Əsgər Abdullayevin istefası qəbul edildi

Əsgər Abdullayevin istefası qəbul edildi
ÖLKƏ FUTBOLU 6 Mart 2016 / 11:25 4697
-  A +

"Neftçi" rəhbərliyi baş məşqçisi Əsgər Abdullayevin istefasını qəbul edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 56 yaşlı mütəxəssisin istəyi müsbət cavablandırılıb.   


 Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova həvalə olunub.  

 Qeyd edək ki, Əsgər Abdullayev martın 5-də "Qəbələ"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında istefa verdiyini açıqlayıb. 

Daha çox


Son xəbərlər