“Sumqayıt”ın yeni transferi Rasim Ramaldanovun Qol.Az saytına müsahibəsi
- Yeni komandanda vəziyyət necədir?
- Artıq iki gündür ki, məşqlərə çıxıram. Futbolçuların hamısını yaxşı tanıyıram. Kollektivimiz yaxşı futbolçulardan ibarətdir. Çalışacam ki, tez bir zamanda öz formamı yığım və komandama kömək edim.
- “Sumqayıt”ın yerli futbolçulardan təşkil olunması bu klubu seçməyində seçməyində rol oynadı?
- Əsas səbəb olmasa da, bu amilin də rolu oldu. Mənə oynamaq lazımdır. Düşündüm ki, “Sumqayıt”da özümü göstərə bilərəm.
- Altı aylıq müqaviləni klub sənə təklif etdi, yoxsa özün istədin?
- Özüm belə istədim. Altı ay oynayıb forma yığmaq istəyirəm. Qismət olsa, yayda bir illik müqavilə imzalaya bilərik. Əsas odur ki, tezliklə formaya düşüm.
- Yəni “Sumqayıt”da daha çox oynamaq fikrindəsən?
- Buna əsas klub qərar verməlidir. Hər şey yaxşı olsa, mən “Sumqayıt”a lazım olsam, əlbəttə ki, qalacam.
- Yenidən “Xəzər Lənkəran”a qayıdacağın haqda xəbərlər yayılmışdı. Elbrus Məmmədov səni komandada görmək istəyirdi?
- Elbrus müəllim sağ olsun, məni komandaya çağırdı. Ancaq mən “Sumqayıt”ı seçdim. İstər-istəməz “Xəzər Lənkəran”la aramızda inciklik oldu. Hiss edirəm ki, seçimimdə yanılmıram. Yəqin ki, düzgün addım atmışam.
- Uzun müddətdir milli komandaya dəvət almırsan. “Sumqayıt”da oynamaqla Robert Prosineçkinin diqqətini çəkə bilərsən?
- Millidə oynamaq hər bir futbolçunun arzusudur. Əslində ötən mövsümün sonlarında “Xəzər Ləkəran”da özümü yaxşı tərəfdən göstərirdim. Formaya düşmüşdüm. O zaman milliyə çağırılacağımı gözləyirdim. Ancaq təəssüflər olsun ki, dəvət gəlmədi. Yenə də həmin formamı yığacam. Hiss edirəm ki, tezliklə milliyə dəvət alacam. 
- “Sumqayıt” bu mövsüm daha inamlı təsir bağışlayır. Yeni komandan haqda nə deyə bilərsən?
- Bəli, hamısı oynayan uşaqlardı. Döyüşkən komandadır. Belə kollektivlə yaxşı nəticə qazanmaq olar. Hamıda istək var. Bu, ən vacib şərtlərdən biridir.
- Komandaya uyğunlaşırsan?
- Bəli, uyğunlaşmaq sarıdan problemim yoxdur. Kollektivimizdə çox yaxşı əhval-ruhiyə var. Tezliklə mən də heyətdə yer alacağıma inanıram.
- Premyer Liqamızın növbəti turunda “Neftçi” ilə qarşılaşacaqsınız. Həmin oyunda meydana çıxa bilərsən?
- Yox. Hələ ki, formada deyiləm. Ancaq Komandamız tam hazırdır. Qələbə qazanmağa çalışacağıq.
Ramiq AĞAMƏMMƏDOV
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi