Bakıda səfərdə olan Azərbaycan milli komandasının əslən serbiyalı sabiq futbolçusu Branimir Subaşiçin müsahibəsi
-Səfəriniz nə ilə əlaqədardır?
- Fevralın 8-də "Neftçi"də və yığmadakı sabiq komanda yoldaşım Aleksandr Çertoqanovun doğum günüdür. Onun 36 yaşı tamam olur. Gəldim ki, Çertoqanovu təbrik edim. Həm də Azərbaycanda bizneslə məşğul olan serbiyalı dostlarıma baş çəkəcəyəm.
- Azərbaycanda sizin də biznesinizin olduğu deyilir...
- Xeyr, mənim biznesim yoxdur. Sadəcə, vaxtilə dostlarıma kömək edirdim. İndi manatın devalvasiyası ilə əlaqədar onların da işlərində müəyyən çətinliklər yaranıb. Problemləri müzakirə edib, çıxış yolları arayacağıq.
- Vaxtilə xeyli pulların dövr etdiyi Azərbaycan futbolunun hazırkı durumunu gördükdən sonra hansı hissləri keçirdiniz?
-
Problem süni şəkildə yaradılıb. Səbəbi isə ABŞ - Rusiya münasibətlərindən doğur. Nəticədə neft gəlirləri azalıb ki, bu da Azərbaycanda manatın devalvasiyasına səbəb olub. Maddi sıxıntılar ölkə futboluna da təsirsiz ötüşməyib. Bəzi klubların üzləşdikləri çətinliklərdən xəbərdaram. Amma belə hallara hər bir ölkədə rast gəlinə bilər. Panikaya düşmək lazım deyil.
- Hazırda dünya transfer bazarında Çin hegemonluğu müşahidə olunmaqdadır. Vaxtilə Siz də bu çempionatda çıxış etmisiniz və "Çanqçun Yatay"ın heyətində gümüş medal qazanmısınız. Azərbaycanlı futbolçuların Çin superliqasına transferi nə dərəcədə realdır?
- Çinin 2 milyardlıq əhalisi var. Həm əhali sayında, həm də iqtisadi cəhətdən dünyada güclü ölkədir. Mən "Çanqçun Yatay"a gedəndə klubun 20 milyon dollar büdcəsi var idi. İndi isə ikiqat artıqdır. I divizionda elə klublar var ki, futbolçuya 2 milyon dollar əmək haqqı verirlər. Hətta ərəb ölkələrinin çempionatından da üstün Super Liqaya malikdirlər. Hazırda Çin çempionatına düşmək real deyil. Çünki hər klubda 3 legionerə icazə verirlər. 5-6 legionerə icazə versəydilər, dünyada daha güclü olardılar.
- Bir neçə gün öncə Azərbaycan futzal yığmasının Serbiyada İtaliyaya 0:3 hesabı ilə uduzduğu Avropa çempionatında tribunada idiniz. Oyun Sizdə necə təəssürat yaratdı?
- Azərbaycan yığmasına dəstək olmağa getmişdim. Buna görə də azarkeşlər arasında idim. Oyun maraqlı keçdi. Qırmızı vərəqə olmasaydı, Azərbaycan millisi qələbə qazana bilərdi. Serbiyaya fevral 10-da qayıdacağam. Komandanız yarımfinala yüksəlsə, gedib yenə azarkeşlik edəcəyəm.
- Sabiq komanda yoldaşlarınızdan daha kimlərlə görüşürsünüz?
- Rəşad Sadıqov, Ruslan Abışovla müntəzəm əlaqə saxlayıram. Bakıda olduğum müddətdə imkan tapıb görüşməyi planlaşdırıram.
Mənbə: report.az
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"