"Aqressivlik çatmadı" – Qriqorçuk

"Aqressivlik çatmadı" – Qriqorçuk
ÖLKƏ FUTBOLU 9 Noyabr 2015 / 18:54 4319
-  A +

“Uzun müddətdir olan qələbəsizlik seriyasını ayrı-ayrı araşdırmaq lazımdır. Biz bundan öncəki oyunlarda demişdik ki, hücumun sonlarını gətirə bilmirik. "Borussiya" ilə məğlubiyyət isə bu qəbildən deyil".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 12-ci turunda evdə "İnter"lə 1:1 bərabərə qaldıqları oyundan sonra deyib.

Ukraynalı mütəxəssis komandasında aqressivliyin çatmadığını bildirib: "Bu gün biz “İnter”dən tam üstün oynamadıq. Yaxşı rəqibə qarşı oynadıq, güclü kollektivi, yaxşı baş məşqçisi olan rəqiblə mübarizə apardıq. Sözsüz, xal itirmək xoş deyil. Bizim komandada aqressivlik çatmadı”.

Daha çox


Son xəbərlər