Bakı “İnter”inin yarımmüdafiəçisi Nizami Hacıyevin Qol.Az saytına müsahibəsi
- Mövsümün ikinci yarısına Antalyada hazırlaşdınız. Çempionata nə dərəcədə hazırsınız?
- Hazırlığımız plana uyğun keçirildi. Baş məşqçi verən bütün tapşırıqları yerinə yetirdik. Dörd yoxlama oyununda qüvvəmizi sınadıq. İlk iki qarşılaşmada çətinliklərimiz oldu. Ancaq indi fiziki durum baxımından çempionata hazırıq.
- Düzdür, yoxlama oyunlarında nəticə o qədər də vacib deyil, ancaq komandanız 4 oyunun heç birində qol vura bilmədi. Bu, sizdə narahatlıq yaradır?
- Elə bugünkü məşqdə əsasən o məsələnin üzərində çalışacağıq. Təhlil aparacağıq. Bizi qarşıda çətin oyun gözləyir. Qol vurmasaq, qələbə qazana bilmərik. Bəli, qol vura bilməməyimiz narahatlıq yaradıb. Səhvlərimiz üzərində işləyəcəyik.
- Bəlkə, komandaya yeni qoşulanlar adaptasiya olmadığı üçün yoxlama oyunlarında qələbə qazana bilmədiniz?
- Onlara tezliklə komandaya uyğunlaşacaqlar. Əsasən də yerli futbolçular cəlb olunub ki, hamısını yaxşı tanıyırıq. Klubumuz bu futbolçularla müqavilə imzalayıbsa, onlar da üzərinə düşən vəzifənin öhdəsindən gəlməlidir. Yeni futbolçularımızın hamısına ümid bəsləmək olar. Məşqlərdə də özlərini göstərirlər. Ancaq bizə məşqdə yox, oyunda nəsə etmək lazımdır. İnanırıq ki, yeni gələn futbolçuların hər biri bizə faydalı olacaq.
- “İnter”də əvvəlki illərdən fərqli olaraq yerli futbolçular cəmləşib. Komandada ümumi ab-hava necədir?
- Düzgün qeyd etdiniz, demək olar ki, komandamız yerli futbolçulardan ibarətdir. Buna görə də ab-hava əladır. Yerli futbolçuların bir yerə cəmləşməyi müsbət haldır. Bizim üçün də yaxşı şans yaranıb. Hər kəsə göstərməliyik ki, azərbaycanlılar da futbol oynaya bilir. Əlimizdən gələni etməliyik ki, sabah bizə deməsinlər Azərbaycanın ən yaxşı futbolçuları yığışdı bir yerə ancaq heç nə edə bilmədi. Avrokuboklara vəsiqə qazanmalıyıq. Sonrası rəhbərliyin işidir. Biz çempionata tam hazırıq. Hər şey yaxşı olacaq.
- Klubda maddi vəziyyət necədir? Maaşlarınızı ala bilirsinziz?
- Bu faktdır ki, hazırda “İnter”də 2-3 il əvvəlki kimi maddi durum yoxdur. Ancaq az da olsa, vəziyyət qaydasına düşüb. Biz klubun təklif etdiyi şərtlərə razılaşmışıq. Peşəkar olaraq borcumuzu yerinə yetirməliyik. Müqavilə imzalayırıqsa, deməli, klubun verdiyi məbləğ bizi qane edir. Yeni klub prezidenti bizimlə görüşündə bildirdi ki, sizin bütün tələbləriniz vaxtlı-vaxtında yerinə yetiriləcək.
- Yəni heç bir problem yoxdur?
- Belə demək olar. Forma ilə bağlı problemlərimiz var idi. Rəhbərlik onu da həll etdi. Bu gün məşqə gələndə gördük ki, stadionumuzda təmir işləri gedir. Meydançamızı da qaydasına salırlar. Mən demirəm ki, rəhbərlik bizim üçün fantastik nəsə edir, ancaq ən azından meydançamız, qaldığımız yer, yeməkxanamız dəyişilir. İndi bizim üzərimizə düşən borcu yerinə yetirməliyik.
- “İnter” əvvəlki kimi iddialıdır?
- Hazırda ikinci pillədəyik. Düzdür, liderlə aramızda 8 xallıq fərq var, ancaq bu, hələ heç nə demək deyil. “Qarabağ”la iki oyunumuz var. Biz hələ öz sözümüzü deyəcəyik. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bunu həyata keçirmək üçün əlimizdən gələni edəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video