"Qəbələ" ilə oyundan sonra getmək istəyirdim. Ancaq həm rəhbərlik, həm də futbolçular qalmağımı istədi. Hər şeyin yaxşı olacağını düşünmüşdüm. Ancaq həm AZAL, həm də "Rəvan"la oyundan sonra artıq getməli olduğumu qərara aldım”.
Qol.Az-ın məlumatına görə, bu sözləri sport7.az saytına açıqlamasında Samir Əliyev “Neftçi”dən ayrılması ilə bağlı danışarkən deyib.
O, “Neftçi”nin baş məşqçisi vəzifəsindən daha əvvəl getməli olduğunu bildirib: “Əvvəl fikirləşirdim "qorxdu, qaçdı" deyəcəklər. Sonra isə məsləhətləşdim və fikrimi bildirdim. Rəhbərlik də artıq işləmək istəmədiyimi gördü. "Rəvan"la oyundan sonra "peşmanam" deməyim rəhbərliyə artıq bir işarə idi. Məncə, bugünkü gündə doğru addım idi. Hətta deyərdim ki, gecikmiş qərar idi".
- İndi çox rahatsız?
- Hardasa rahatam. Ancaq içimdə bir narahatlıq var ki, ümidləri doğrulda bilmədim. Geriyə baxanda hansı səhvlərə yol verdiyimi anlayıram. 5 ay ərzində ən azından az da olsa təcrübə qazandım. Gələcəkdə belə səhvlərə yol verməmək üçün təcrübəm oldu. Düzdü, problemlər var idi. Həm cəzalı, həm zədəli, gənc futbolçuların təcrübəsizliyi, ehtiyat oyunçuların qıtlığı və s. Ancaq bunlar bəhanə olmamalıdı. Əlbəttə ki, təcrübəli olmamağım da nəticələrə təsir edən məqamlardandı.
- Futbolçularda həm də istək yox idi. Hər halda kənardan belə görünürdü. Döyüşkən kollektivdən əsər-əlamət qalmamışdı...
- Əgər oyunçuda istək yoxdusa, bunun iki səbəbi ola bilər - ya baş məşqçinin boşluğu, ya da rəqabətin olmaması. Bundan sonra yəqin ki, istək olacaq. Çünki qarşıda çətin oyunlar var. Futbolçular artıq hansı pillədə olduğumuzu düşünməlidirlər.
- Komandaya baş məşqçi kimi qayıdacaqsız, yoxsa artıq Neftçi dəftəri qapandı?
- Qismət olsa, baş məşqçi kimi. Ancaq hələ "Pro"nu oxumalıyam. Bütün xərcləri də klub ödəyir. Yəqin ki, oxumaqdan qayıtdıqdan sonra klub rəhbərliyi ilə görüşümüz olacaq. Klubdan ayrılmayacam. Oturub bir çox məsələləri müzakirə etmişik. Gələcəkdə nəyin necə olacağını zaman göstərəcək. Onu da qeyd edim ki, klubun mənimlə bağlı gələcəkdə planları var. Əsgər Abdullayevə də təşəkkürümü bildirirəm ki, belə çətin vaxtda bu ağır yükün altına girdi. İnanıram ki, bu yükün altından layiqincə çıxacaq. Ona uğurlar arzu edirəm.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi