Arif Daşdəmirov: “Artıq qələbə qazanmağın vaxtıdır”

Arif Daşdəmirov: “Artıq qələbə qazanmağın vaxtıdır”
MÜSAHİBƏ 29 Noyabr 2015 / 13:29 3690
-  A +

“Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirovun müsahibəsi

- PAOK-la qolsuz başa çatan oyunu necə dəyərləndirə bilərsən?

- Bərabəbər səviyəli oyun keçdi. Qələbə qazanmaq istəyirdik. Əlimizdən gələni etdik. Fasilədən sonra rəqibdən daha üstün idk. Qol vurmaq üçün şanslarımız da rəqiblə müqayisədə daha çox idi. Lakin yararlana bilmədik. Məncə, heç-heçə də pis nəticə deyil.

- Yəqin ki, oyundan öncə “Krasnodar”ın qalib gəlməsi xəbəri komandanı məyus etdi...

- Hə, “Borussiya”nın məğlubiyyətinə görə məyus olduq. Bilirdik ki, artıq şansımız yoxdu. Bununla belə, baş məşqçi dedi ki, son iki oyunu udmalıyıq. Öz adımıza, klubun imicinə görə meydanda mübarizə apardıq. Çalışdıq ki, qələbə qazanaq.

- Öz oyunundan razı qaldın?

- Normal çıxış etdiyimi düşünürəm. Komandamın uğuru üçün əlimdən gələni etdim.

- Avropa Liqasının qrup mərhələsinin son oyununda “Krasnodar”la qarşılaşacaqsınız. Bu görüşdə nəyə ümid edirsən?

- Ancaq qələbəyə. Son oyunda mütləq üç xal qazanmalıyıq.

- Bunun üçün kifayət qədər motivasiyanız olacaq?

- Heç olmasa bir oyunu udub, azarkeşlərimizi sevindirməliyik. Buna görə də “Krasnodar”la oyunda motivasiya baxımından problemimiz olmayacaq.

- Sabah Premyer Liqanın XIV turu çərçivəsində “Rəvan”la qarşılaşacaqsınız. Gözləmək olar ki, “Qəbələ” bu oyunda qələbəsizlik seriyasına son qoyacaq?

- Həqiqətən də son oyunlarda qalib gələ bilmirik. Artıq 3 xal qazanmağın vaxtıdı. Qələbə qazanacağımıza inanıram. 

Mənbə: Futbolxeber.az

Daha çox


Son xəbərlər