"Zimbru"nun əksər futbolçuları Moldovanın müxtəlif yaş qrup üzrə milli komandalarında çıxış edir. Azərbaycanla oyundan sonra bütün futbolçular klubun düşərgəsinə qayıdaraq "Şerif"lə oyuna hazırlaşacaq. "Şerif"lə görüş bizim üçün finala bərabər olacaq".
Qol.Az-ın məlumatına görə, bu sözləri Moldova millisinin futbolçusu İon Jardan ölkəsinin mətbuatına açıqlamasında deyib.
Noyabrın 17-də beynəlxalq yoldaşlıq görüşü çərçivəsində millimizlə qarşılaşacaqları oyuna toxunan "Zimbru" klubunun kapitanı Bakıdakı oyunda qələbənin onlara hava-su kimi lazım olduğunu bildirib: "Yığmamızın FİFA reytinqində 154-cü pillədə qərarlaşması şəxsən mənim üçün utancvericidir. Bu mənada Azərbaycanla matçda qələbə bizə hava-su kimi lazımdır".
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Moldova oyunu saat 21:00-da başlayacaq.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”