Rejissor Arif Babayevin çox möhtəşəm sənət əsərlərindən biri də Anarın ssenarisi əsasında çəkdiyi «Gün keçdi» filmidir. Filmdə çox böyük mesajlar var. Nə filmi təhlil etmək fikrindəyəm, nə də həmin mesajları yazmaq. Çünki mövzum bu deyil.
Amma bir mesajı, daha doğrusu, filmdəki bir epizodu xatırlatmaq istəyirəm. Bir kor İçərişəhərdə əl ağacı ilə əllərini divara sürtə-sürtə öz evinə gedir. Divarların hərarəti, doğmalığı, barmaqlarının onu duyması necə gözəl təsvir olunub? Özü də bu film çəkilən ərəfədə İçərişəhərdə söküntü işləri gedirdi. Təbii ki, indi heç bir kor İçərişəhərdə öz evini tapa bilməz, heç gözlü adam da tapa bilməz. O qədər obyektlər, çayxanalar, restoranlar tikiblər ki, İçərişəhərin o doğmalığı, o hərarəti itib. Hələ yaxşı ki, gec də olsa qoruq elan elədilər, bunun qarşısını aldılar.
Niyə bu səhnə mənə doğmadı? Çünki mən də Ağdam işğaldan azad olunandan sonra ilk dəfə şəhərimizə gedəndə öz evimizə getmək istədim. Bir istinad nöqtəsi də yoxdur ki, onu tapasan, sonra küçəmizi, məhləmizi tapasan. Hələ işğal altında olanda övladlarım deyirdi ki, ata, Ağdamdakı evinizi tapa biləcəksən? Deyirdim, bəli, iyləyib tapacam.
İçərişəhərdə evini tapan kor məndən bəxtəvər idi. Heç olmazsa divarlar vardı, əlini sürtüb tapırdı. Ağdamda divarlar da yoxuydu. Amma birbaşa getdim evimizə, həyətimizə, hamı çaşdı qaldı.
Darmadağın olmuş şəhər mənə o qədər doğma idi ki, lap gözlərimi bağlasaydılar da gedib evimizi tapacaqdım. Çünki dağılmış yurd yerləri də, keçdiyim küçələr də mənim üçün o qədər əziz idi ki.
İndi gələk mətləbə. Mətbuatda oxuyuram, hamı yazır ki, «Qarabağ» Çempionlar Liqasına düşərsə, lap Avropa Liqasında oynasa da ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirsin. Səbəb də göstərirlər ki, BOS-un azarkeş tutumu Tofiq Bəhramovdan iki dəfədən çoxdur.
Filmdəki kor kimi və elə mənim Ağdamda evimi tapdığım kimi «Qarabağ» komandasının futbolçuları da Tofiq Bəhramov stadionunda gözlərini bağlasalar da otun ətrindən, torpağın ətrindən tuta bilərlər topun hardan gəldiyini, hara getdiyini, rəqiblərin nə etmək istədiklərini. Bu stadionu əzbər bilirlər, İçərişəhər o kora, Ağdam mənə doğma olan kimi Tofiq Bəhramov stadionu da «Qarabağ» üçün o qədər doğmadır.
Bakı Olimpiya Stadionu futbol stadionu kimi nəzərdə tutulmayıb. Ya BOS-da futbola baxdın, ya da evdə televizorda – fərq etməz. Bundan başqa, futbolçuların güc aldıqları bir şey varsa o da təkcə azarkeşlərin hayqırtısı yox, həm də nəfəsidir. BOS-da o nəfəs hiss olunmur.
Hörmətli Qurban Qurbanov, inşallah, Çempionlar Liqasına düşəcəksiniz, amma BOS-da oynamağa qətiyyən razı olmayın.
Aqil Abbas
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
"Milan" "Yuventus"la heç-heçə etdi
İstanbul derbisində "Fənərbaxça" qələbə qazandı
"Avrokuboklara getməmək dünyanın sonu deyil" - Şahin Diniyev
"Sabah" "Səbail"i belə məğlub etdi - Video
"Mançester Yunayted"dən heç-heçə
"Sabah" "Səbail"ə qalib gəldi
Elcan Hacıyev Avropa çempionu oldu - Yenilənib
Krivostyukun komandasından qələbə
"Liverpul"dan xal itkisi
"Sabah" - "Səbail": Heyətlər
Keyn mükafat alacaq
Virtz "Bayer"də qalır
"Barselona"nın Lamin Yamal qərarı
Klopp: "Liverpul"un çempion olacağına inanmıram"
Arda "Real"da qalır, ya gedir? - Ançelotti açıqladı
Useyn Bolt Kilian Mbappe ilə yarışmaq istəyir
Konte "Napoli"yə "hə" dedi
PFL hakim təyinatlarını açıqladı
"Lester" Premyer Liqaya qayıdır
Canni İnfantino "Qarabağ"ı təbrik etdi
Arda Gülerin "Real"a qələbə qazandıran qolu - Video
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı - Video
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır