Milli komandamızın futbolçusu Qara Qarayev Makedoniya ilə yoldaşlıq oyunundan (1:3) sonra Qol.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında nə deyə bilərsən?
- Yaxşı hazırlaşmışdıq. Baş məşqçinin göstərişlərini yerinə yetirməyə çalışırdıq, ancaq ilk hissədə iki səhv etdik və qapımızda qol gördük. İkinci hissədə isə bir neçə şansımız oldu. Fərqi azaltmağı da bacardıq. Matçı qaytarmaq istərkən üçüncü qolu buraxdıq ki, bu da normal haldır. Danışılacaq çox şey yoxdur. Bəzi oyunçularda çempionatın yorğunluğu qalıb. Növbəti oyuna qədər müəyyən vaxtımız var və bunu atıb tam dincəlmək lazımdır.
- Artıq ikinci oyundur ki, reytinqdə bizdən zəif olan komandaya qalib gələ bilmirik...
- Biz futbolçular olaraq bunu mütləq düşünməliyik. Belə komandalara qarşı “xal itirmək” olmaz.
- Belə səhvlər edirik, asan məğlub oluruq. 3 ay sonra da seçmə oyunlar başlayır. Ehtiyanlanmalıyıqmı, səncə?
- Düşünürəm ki, belə oyunlarda səhvlər etməyimiz daha yaxşıdır, nəinki vacib oyunlarda. Hər səhvimizi analiz etməliyik. Hər işdə bir xeyir var. Ola bilsin ki, indi məğlub olduq, ancaq səhvlərimizi analiz edib seçmə mərhələyə daha ciddi hazırlaşacağıq.
- Kanada ilə oyun haqqında nə deyə bilərsiniz?
- Onlar haqqında danışılacaq çox şey yoxdur. Bir neçə bilinən oyunçuları var. Məsələn, “Beşiktaş”da oynayan Atiba. Makedoniyadan daha yaxşı komandadır.
- Bizi növbəti məğlubiyyət gözləyir?
- Rəqibin adı məğlubiyyət demək deyil. Güclü komandaya qarşı daha yaxşı hazırlaşırıq. Bu oyunun digər iki matçdan fərqli olacağını düşünürəm.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər