"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın sonuncu turunda AZAL-a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Ardıcıl üçüncü dəfə çempion oldunuz. Əvvəlki iki ildən fərqli olaraq bu il hansı hissləri keçirirsən ?
- Çox şükürlər olsun ki, çempion olduq. Çempionluğu daha əvvəldən təmin etmişdik. Bu gün də çalışdıq ki, yaxşı oyun göstərək. Qarşıda bizi “Neftçi” ilə kubokun çətin final oyunu gözləyir. Çalışırıq ki, futbolçularımız formada qalsın. Çox sevindiricidir ki, bir daha Azərbaycan çempionu olduq.
- Ardıcıl iki mövsümdür Avroliqanın qrup mərhələsinə vəsiqə qazandınız. Bu mövsüm üçün Avrokuboklarda hədəf nədir?
- Avrokuboklar elə bir turnirdir ki, öncədən heç nə demək olmur. Ola bilər ki, qrup mərhələsinə adlayarsan, ola da bilər ki, ilk təsnifat oyununda məğlub olarsan. Çempionlar Liqasında çox ciddi rəqiblər var. Bizi qarşıda çətin oyunlar gözləyir. Fikrimcə, bizim üçün ən ağır oyun birinci mərhələdə olacaq.
- Uğurlarının çoxunu karyeranın sonuna yaxın əldə etdin. Avroliqanın qrup mərhələsi, Azərbaycan çempionluqları. Karyeranın son vaxtlarını qızıl dövr adlandırmaq olarmı?
- Olar. Karyeramın son dönəmində belə uğurlar qazanmağım mənim üçün də gözlənilməz oldu. Bu qədər uğurlar olacağını gözləmirdim.
- Məşqçi kurslarında iştirak etdin. Karyeranı bitirdikdən sonra məşqçi kimi “Qarabağ”da fəaliyyət göstərmək istəyirsən?
- Ola bilər məşqçi kimi, ola bilər menecer, ola bilər futboldan kənar fəaliyyət göstərim. Hələ bu haqda tam qərar verməmişəm. Karyeramın sonunu səmərəli istifadə etmək istəyirəm.
- Rəşad Sadıqovu futbolsuz təsəvvür edə bilmirik. Bəs sən necə düşünürsən?
- Hər dəfə bu məsələni düşünəndə qərarsız qalıram. Məhəllədə futbol oynayacam və yaxud dostlarımla yığışıb oynayacam. Mənim üçün çox çətin olacaq. Futboldan getməyi düşünmək belə istəmirəm.
Məftun MAHİROĞLU
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı