Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
“Roma” Bakıya qələbə ilə gəlir - Video

Yazarlar
 Qınamayın azarkeşi, Qurban müəllim!
Aydın BAĞIROV
 Hərdən AFFA və PFL-ə yazığım gəlir
Aqil Abbas
 Futbolmuzun Nicatı naminə!
Anar Şabanoğlu
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ" - "Sumqayıt" - Şəkillər
Top 5
"Qarabağ"dan ardıcıl 5-ci qələbə
"Zirə"dən xal itkisi, "Səbail"dən qələbə
"Real"dan gözlənilməz məğlubiyyət, "Atletiko"dan qələbə
“Qəbələ” sabiq hücumçusunu transfer etdi
Rəşad Sadıqovun 14 yaşı olanda... – Tarixin şəkli
Linklər
525ci Qəzet

Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
A A A

[26.01.2017]
Ey gözəl İmarət, ey gözəl “Qarabağ”

Bu şəkil 1968-ci ildə İmarətdə çəkilib. Ağdamın «Qarabağ» komandasıdı. Bəzi yoldaşlar iddia edirlər ki, Ağdam klubu 1987-ci ildə «Qarabağ» adı ilə təsis olunub və "Qarabağ» adını alıb. Amma şəkildə görürsünüz, hamının sinəsinə «Q» hərfi yazılıb, yəni «Qarabağ» sözünün baş hərfi.

Bu şəkil çəkiləndə mən 8-ci sinifdə oxuyurdum. «Qarabağ»ın məşhur hücumçusu Şəfəq Hümbətəliyevlə həm qonşu idik, həm də qohum. Futbola gedərkən onun idman çantasını daşımağı şərəf bilərdik və bu idman çantasının üstündə də dava-qırğın salardıq. Bu şəkli mənə kim bağışlayıb, dəqiq yadımda deyil, amma güman ki Ağdamın Lobanovskisi olan Adil Nadirovdan gəlmiş olar.




Şəklin çəkildiyindən 49 il keçir. Təbii ki, çoxlarını tanıya bilmədim, amma tanıdıqlarımı qeyd edirəm. Yuxarıdan soldan: Ramiz müəllim, sonra məşqçi oldu və rəhmətə gedənə qədər də komandanın, belə demək olarsa, meneceri idi. Üçüncü: Saşadı (Hüseyn Əhmədov), qapıçıydı. Bir ara «Neftçi»nin də şərəfini qorudu. Yadımdan çıxıb. Moskvanın hansısa klubunda da oynadı, sonra futbolu atdı. Beşinci: Elxan Güldü (Elxan Quliyev), ən çox qol vuran hücumçumuz idi, qolları da Pelesayaq vurardı. Ona görə deyirdilər: gül kimi vurur qolu. Adının ardına bir gül sözü əlavə eləmişdilər – Elxan Gül. Altıncı: Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovdu.

Aşağıdan soldan ikinci: Natiqdi, qapıçıydı. Sonradan rəssam oldu və çox cavan rəhmətə getdi. Üçüncü: Rəfael Kərimovdu, vurub-tutan oğlanıydı, o da rəhmətə gedib. Beşinci: Şəfəq Hümbətəliyevdi, o da bir ara «Neftçi»yə dəvət olundu, amma «Neftçi»də oyunu alınmadı. Çünki «Neftçi»də həmin vaxt əjdahalar oynayırdı, yenidən qayıtdı «Qarabağ»a. Altıncı: Əlövsətdi, ləqəbi qaraçı. Sağ kənar yarımmüdafiəçisiydi, hər mövsümdə də öz qapımıza beş-altı top vurardı. Saşa da az qalırdı salsın şapalağın altına ki, ə, qaraçı oğlu, qaraçı, bunu elə vur tuta bilim də. Amma həqiqətən «Qarabağ»ın vurduğu qolların az qala 30-40 faizində onun əməyi vardı, yəni komandanın Özili idi. Təəssüf ki, qalanların adlarını yada sala bilmədim, məni bağışlasınlar.

Qoy qalanların adlarını da «Qol.az»ın baş redaktoru Aydın Bağırov axtarıb tapsın.

Aqil ABBAS

3854 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar
 
 
  23.09.17
21:56
  "Zirə"dən xal itkisi, "Səbail"dən qələbə
21:50
  "Gərək oyun olsun ki, danışasan" - Şahin Diniyev
20:54
  "Səbail" 3 xalı 1 qolla qazandı - Video
20:45
  “Çelsi”dən darmadağın - Video
20:27
  "Oyunumuzdan razı deyiləm" - Samir Əliyev
20:16
  Qurban Qurbanovun Miçelə əsəbləşdiyi anın videosu - Video
19:47
  “Roma” Bakıya qələbə ilə gəlir - Video
19:19
  "Zirə" - "İnter": heyətlər açıqlandı
18:55
  "Atletiko"nun qələbəsi - Video
18:06
  London derbisini "Tottenhem" qazandı - Video
17:25
  Bu da “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” – Şəkillər
17:05
  “Səbail” – “Kəpəz”: heyətlər
16:52
  “Atletiko” qalib gəlib 2-ci pilləyə yüksəldi
16:37
  “Qarabağ” və “Milan”la oyunlar barədə düşünürəm” – Eysebio Di Françesko
15:52
  Qınamayın azarkeşi, Qurban müəllim!
14:52
  "Çelsi" ilə oyun bizə dərs oldu" - Maksim Medvedev
13:54
  Messi hələ heç vaxt belə başlamamışdı – 5 oyuna 9 qol
13:07
  “U-21-də əsas millidə oynaya biləcək futbolçu yoxdur” – Prosineçki
12:49
  “Qarabağ” – “Roma” oyunu günorta başlayacaq – Gənclər Liqası
12:16
  “Qarabağ”ın rəqibləri bu gün
11:30
  "CBC Sport" kanalının rəhbəri evlənir - toy səfirlikdə olacaq
11:20
  "Autsayder mövqeyindən xilas olmalıyıq" - "Kəpəz"in futbolçusu
10:40
  "Səbail" yeni transferini sifariş etdi
10:20
  Millimizin sabiq üzvü Almaniyada het-trik etdi
01:57
  "Bavariya" "Volfsburq"la bacarmadı - Video
01:26
  "Monako"dan darmadağın - Video
01:15
  Trabzonda dramatik oyun
00:40
  Nazarov oynadı, "Aue" qalib gəldi
00:01
  “Bavariya” qələbəni əldən verdi
  22.09.17
22:49
  "Qarabağ" - "Sumqayıt" - Şəkillər
22:15
  "Mən "qara siyahı"nın nə olduğunu bilmirəm "- Miçel
22:01
  "Qarabağ"dan 4 qol - Video
21:35
  "Çempionatımızın səviyyəsi aşağı düşüb" - Qurban Qurbanov
21:27
  "O, buraxdığı səhvə görə cavab verəcək" - Samir Abasov
20:54
  "Qarabağ"dan ardıcıl 5-ci qələbə
20:36
  Voleybolçularımız Avropa çempionatına qələbə ilə başladı
20:15
  Buffon, Navas, yoxsa Noyer?
19:52
  Neymar oynamayacaq
19:19
  "Kəpəz"in futbolçusunun zədəsi sağaldı
18:41
  Zidan, Konte, Alleqri - ilin ən yaxşı məşqçisi adına namizədlər
18:23
  "Qarabağ" - "Sumqayıt": heyətlər
17:55
  Marselonun zədəsi ciddidir - 1 ay oynamayacaq
17:35
  İlin ən yaxşı futbolçusu adına 3 namizəd
17:04
  Handanoviç "İnter"də qalır
16:33
  "Qara bazar"a son zərbə
16:06
  Hərdən AFFA və PFL-ə yazığım gəlir
15:35
  “Artıq "Real”da oynamağı arzulamıram" - Obameyanq
15:00
  Avroliqanın kuboku Bakıda - Momanidən karikatura
14:42
  "Rauf Əliyevi ulduz futbolçu kimi almamışıq" - baş məşqçi
14:26
  Almaniya klubunun bazasında bomba tapıldı
13:56
  Etopaz-da 41 canlı oyun
13:30
  “Bir-birimizi gözüyumulu başa düşürük” - Nazarov
13:00
  Neymar üzr istədi
12:40
  Superliqa klubunda yeni baş məşqçi
12:04
  Aqollinin sabiq baş məşqçisi La Liqa klubunda
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore