusi əhəmiyyət daşıyır”
00:21
  Dənizsiz “Bursaspor”dan 3 qollu qələbə
00:00
  Madrid “Atletiko”su Bakıda - Şəkil
  16.10.17
22:34
  "Onlar pressinqlə rəqibi öldürür" - Qvardiola
21:26
  Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu
20:52
  "Atletiko"ya "Qarabağ" adlı təyyarə - AZAL-dan sürpriz
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore