"Qələbə qazansaq da, elit-raunda vəsiqə qazana bilmədik. Buna təəssüflənirik".
Bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov Bosniya və Herseqovina üzərində 1:0 hesablı qələbə qazandıqları Avropa çempionatının seçmə qrup mərhələsinin son tur matçının ardından "CBC Sport"a açıqlamasında deyib.
O bildirib ki, ilk oyundan belə çıxış etmək lazım idi: "Bu gün futbolçularımız vuruşdular, tapşırıqlarımızı yerinə yetirdilər. Bəxt amili də var. Ötən tur Türkiyəyə qalib gəlsəydik, növbəti mərhələni təmin edərdik".
50 yaşlı mütəxəssis zəif nəticədə nizam-intizam amilini də vurğulayıb: "Hər bir sahədə, o cümlədən, idmanda nizam-intizam yoxdursa, orada uğur qazanmaq olmaz. Vaxtım az olduğundan, futbolçulardan bəzilərini tanımamışam. Təlim-məşq toplanışında "18-liy"i yazandan sonra bəzi oyunçular dəyişdilər. Verdiyimiz tapşırıqları yerinə yetirmək, sonadək mübarizə aparmaq lazımdır. Futbolçu gücünü meydanda qoymayacaqsa, ondan heç vaxt böyük oyunçu olmaz. Bu gün standart vəziyyətdən yararlanıb qol vurduq, amma bu qələbə kifayət etmədi".
Qeyd edək ki, 5-ci qrupda yer alan millimiz 3 xalla 3-cü yeri tutub. Elit-raunda isə hərəyə 6 xala malik Türkiyə və Ukrayna yığmaları vəsiqə qazanıb (sportnet.az).
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi