“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Komo”ya böyükhesablı məğlubiyyətindən sonra məşqçilər korpusunun taktiki qərarlarını tənqid edib.
QOL.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Portuqaliyalı yarışmmüdafiəçi 1:4 hesablı məğlubiyyətdən sonra komandanın pressinq strategiyasından narazılığını bildirib: “Bütün bunlar məşqçilər korpusunun qərarıdır. Onlar fərdi pressinq tətbiq etməməyə, rəqibi qarşılamağa və topa sahib olmasına şərait yaratmağa qərar veriblər. Ancaq belə komandalara həddindən artıq topa sahib olmaq imkanı yaradanda onlar özlərinə daha çox inanırlar. Bu isə futbolçuların daha çox qaçmasına, yorulmasına və topu ələ keçirdikdən sonra düzgün qərarlar verməkdə çətinlik çəkməsinə səbəb olur” – deyə Fernandeş bildirib.
Portuqaliyalı yarımmüdafiəçi daha cəsarətli oynamağın və rəqibə yüksək pressinq tətbiq etməyin vacibliyini də vurğulayıb.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik isə komandanın çıxışından narazı qalıb. O, Fernandeş cavab olaraq taktiki yanaşmadan asılı olmayaraq, futbolçuların meydanda daha çox mübarizə aparmalı olduğunu deyib.
“Hansı taktikanı seçməyinizdən asılı olmayaraq, geriyə qaçmırsınızsa, qalib gələ bilməzsiniz” – deyə Kerrik bildirib.
Mütəxəssis məğlubiyyətə münasibət bildirərkən futbolçuların motivasiya və mübarizə əzminə də toxunub: “Çox əsəbiyəm. Belə oynamaq qəbuledilməzdir. Futbol matçında motivasiya, istək və intensivlik nümayiş etdirməlisiniz. Bu gün bunları göstərə bilmədik. Nə vaxt tam gücünüzlə oynayacağınıza özünüz qərar verə bilməzsiniz”.
Qeyd edək ki, “Mançester Yunayted” bütün turnirlər nəzərə alınmaqla ardıcıl 7-ci matçda qələbə qazana bilməyib.
“Onunla işləmək əsl kabusdur”
60 min avroluq saatları oğurlandı
UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi
Yeni baş məşqçinin transfer hədəfi bilindi
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
Kosovo və İsrail heç-heçə etdi
Almaniya ilə matçı buraxacaq
Ronaldodan sonra formanın dizaynı dəyişdi - Şəkil
Azərbaycan millisi Omana qalib gəldi
"Yamal dahidir, onu qorumalıyıq"
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
"Şəfa" "Şahdağ Qusar"a məğlub oldu
"Barselona" ilə matça görə kral qaydasını pozdu
Yaponiya Braziliyaya qalib gəldi
Bugünkü oyunu buraxacaq
Şahzadə Uilyam kral protokolunu pozaraq ÇL matçına getdi
"Kəpəz" "Gəncəbasar"la heç-heçə etdi
Fransa klubunun yeni baş məşqçisi açıqlandı
Rövşən Nəcəf millimizi təbrik etdi
Noyer həyat yoldaşından ayrıldı
Milliyə həssas vida - Video
Məhəmməd Salahdan tarixi rekord
“Real” 20 yaşlı futbolçu ilə razılaşdı
Xavidən 7:0-lıq qələbəyə şərh
Ölümlə nəticələnən epizoda görə hansı cəza verildi?
Dünyanın ən yaxşı 10 futbolçusu
Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
“Tələskənlik bizə mane olurdu” - Ayxan Abbasov
Niderland və İslandiyadan darmadağın, Almaniyadan qələbə
Millimiz Lixtenşteynə qalib gəldi
“Sabah”ın qapıçısı millidə 2 qol buraxdı
U-21 millimizin Omanla oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
Lixtenşteyn - Azərbaycan: Heyətlər