Millimizin və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə Antalya toplanışınız haqda danışaq. Hazırlıqlar necə keçdi, komandada ümumi vəziyyət necədir?
- Sevindirici hal odur ki, tam heyətlə hazırlaşdıq. Reynaldodan başqa heç kim məşqləri buraxmadı. Qış fasiləsində yoxlama oyunları keçirməyimiz vacib idi. Toplanışı zədəsiz başa vurduq. Tam heyətlə hazırlaşırıq. Mövsümün ikinci yarısı çox ağır olacaq.
- Bir qədər yenilənmiş heyətlə yoxlama oyunları keçirdiniz. Bu heyətlə komandanız necə təsir bağışladı?
- Bizim kollektivimiz elədir ki, hər bir futbolçu istənilən an start heyətdə meydana çıxa bilər. Hətta “18-liy”ə düşməyən oyunçularımız var ki, onlar da komandaya xeyir verir. Heyətlə bağlı qərarı Qurban müəllim verəcək.
- Muarem Muaremin qayıdışı, Rahid Əmirquliyevin gəlişi də faydalı olacaq. Onlar komandaya uyğunlaşıblar?
- Sözsüz, Muaremin indiyədək “Qarabağ”a çox faydası olub. Bizdən elə də uzun müddət ayrı qalmadı. Rahidi də hamı tanıyır. Millimizdə necə motivasiya ilə oynadığını görürsünüz. Bu da bizim üçün vacib amillərdən biridir. Hər ikisinin gəlişi komandamızın xeyrinə olacaq. Onlar vacib futbolçulardır. Uyğunlaşmalarında da problem olmamalıdır.
- Rahidlə tandemin necə alınır?
- Biz millidə də bir neçə dəfə bir yerdə oynamışıq. Onunla oyunumda heç bir problem yaranmayacaq.
- Türkiyə superliqasında mübarizə aparan “Mersin İdmanyurdu” klubu sənə təklif göndərmişdi. Getməməyinin əsas səbəbi nə oldu?
- Ailə məsələləri də buna imkan vermirdi. Həm də “Qarabağ”dan ayrılmaq istəmədim. 10 ildən artıqdır ki, bu klubdayam. Hər təklifə görə “Qarabağ”dan getmərəm. Bu komandadan ayrılmaq mənə çox ağır gələr. Ona görə də “Qarabağ”da qalmağa qərar verdim. Düşünürəm ki, bu qərarımın faydasını görəcəm. Ümid edirəm ki, “Qarabağ”da daha yaxşı uğurlar qazanacam.
- Demək olar ki, klublarımız legioner futbolçu transfer etmədi. Bu vəziyyət yerli futbolçular üçün nə dərəcədə faydalı olacaq?
- Məncə, bu vəziyyət yerli futbolçuların özünü daha yaxşı göstərməsi üçün bir şansdır. Bu ərəfədə onlar nəyə qadir olduqlarını ortaya qoymalıdırlar ki, sabah klubların imkanı yaxşı olsa belə, legioner gətirmək haqda düşünməsin. Artıq klublar yerli futbolçularla oynamaq haqda fikirləşməlidir. Azərbaycanda yetərincə yerli futbolçu var ki, çempionatımızda, hətta Avropada da oynaya biləcək gücdədir. Məncə, yaranmış vəziyyət Azərbaycan futbolu üçün yaxşı şansdır. Yeni-yeni istedadları üzə çıxarmaq baxımından əla fürsət yaranıb. Bu, milli komandamıza da faydalı olacaq.
- Bəs, legionersiz klublarla səviyyəli çempionat keçirmək olar?
- Yəqin ki, qeyd etdiyim amil çempionata təsir edəcək. Ancaq bu o demək deyil ki, çempionatımız lap uçuruma gedəcək. Hər şey yerli futbolçuların necə oynamasından asılı olacaq. Heç kimi ayırmıram. Özümü də qeyd edirəm. Əgər yaxşı oynasaq, çempionatımızın səviyyəsi əvvəlkindən də yüksək olacaq.
- Azərbaycan futbolunda yaranmış maliyyə çətinlikləri barədə nə düşünürsən?
- Bu, nəinki futbolda, ölkəmizdə yaranan bir problemdir. Futbol da elə bir idman növüdür ki, pulsuz heç bir uğur qazanmaq olmaz. Arzu edirik ki, tez bir zamanda bu vəziyyət aradan qalxsın.
- Əksəriyyət düşünür ki, maaşların azalması bundan sonra futbolçularımızın xarici klublara marağını artıracaq. Razısan?
- Razı deyiləm. Futbolçularımıza xarici klublardan lazımi qədər təklif gəlmir. Bu, tez bir zamanda alınan iş deyil. Maaşların az olması futbolçularımızın ölkə xaricinə çıxmağına zəmin yaratmayacaq. Burada menecerlərin də üzərinə xeyli iş düşür. Onlar da yerli futbolçuları xaricə aparmaq üçün çox çalışmalıdır.
Ramiq AĞAMƏMMƏDOV
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı