Fransa – Almaniya matçı zamanı terror: ölənlər var

Fransa – Almaniya matçı zamanı terror: ölənlər var
GÜNDƏM 14 Noyabr 2015 / 02:41 17590
-  A +

Fransanın paytaxtı Parisdə yerləşən "Stad de Frans" stadionunun qarşısında partlayış baş verib.

Qol.Az-ın “Teleqraf”a istinadən yaydığı xəbərə görə, bu, stadionda Fransa ilə Almaniya yığmaları arasında yoldaşlıq görüşü keçirilən zaman olub.

Qarşılaşmanı stadionundan izləyən Fransa prezidenti Fransua Olland təcili evakuasiya olunub. Polislər təhlükəsizlik tədbiri olaraq stadionu əhatəyə alaraq, insanları çölə buraxmayıblar.

Parisin digər küçələrində də atəş səsləri eşidilib. 40 nəfərin öldüyü, 100 nəfərin isə girov götürüldüyü bildirilir.



Daha çox


Son xəbərlər