"Avropa Liqasının finalında oynamağa layiq komandaya uduzduq. Rəqibin səviyyəsi nəinki Avropa Liqası, hətta Çempionlar Liqasında oynamağa layiqdir. Əlbəttə, nəticədən razı deyilik. Amma bu, bizim üçün ciddi dərs oldu. Mərhələ-mərhələ yüksəlmək üçün bundan nəticə çıxarmalıyıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm".
Qol.Az-ın Dortmunda ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində səfərdə "Borussiya"ya 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyundan öncə nə gözləyirdiniz, nə baş verdi?
- Əlbəttə, bizi nəyin gözlədiyini təsəvvür edirdik. Ancaq yenə də nəsə edəcəyimizə ümidli idi. Məlum məsələdir ki, rəqib bizdən güclüdür. Qorxulu heç nə baş vermədi.
- Vaqif Cavadov bura nə üçün gəlmişdi?
- Onsuz da əhvalım yaxşı deyil. Mənə belə gülməli sual verməklə əsəbiləşdirmək istəyirsiniz. Bu matçın protokoluna hazır vvəziyyətdə olan oyunçular daxil edilmişdi.
- "Qəbələ"nin uğursuz seriyası "Borussiya" ilə oyundan başlayıb. Sizcə bu, nə qədər davam edəcək?
- Rəqib haqda fikirlərimi dedim. Futbolda möcüzə nadir hallarda baş verir. Uğursuz seriyaya gəlincə, biz Azərbaycan Premyer Liqasında planlaşdırdığımız və qazanmalı olduğumuz xalları əldə edə bilmədik. Səbəbi də hücumları məntiqi sonluqla başa çatdıra bilməməyimizdədir. Burada uğursuz seriya görmürəm. Belə oyunlar isə hər bir komanda ilə bağlı baş verir. Bundan sonra müəyyən düzəlişlər edəcəyik.
- Çox əsəbi görünürsünüz...
- Xeyr, əsəbi deyiləm. Sadəcə, əhvalım pozulub. Ola bilsin ki, əvvəlki sual məni bir qədər özümdən çıxardı, amma əsəbi deyiləm.
- "Qəbələ"ni bu səviyyəyə çatdırdıqdan sonra diqqətlər sizə yönəlib. Təkliflərə reaksiyanız necədir?
- Buna şərh vermək istəmirəm. Amma qeyd edərdim ki, mən "Qəbələ"ni, futbolçuları sevirəm, rəhbərliyə böyük hörmətlə yanaşıram. Hazırda məni komandanı yüksək səviyyəyə qaldırmaq düşündürür. Bu gün ürəkdən cavab verirəm. Ona görə xahiş edirəm ki, bir daha bu sualı verməyəsiniz. Üzərimizə düşən vəzifəni anlayıram. "Qəbələ"də görəcəyimiz işlər var, komanda daha güclü olmalıdır. Hazırda bütün fikirlərim buna yönəlib.
- "Krasnodar" PAOK-a qalib gəldikdən sonra "Qəbələ"nin "pley-off"a yüksəlmə şansı demək olar ki, itdi. Bundan sonrakı hədəfləriniz nədən ibarət olacaq?
- Şansımız az olsa da, qalır. Ona görə yeganə məqsədimiz növbəti iki oyundan qalib ayrılmaqdır. Rəqiblərin xal itirməsində də maraqlıyıq. Bununla da itməmiş şansımızı qaytarmaq istəyirik.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video