"İrlandiya ilə pley-off oyunları çətin keçəcək. Rəqibin heyətində güclü futbolçular çıxış edir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlamasında deyib.
Hazırda Bosniya və Herseqovina millisinin düşərgəsində olan Şehiç "Avro-2016"nın final mərhələsinə vəsiqə verən pley-off oyunlarında qarşılaşacaqları İrlandiya yığması haqda fikirlərini bölüşüb: "İrlandiyanı seçmə mərhələdə bizimlə eyni qrupda mübarizə aparan Uelsə bənzədirəm. Bir neçə il öncə irlandlarla keçirdiyimiz yoldaşlıq matçını xatırlayıram. Ancaq həmin oyun bizim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Ümid edirəm ki, məşqçilər heyəti rəqibi yaxşı təhlil edib".
"Qarabağ" klubu haqda da danışan 27 yaşlı qolkiper deyib: "Biz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirdik. Lakin alınmadı. Növbəti mövsüm bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas odur ki, ardıcıl iki mövsümdür Avropa Liqasının qrup mərhələsində çıxış edirik. Çox güclü qrupda mübarizə aparırıq. Növbəti mərhələyə yüksəlmək üçün çalışacağıq".
Qeyd edək ki, Bosniya və Hersoqovina yığması noyabrın 13-də evdə İrlandiyanı qəbul edəcək. Bu komandalar arasında cavab görüşü 3 gün sonra Dublində keçiriləcək.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”