“Qarabağ”ın futbolçusu İlqar Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb.
- “İnter” yaxşı komandadır. Maraqlı oyun keçdi. Hər iki komanda gözəl oyun sərgilədi. “İnter” ağıllı futbol sərgiləyir, yaxşı müdafiə olunurdu. İlk hissədə bir qol vurmağı bacardıq və rəqibin fərqlənməsinə imkan vermədik. Ağır oyunlar ərəfəsində və ən əsası belə bir çətin matçda 3 xal qazanmağımız yaxşıdır.
- Turnir cədvəlində ikinci mövqedə qərarlaşan “Qəbələ” ilə aranızda 8 xal fərq var.
- Biz bunu düşünmürük. Ötən mövsümlər də 12-13 xal öndə olduğumuza halda, sona yaxın xal fərqi azalmışdı. Yəni aradakı 8 xallıq fərqə arxayın olmaq lazım deyil. Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Digər komandalarla aramızda olan xal fərqinə fikir versək, biz də xal itirə bilərik.
- Deyə bilərikmi ki, hazırda Premyer Liqada “Qarabağ”a tam ciddi müqavimət göstərə biləcək rəqib azdır?
- Deməzdim ki, ciddi rəqib yoxdur. Bizə qarşı bütün komandalar yaxşı hazırlaşırlar. “Qarabağ”la oyunlarda rəqiblərimizin meydanda həvəsli oynadığını görürük. Bütün rəqiblərimiz çalışır ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Çempionat çox çətin keçir. Həm Avroliqa, Azərbaycan kuboku, həm də Premyer Liqada mübarizə aparmaq çətindir. Ona görə də deməzdim ki, başqa komandalar bizdən aşağı səviyyədədir.
- Demək olar ki, “Qarabağ”ın bütün futbolçuları açıqlamalarında rəqiblərin onlara qarşı yaxşı hazırlaşdığını bildirir. Səncə bu nədən irəli gəlir? “Qarabağ”dan bu qədər çəkinirlər?
- Yəqin ki, çəkinirlər. Ötən tur “Neftçi” ilə oyunda da gördünüz ki, nə qədər istəkli idilər. Qələbə qazanmaq üçün sonadək mübarizə apardılar.
- Səncə, “Qarabağ” yaxşı nəticələrini Avroliqada da davam edə biləcək? Yəni qrupdan çıxmaq şansınız varmı?
- Bu, “Qarabağ”ın hər bir futbolçusunun istəyidir. Amma bilirik ki, çətin olacaq. Çünki “Anderlext”i səfərdə mütləq məğlub etməliyik. Eyni zamanda “Monako” da “Tottenhem”lə oyunda xal itirməlidir.
- Ansi Aqollinin “Anderlext”lə oyunu buraxacağı ehtimal edilir. Həmin matçda səni meydanda görə biləcəyik?
- Qismət olsa oynayacam. Baş məşqçimiz şans versə, əlimdən gələni edəcəm.
- Amma Qurban Qurbanov Avroliqa oyunlarında demək olar ki, səni meydana buraxmır.
- Bu, baş məşqçimizin qərarıdır. Xüsusi bir səbəb yoxdur. Ehtiyac olanda mənə də şans verir. Mən də çalışıram ki, onun etimadını doğruldum. Bu barədə heç vaxt etirazımı bildirməmişəm. Təcrübəli futbolçu hər şeyə hazır olmalıdır.
Ergün SEYİD
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı