“Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iclasda komandanın son oyunları əsas müzakirə mövzusu olub. Bununla yanaşı iclasda baş məqşçi Samir Əliyevin Müşahidə Şurasına müraciətinə baxılıb. Samir Əliyev müraciətində diqqətini daha çox "Pro" kateqoriyalı məşqçilik kurslarına yönəltmək və bununla əlaqədar hazırki vəzifəsindən uzaqlaşmaq istədiyini bildirib. Müşahidə Şurasının iclasında Samir Əliyevin müraciəti qəbul edilib və komandanın baş məşqçi vəzifəsi müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevə həvalə olunub. Komandaya yeni baş məşqçi axtarışı klubun İcraçı direktoru Elnur Məmmədova və idman direktoru Vəli Qasımova tapşırılıb.
Qeyd edək ki, Samir Əliyev noyabrın 11-i Ukrayna Futbol Federasiyasında dinləmələrdən uğurla keçərək "Pro" kateqoriyalı məşqçilik kurslarına qəbul edilib. "Pro" kursları ilə əlaqədar Samir Əlievin Ukraynaya ilk səfəri 16 noyabr tarixində baş tutacaq. UEFA-nın lisenziyalaşdırma qaydalarına əsasən klublarda əsas komandanın baş məşqçisinin “Pro” kateqoriyasına malik olması mütləqdir.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi