İtaliya A Seriya təmsilçisi "Udineze" klubu baş məşqçisi Stefano Kolantuono ilə yollarını ayırıb.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komandanın cari mövsümkü uğursuz çıxışı səbəb olub.
A Seriyasının son 11 turunda cəmi bir qələbə qazanan "Udineze" turnir cədvəlinin 16-cı pilləsinə yuvarlanıb. Hazırda komandanı təhlükəli zonadan cəmi 4 xal ayırır.
Gedişatdan narazı qalan rəhbərlik Kolantuono ilə yolları ayırmaq qərarına gəlib. Baş məşqçi vəzifəsinə Paulo di Kanionun gətiriləcəyi gözlənilir.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı