Moldova millisinin müdafiəçisi Simeon Bulqaru beynəlxalq yoldaşlıq matçı çərçivəsində noyabrın 17-də Bakıda yığmamızla qarşılaşacaqları oyunöncəsi ölkəsinin mətbuatına müsahibə verib.
- Uzun fasilədən sonra yenidən milliyə dəvət aldın...
- Bəli, səhv etmirəmsə, iki illik fasilədən sonra yenidən yığmaya qayıtdım. Sanki ilk dəfədir milliyə dəvət alıram. Çox şadam və ümid edirəm ki, bu sevincim qarşıdakı illərdə də davam edəcək. Yəni, növbəti oyunlar üçün də yığmaya çağırılacam.
- Yığmanın dünya reytinqindəki mövqeyi haqda nə deyə bilərsən? FİFA reytinqində 154-cü pillədə qərarlaşmağımız millinin ən pis göstəricisidir...
- Düşünürəm ki, yığmanın hazırkı mövqeyi hər bir futbolçuya mənfi təsir göstərir. Çünki Moldova millisi ilk dəfədir FİFA reytinqində 154-cü pillədə qərarlaşıb. Lakin ümid edirəm ki, Azərbaycanla oyun bizim reytinqdə irəliləməyimizə kömək olacaq.
- Azərbaycanla oyunda məqsədiniz nədir? Onları səfərdə məğlub etmək istəyirsiniz?
- Məncə, hər kəs qələbə qazanmaq istəyir. Bunun üçün də yoldaşlıq oyununda qüvvəmizi sınayırıq. Nəticə olmalıdır. Ancaq ilk növbədə qələbə qazanacağımızla bağlı pozitiv olmalıyıq.
- Necə düşünürsən, Azərbaycan yığması ilə eyni səviyyədəyik? Yoxsa, zəifik? Bəlkə də, onlardan güclüyük?
- Azərbaycan millisinin futbolçularının qiymətini bilmirəm. Ancaq onların iki futbolçusunun Almaniyada oynamasından xəbərdaram. Lakin bizim də İtaliya və Türkiyə çempionatlarında oynayan futbolçularımız var. Bəli, bu futbolçular hazırda zədəlidirlər, amma düşünürəm ki, oyunçuların qiyməti baxımından onlarla bərabər səviyyədəyik. Ola bilər ki, Azərbaycan çempionatı daha güclüdür. Çünki orada idmana böyük investisiyalar yatırılır.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi