“Kəpəz”in uğurlu seriyası davam edir. Qış fasiləsinə qədər son beş oyunda məğlub olmayan Gəncə təmsilçisi III dövrənin ilk qarşılaşmasında “Qəbələ”ni böyük hesabla (3:0) məğlub etməyi də bacardı. Son turda isə “sarı-göylər” ardıcıl 6 oyunda qapısından top buraxmayan AZAL-a qalib gələrək (2:0) “təyyarəçilər”in uğurlu seriyasını qırdı.
Həm Roman Qriqorçuk, həm də Tərlan Əhmədov “Kəpəz”ə məğlubiyyətin səbəbini Gəncə şəhər stadionun öt örtüyünün pis vəziyyətdə olması ilə əlaqələndirib. Qol.Az-a müsahibəsində həmkarlarının fikirlərinə münasibət bildirən “Kəpəz”in baş məşqçisi Şahin Diniyev növbəti turda “Qarabağ”la keçiriləcək oyundan da danışıb
- Birinci onu qeyd edim ki, biz “Qəbələ”ni səfərdə - ideal meydançada da məğlub etmişik. AZAL-la hər iki görüş tam üstünlüyümüz şəraitində keçib. Hamı bilsin ki, pis ot örtüyündə oynamaq bizim işimizi daha da çətinləşdirir. Çünki biz daha çox texnikalı futbola üstünlük veririk. Hamı kimin nə cür futbol oynadığını görür. Bəli, bu gün bizim meydançamız “Nou-Kamp”a bənzəmir, ancaq o qədər də pis vəziyyətdə deyil. Mən “Kəpəz”in uğurlu çıxışlarına kölgə salanlara baş qoşmaq istəmirəm. Uğur olduqca bu kimi şeylər də olacaq. Komanda 90 dəqiqə futbol oynayırsa, bunun bəxtlə nə əlaqəsi var? Mənim kifayət qədər təcrübəm var. Bu cür söhbətlərə fikir vermirəm. Ancaq azarkeşlərimiz qıcıqlanır.
- Azarkeşlərdən söz düşmüşkən, Gəncədə oynamaq nəticələrinizə necə təsir edir?
- Hər zaman azarkeş amilinin böyük rolu olub. Ancaq indi o vaxtlar deyil ki, təkcə azarkeş hesabına nəsə edəsən. Bu gün komanda özü də futbol oynamalıdır. Həm taktiki, həm fiziki, həm də motivasiya tərəfdən hazırlıqlı olmaq lazımdır. Bu gün Gəncədə futbol ab-havası var. Bakıda 200 azarkeş qarşısında oynayanda futbolçuların arasındakı pıçıltılar da eşidilir. Təbii ki, bundansa Gəncədə 10-15 min azarkeş qarşısında oynamaq yaxşıdır. Bizim azarkeşlərin nə qədər problemi olsa belə, oyunumuza gəlirlər və sona qədər bizi yaxşı dəstəkləyirlər.
- Əvvəllər Gəncədə “Kəpəz”ə qalib gəlmək müşkül məsələ idi...
- Bu gün “Kəpəz” səfərdə də uduzmur. Biz son yeddi oyunu uduzmuruq. Görün, neçə səfər matçından xal gətirmişik. Lənkəranda və Qəbələdə qalib gəlmişik. Yəni analiz edəndə görürük ki, “Kəpəz” tək Gəncədə yox, səfərdə də inamlı çıxış edir. Faktlara söykənmək lazımdır.
- Qarşıdan “Qarabağ”la oyun gəlir. Liderlə görüş haqda nə düşünürsünüz?
- “Qarabağ”ın elə adı bizə bəs edir. Rəqib artıq Avropada top klublardan biridir. Hər bir futbolçu və məşqçi üçün “Qarabağ”la oyun bir imtahan, dərsdir. Çünki bu komandanın heyətində çox səviyyəli futbolçular var. “Qarabağ”la oyun digər komandalara ancaq təcrübə baxımından qazanc gətirir. Rəqib topla oynamağı sevir. Bu sözləri bizim komanda üçün də demək olar. Buna görə də maraqlı və gərgin oyun gözlənilir.
- Ardıcıl 7 oyundur uduzmayan komandanız sonuncu dəfə məhz “Qarabağ”la görüşdə xalsız qalıb.
- Nəyə işarə vurduğunuzu bildim. Güclü komandaya qarşı oyuna proqnoz vermək çox çətindir. Çalışacağıq ki, uğurlu seriyamızı davam etdirək. Ancaq buna nə dərəcədə nail olacağıq bilmirəm.
- Qurban Qurbanov müsahibəsində bildirib ki, çempionatda ən çox Şahin Diniyev və Tərlan Əhmədovdan çəkinmək lazımdır.
- Buna görə Qurban müəllimə təşəkkür edirəm. Hər bir komandada yetərincə yaxşı məşqçilər var. Çempinatda gözlənilməz nəticələr qeydə alınır. Hər bir komandadan çəkinmək lazımdır. Qarışıq bir çempionatın şahidiyik. Bu gün 7-8 komanda ilk “dördlük” uğrunda mübarizə aparır. Halbuki çempionatın səviyyəsinin aşağı düşdüyünü deyirlər.
- Qış fasiləsində “Kəpəz” beş futbolçu ilə yolları ayırdı və heyətə cəmi bir futbolçu cəlb etdi. Buna qədər də heyətin kasadlığından gileylənirdiniz. Bu kollektivlə mövsümü başa vurmaq çətin olmayacaq?
- Həqiqətən çətindir. Səmimi olaraq qeyd edim ki, beş futbolçunun göndərilməsi və əvəzinə birinin heyətə cəlb olunması maliyyə problemləri ilə bağlıdır. Ancaq bu vəziyyətdən birlikdə çıxmalıyıq. Etiraf edirəm ki, o qədər də ehtiyat qüvvəmiz olmayacaq. Qarşıdakı 16 oyunda bu templə davam edə bilməyəcəyik. Mütləq eniş olacaq. Ancaq artıq giley etməyin vaxtı deyil. Çalışmalıyıq ki, itkilərimiz minumum olsun.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu